https://sputnik.az/20220108/rospotrebnadzor-fluronun-agir-gedisatinin-yuksek-riskli-oldugunu-aciqlayib-437960686.html
Rospotrebnadzor "fluron"un ağır gedişatının yüksək riskli olduğunu açıqlayıb
Rospotrebnadzor "fluron"un ağır gedişatının yüksək riskli olduğunu açıqlayıb
Sputnik Azərbaycan
Şimali Makedoniyada eyni vaxtda qrip və COVID-19-a yoluxmanın ilk halının aşkarlandığı bildirilib. 08.01.2022, Sputnik Azərbaycan
2022-01-08T08:38+0400
2022-01-08T08:38+0400
2022-01-08T08:38+0400
tibb
uşaqlar
virus
yaşlı
rusiya
https://cdnn1.img.sputnik.az/img/42345/54/423455424_0:0:1920:1080_1920x0_80_0_0_a10471614af9f415b2b518d6766f927c.jpg
BAKI, 8 yanvar — Sputnik. Bir yaşa qədər uşaqlarda, yaşlılarda, ürək-damar və ya bronxlu-ağciyər patologiyası olan xəstələrdə fluronun ağır və uzunmüddətli gedişatının riski (eyni vaxtda qrip və koronavirusa yoluxmaq) yüksəkdir. Bu zaman peyvənd və qoruyucu maskalardan istifadə etməklə insan özünü qoruya bilər. Sputnik Azərbaycan RİA Novosti-yə istiadən xəbər verir ki, bu barədə Q.N.Qabriçevski adına Moskva Epidemiologiya və Mikrobiologiya Elmi Tədqiqat İnstitutunun klinik işlər üzrə direktor müavini, tibb elmləri doktoru Tatyana Rujentsova bildirib.Bu yaxınlarda Şimali Makedoniyada eyni vaxtda qrip və COVID-19-a yoluxmanın ilk halının aşkarlandığı bildirilib. Bu ərəfədə fluron Qərbi Balkanlarda Xorvatiyada, Bosniya və Herseqovinada qeydə alınıb.O qeyd edib ki, təzahürlərin ağırlığına və onların davamlılığına bir çox amillər təsir edir: peyvənd, xəstənin yaşı, xroniki xəstəliklər, müalicənin vaxtında və düzgün aparılması.Mütəxəssisin fikrincə, eyni vaxtda iki virusa yoluxma ehtimalı daha çox, insanların çox olduğu qapalı şəraitdə olarkən qoruyucu maskalardan istifadə etməyən və peyvənd olunmamış vətəndaşlar arasında olur."Konsertlərdəki rəqs meydançası, kassalar qarşısındakı növbələr, ictimai nəqliyyat ən təhlükəli yerlərdir. Müəllimlər və tibb işçiləri arasında da yoluxma riski böyükdür. Bu gün biz bilirik ki, vaxtında peyvənd və revaksinasiya, qoruyucu maskalardan və respiratorlardan düzgün istifadə, sosial məsafəyə riayət, əlləri vaxtında yumaq və dezinfeksiyaedici vasitələrdən istifadə etməklə yoluxma riskini minimuma endirə bilərik", - deyə tibb elmləri doktoru vurğulayıb.Həmçinin oxuyun:Koronavirusa yoluxub sağalanlar əsaslı müayinə olunacaqlarAzərbaycanda uşaqlar arasında kütləvi yayılmış virus nədir?Türkmənistan prezidenti "Sputnik"ə minnətdardır"Omikron" ştammına qarşı peyvənd hazırlanır
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42345/54/423455424_131:0:1838:1280_1920x0_80_0_0_add9589e9c0b912cc094e6601d836de2.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
tibb, uşaqlar, virus, yaşlı
tibb, uşaqlar, virus, yaşlı
Rospotrebnadzor "fluron"un ağır gedişatının yüksək riskli olduğunu açıqlayıb
Şimali Makedoniyada eyni vaxtda qrip və COVID-19-a yoluxmanın ilk halının aşkarlandığı bildirilib.
BAKI, 8 yanvar — Sputnik. Bir yaşa qədər uşaqlarda, yaşlılarda, ürək-damar və ya bronxlu-ağciyər patologiyası olan xəstələrdə fluronun ağır və uzunmüddətli gedişatının riski (eyni vaxtda qrip və koronavirusa yoluxmaq) yüksəkdir. Bu zaman peyvənd və qoruyucu maskalardan istifadə etməklə insan özünü qoruya bilər.
Sputnik Azərbaycan RİA Novosti-yə istiadən xəbər verir ki, bu barədə Q.N.Qabriçevski adına
Moskva Epidemiologiya və Mikrobiologiya Elmi Tədqiqat İnstitutunun klinik işlər üzrə direktor müavini, tibb elmləri doktoru
Tatyana Rujentsova bildirib.
Bu yaxınlarda Şimali Makedoniyada eyni vaxtda qrip və COVID-19-a yoluxmanın ilk halının aşkarlandığı bildirilib. Bu ərəfədə fluron Qərbi Balkanlarda Xorvatiyada, Bosniya və Herseqovinada qeydə alınıb.
"Bir yaşa qədər uşaqlar və yaşlı insanlarda, ürək-damar və ya bronxlu-ağciyər patologiyası, şəkərli diabeti olan xəstələrdə ağır və uzun müddətli gedişatın riski daha yüksəkdir", - deyə Rujentsova bildirib.
O qeyd edib ki, təzahürlərin ağırlığına və onların davamlılığına bir çox amillər təsir edir: peyvənd, xəstənin yaşı, xroniki xəstəliklər, müalicənin vaxtında və düzgün aparılması.
Mütəxəssisin fikrincə, eyni vaxtda iki virusa yoluxma ehtimalı daha çox, insanların çox olduğu qapalı şəraitdə olarkən qoruyucu maskalardan istifadə etməyən və peyvənd olunmamış vətəndaşlar arasında olur.
"Konsertlərdəki rəqs meydançası, kassalar qarşısındakı növbələr, ictimai nəqliyyat ən təhlükəli yerlərdir. Müəllimlər və tibb işçiləri arasında da yoluxma riski böyükdür. Bu gün biz bilirik ki, vaxtında peyvənd və revaksinasiya, qoruyucu maskalardan və respiratorlardan düzgün istifadə, sosial məsafəyə riayət, əlləri vaxtında yumaq və dezinfeksiyaedici vasitələrdən istifadə etməklə yoluxma riskini minimuma endirə bilərik", - deyə tibb elmləri doktoru vurğulayıb.