https://sputnik.az/20220108/polis-emeliyyat-kecirib-qanunsuz-silah-askarlayib---vdeo-437980076.html
Polis əməliyyat keçirib, qanunsuz silah aşkarlayıb - VİDEO
Polis əməliyyat keçirib, qanunsuz silah aşkarlayıb - VİDEO
Sputnik Azərbaycan
Saxlanılan şəxslərin ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir. 08.01.2022, Sputnik Azərbaycan
2022-01-08T18:27+0400
2022-01-08T18:27+0400
2022-01-08T18:27+0400
polis
hadisə
əməliyyat
video görüntü
https://cdnn1.img.sputnik.az/img/07e6/01/07/437943435_0:485:1440:1295_1920x0_80_0_0_7f1abf6d5e1e08c2fe06fbae7f19e65b.jpg
BAKI, 8 yanvar — Sputnik. Abşeronda polis əməliyyat keçirib, saxlanılanlar var. Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinə istinadla xəbər verir ki, Abşeron Rayon Polis İdarəsinin Qobu Polis Bölməsinin əməkdaşları Hökməli qəsəbəsində yaşadığı evdə qanunsuz olaraq odlu silah-sursat gizlədən şəxsi saxlayıblar. Bölməyə əvvəllər məhkum olunmuş Mais İsmayılovda silah olması barədə əməliyyat məlumatı daxil olub. Həmin şəxs qısa zamanda saxlanılıb və onun evinə baxış zamanı 1 ədəd "Kalaşnikov" markalı avtomat, 30 ədəd patron, daraq aşkar edilərək götürülüb. Mais İsmayılov odlu silah-sursatı 2 ay əvvəl tapdığını, polisə təhvil verməyərək satmaq məqsədilə evində gizlətdiyini bildirib.Polislərin növbəti əməliyyatı zamanı narkotik vasitələrin satışıyla məşğul olan daha bir nəfər saxlanılıb. Əməliyyat zamanı Qobu qəsəbəsi sakini Elvin Hacıəliyev tutularaq istintaqa təqdim edilib. Onun üzərində şəxsi axtarış aparılan zaman 85 qram heroin, 20 qram metamfetamin aşkar edilərək götürülüb. Həmin şəxs ifadəsində heroini sosial şəbəkələr vasitəsilə tanış olduğu xarici ölkə vətəndaşından əldə etdiyi bildirib. O, Qobuda və ətraf qəsəbələrdə narkotik vasitələrin satışı ilə məşğul olduğunu etiraf edib.Hər iki faktla bağlı Qobu Polis Bölməsində toplanan materiallar Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Saxlanılan şəxslərin ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/01/07/437943435_0:215:1440:1295_1920x0_80_0_0_3d80a3855bc3fe2c5fe0ea19084f7bed.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
polis əməliyyat keçirib, qanunsuz silah aşkarlayıb - video
polis əməliyyat keçirib, qanunsuz silah aşkarlayıb - video
Polis əməliyyat keçirib, qanunsuz silah aşkarlayıb - VİDEO
Saxlanılan şəxslərin ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.
BAKI, 8 yanvar — Sputnik. Abşeronda polis əməliyyat keçirib, saxlanılanlar var.
Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinə istinadla xəbər verir ki, Abşeron Rayon Polis İdarəsinin Qobu Polis Bölməsinin əməkdaşları Hökməli qəsəbəsində yaşadığı evdə qanunsuz olaraq odlu silah-sursat gizlədən şəxsi saxlayıblar.
Bölməyə əvvəllər məhkum olunmuş Mais İsmayılovda silah olması barədə əməliyyat məlumatı daxil olub. Həmin şəxs qısa zamanda saxlanılıb və onun evinə baxış zamanı 1 ədəd "Kalaşnikov" markalı avtomat, 30 ədəd patron, daraq aşkar edilərək götürülüb. Mais İsmayılov odlu silah-sursatı 2 ay əvvəl tapdığını, polisə təhvil verməyərək satmaq məqsədilə evində gizlətdiyini bildirib.
Polislərin növbəti əməliyyatı zamanı narkotik vasitələrin satışıyla məşğul olan daha bir nəfər saxlanılıb. Əməliyyat zamanı Qobu qəsəbəsi sakini Elvin Hacıəliyev tutularaq istintaqa təqdim edilib.
Onun üzərində şəxsi axtarış aparılan zaman 85 qram heroin, 20 qram metamfetamin aşkar edilərək götürülüb. Həmin şəxs ifadəsində heroini sosial şəbəkələr vasitəsilə tanış olduğu xarici ölkə vətəndaşından əldə etdiyi bildirib. O, Qobuda və ətraf qəsəbələrdə narkotik vasitələrin satışı ilə məşğul olduğunu etiraf edib.
Hər iki faktla bağlı Qobu Polis Bölməsində toplanan materiallar Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Saxlanılan şəxslərin ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.