https://sputnik.az/20220108/stifade-muddeti-bitmis-pfizer-vaksinleri-geri-alinib-437982579.html
İstifadə müddəti bitmiş "Pfizer" vaksinləri geri alınıb
İstifadə müddəti bitmiş "Pfizer" vaksinləri geri alınıb
Sputnik Azərbaycan
"Pfizer/Biontech" preparatının istifadə müddətinin 6 aydan 9 aya qədər uzadılması barədə qərar qəbul edilmişdi. 08.01.2022, Sputnik Azərbaycan
2022-01-08T20:57+0400
2022-01-08T20:57+0400
2022-01-19T16:19+0400
pfizer
səhiyyə
istifadə müddəti ötmüş
vaksin
koronavirus
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/0c/435113639_0:160:3072:1888_1920x0_80_0_0_d68c335d44e9d7f1942caa199664221a.jpg
BAKI, 8 yanvar — Sputnik. İstifadə müddəti dekabrın 31-də bitmiş yeni növ koronavirus (COVID-19) əleyhinə olan "Pfizer/Biontech" peyvəndləri müvafiq məntəqələrdən utilizasiya üçün geri alınıb. Vaksinlərin geri yığılması prosesinə onların istifadə müddətinin bitməsinə bir həftə qalmış başlanılıb.Sputnik Azərbaycan Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadla bildirir ki, hazırda vaksinasiya məntəqələrində tətbiq olunan "Pfizer/Biontech" peyvəndlərinin istifadə müddəti martın 22-nə qədərdir.Xatırladaq ki, 2021-ci il noyabrın 22-də "Pfizer/Biontech" preparatının istifadə müddətinin 6 aydan 9 aya qədər uzadılması barədə qərar qəbul edilmişdi. Həmin vaxt Ümumdünya Səhiyyə Təşkilatı Avropa Dərman Agentliyi və ABŞ Qida və Dərman Administrasiyasının rəylərini nəzərə alaraq, COVID-19 əleyhinə vaksinasiyada "Pfizer/Biontech" preparatından istifadə edən ölkələrə vaksinin istifadə müddətinin uzadılması ilə bağlı aidiyyəti qurumlara məktub göndərmişdi. Nəticədə "Pfizer/Biontech" vaksininin istifadə müddəti ümumilikdə 3 ay olmaqla 2021-ci ilin dekabrın 31-dək uzadılmışdı.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/0c/435113639_171:0:2902:2048_1920x0_80_0_0_f1395f4de44abf76cfdadaafe2953f72.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
istifadə müddəti bitmiş "pfizer" vaksinləri geri alınıb video
istifadə müddəti bitmiş "pfizer" vaksinləri geri alınıb video
İstifadə müddəti bitmiş "Pfizer" vaksinləri geri alınıb
20:57 08.01.2022 (Yenilənib: 16:19 19.01.2022) "Pfizer/Biontech" preparatının istifadə müddətinin 6 aydan 9 aya qədər uzadılması barədə qərar qəbul edilmişdi.
BAKI, 8 yanvar — Sputnik. İstifadə müddəti dekabrın 31-də bitmiş yeni növ koronavirus (COVID-19) əleyhinə olan "Pfizer/Biontech" peyvəndləri müvafiq məntəqələrdən utilizasiya üçün geri alınıb. Vaksinlərin geri yığılması prosesinə onların istifadə müddətinin bitməsinə bir həftə qalmış başlanılıb.
Sputnik Azərbaycan Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadla bildirir ki, hazırda vaksinasiya məntəqələrində tətbiq olunan "Pfizer/Biontech" peyvəndlərinin istifadə müddəti martın 22-nə qədərdir.
Xatırladaq ki, 2021-ci il noyabrın 22-də "Pfizer/Biontech" preparatının istifadə müddətinin 6 aydan 9 aya qədər uzadılması barədə qərar qəbul edilmişdi. Həmin vaxt Ümumdünya Səhiyyə Təşkilatı Avropa Dərman Agentliyi və ABŞ Qida və Dərman Administrasiyasının rəylərini nəzərə alaraq, COVID-19 əleyhinə vaksinasiyada "Pfizer/Biontech" preparatından istifadə edən ölkələrə vaksinin istifadə müddətinin uzadılması ilə bağlı aidiyyəti qurumlara məktub göndərmişdi.
Nəticədə "Pfizer/Biontech" vaksininin istifadə müddəti ümumilikdə 3 ay olmaqla 2021-ci ilin dekabrın 31-dək uzadılmışdı.