https://sputnik.az/20220108/qis-aylarinda-d-vitamini-ehtiyacini-nece-odeyek-437977908.html
Qış aylarında D vitamini ehtiyacını necə ödəyək?
Qış aylarında D vitamini ehtiyacını necə ödəyək?
Sputnik Azərbaycan
Həkim bildirir ki, yanvar-fevral aylarında orqanizmdəki D vitamini ehtiyatı minimuma enir. 08.01.2022, Sputnik Azərbaycan
2022-01-08T23:37+0400
2022-01-08T23:37+0400
2022-01-08T23:37+0400
vitamin
səhiyyə
ehtiyac
qış ayları
d vitamini
https://cdnn1.img.sputnik.az/img/07e6/01/05/437879961_0:0:3072:1728_1920x0_80_0_0_323caa8b3ddf4499553eff0a3902908e.jpg
BAKI, 8 yanvar — Sputnik. D vitamini immunitet sisteminin hüceyrə yenilənməsi üçün çox əhəmiyyətlidir. Həmin vitamin orqanizmdə günəş şüaları nəticəsində yaranır. Qış aylarında isə günəşli günlərə ara-sıra təsadüf edilir. Sputnik Azərbaycan AZƏRTAC-a istinadla xəbər verir ki, həkim-endokrinoloq Sadiq Bəbirov qış aylarında D vitamini qəbulu barədə danışarkən deyib ki, gün ərzində, xüsusilə də saat 10-15 arası bədəni − əsasən qollar, ayaqlar, əllər və üz nahiyəsini günəş şüalarının təsirinə məruz qoymaq faydalıdır. Araşdırmalara əsasən, sutkada təxminən 15 dəqiqə günəşlənmək gündəlik D vitamini ehtiyacını ödəmək üçün kifayətdir.Həkim-mütəxəssis bildirib ki, D vitamini günəş şüalarının bədən səthinə düşməsi nəticəsində yaranır və Azərbaycanın iqliminə əsasən, D vitamini sentyabr ayına kimi qəbul edilir: "Qış aylarında isə yayda depolanan D vitaminindən istifadə edilir. Nəticədə, müəyyən müddət sonra orqanizmdə D vitamini çatışmazlığı yaranır. Yanvar-fevral aylarında orqanizmdəki D vitamini ehtiyatı minimuma enir. Eyni zamanda, xüsusilə virus infeksiyalarının və autoimmun xəstəliklərin intensivləşməsi də məhz həmin dövrə təsadüf edir".S.Bəbirovun dediyinə görə, günəş şüaları nəticəsində yaranan D vitamini uzunmüddətlidir: "Onun orqanizmdə qalma müddəti maksimum 6 aydır. Yəni, sentyabra qədər orqanizmə toplanmış vitamin D ehtiyatı yanvar-fevral aylarında bitmiş olur. Ona görə də xüsusilə qış aylarında həm uşaqlar, həm də böyüklərin D vitaminini dərman preparatları vasitəsilə qəbul etməsi lazımdır. Əlbəttə ki, D vitamini qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmə aparmaq və müayinə olunmaq mütləqdir".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/01/05/437879961_341:0:3072:2048_1920x0_80_0_0_aa5f87bf0ed4197aad68a70cc67075e5.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
qış aylarında d vitamini ehtiyacını necə ödəyək
qış aylarında d vitamini ehtiyacını necə ödəyək
Qış aylarında D vitamini ehtiyacını necə ödəyək?
Həkim bildirir ki, yanvar-fevral aylarında orqanizmdəki D vitamini ehtiyatı minimuma enir.
BAKI, 8 yanvar — Sputnik. D vitamini immunitet sisteminin hüceyrə yenilənməsi üçün çox əhəmiyyətlidir. Həmin vitamin orqanizmdə günəş şüaları nəticəsində yaranır. Qış aylarında isə günəşli günlərə ara-sıra təsadüf edilir.
Sputnik Azərbaycan AZƏRTAC-a istinadla xəbər verir ki, həkim-endokrinoloq Sadiq Bəbirov qış aylarında D vitamini qəbulu barədə danışarkən deyib ki, gün ərzində, xüsusilə də saat 10-15 arası bədəni − əsasən qollar, ayaqlar, əllər və üz nahiyəsini günəş şüalarının təsirinə məruz qoymaq faydalıdır. Araşdırmalara əsasən, sutkada təxminən 15 dəqiqə günəşlənmək gündəlik D vitamini ehtiyacını ödəmək üçün kifayətdir.
Həkim-mütəxəssis bildirib ki, D vitamini günəş şüalarının bədən səthinə düşməsi nəticəsində yaranır və Azərbaycanın iqliminə əsasən, D vitamini sentyabr ayına kimi qəbul edilir: "Qış aylarında isə yayda depolanan D vitaminindən istifadə edilir. Nəticədə, müəyyən müddət sonra orqanizmdə D vitamini çatışmazlığı yaranır. Yanvar-fevral aylarında orqanizmdəki D vitamini ehtiyatı minimuma enir. Eyni zamanda, xüsusilə virus infeksiyalarının və autoimmun xəstəliklərin intensivləşməsi də məhz həmin dövrə təsadüf edir".
S.Bəbirovun dediyinə görə, günəş şüaları nəticəsində yaranan D vitamini uzunmüddətlidir: "Onun orqanizmdə qalma müddəti maksimum 6 aydır. Yəni, sentyabra qədər orqanizmə toplanmış vitamin D ehtiyatı yanvar-fevral aylarında bitmiş olur. Ona görə də xüsusilə qış aylarında həm uşaqlar, həm də böyüklərin D vitaminini dərman preparatları vasitəsilə qəbul etməsi lazımdır. Əlbəttə ki, D vitamini qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmə aparmaq və müayinə olunmaq mütləqdir".