Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Məşhur azərbaycanlı fotoqraf "World Press Photo 2022"də

© AFP 2023 / YASIN AKGULFotoaparat
Fotoaparat - Sputnik Azərbaycan, 1920, 08.01.2022
Abunə olmaq
"World Press Photo 2022"-nin münsiflər heyətində artıq bir azərbaycanlı xanım da var.
BAKI, 8 yanvar — Sputnik. Tanınmış azərbaycanlı fotoqraf Rəna Əfəndi nüfuzlu "World Press Photo 2022" foto və fotojurnalistika bankında münsiflər heyətinin rəhbəri təyin edilib. Sputnik Azərbaycan xəbər verir ki, R.Əfəndi "World Press Photo"-nun bir parçası olmasından məmnun olduğunu bildirib.
Məlumat üçün bildirək ki, adı dünyada 30 ən məşhur fotoqraf siyahısına daxil edilmiş Rəna Əfəndi 2001-ci ildən sənədli fotoqrafiya ilə məşğuldur. 2009-cu ildə "Getty Images" Redaksiya qrantını, Əlli Qartal Beynəlxalq Fondunun mükafatını, Maqnum Fondunun Qafqaz Fotoqrafı Mükafatını, Mario Qiakomelli Xatirəsi Fondunun mükafatını qazanıb.
Son 10 il ərzində Əfəndinin işləri postsovet regionunda, həmçinin, 2008-ci il Rusiya-Gürcüstan konflikti, Qırğızıstandakı heroin və insan alverinin qadın qurbanları, Tehran gənclərinin gizli həyatı da daxil olmaqla Türkiyə-İran regionunda baş verənləri əhatə edib. 2011-ci ildə o, Mədəni İnkişafa görə Prins Klaus Fondu Mükafatını alıb və Qahirəyə köçüb.
2012-ci ildə Çernobl fəlakətindən sağ çıxanların həyatını sənədləşdirən filmlərinə görə Priks Piktet Qlobal mükafatının finalçıları siyahısına düşüb. Əfəndinin "World Press Photo" ilə əməkdaşlığı 2005-ci ilə, "Joop Swart Masterclass"da iştirakına gedib çıxır. 2012-ci ildə o, təşkilatın "Reporting Change" layihəsinə əvvəl seçici, sonra isə əməkdaş kimi qoşulub.
2014-cü ildə "World Press Photo" Müsabiqəsinin "Müşahidə Olunan Portret Hekayələri" və "Müşahidə Olunan Portret Vahidləri" kateqoriyasında ikinci, üçüncü yerləri qazanıb.
Onun fotoları "Le Monde", "Le Figaro", "Liberation, Courrier International", "Newsweek", "Days Japan", "Reponse Photo", "Oqonyok", "Ekspert", "Bolşoy qorod" jurnallarında dərc edilib. Azərbaycan, Türkiyə, Rusiya, Fransa, Almaniya, ABŞ və digər ölkələrdə fərdi sərgiləri keçirilib.
2007-ci ildə Amerikanın "Photo District News" jurnalı Rəna Əfəndini dünyada 30 ən məşhur fotoqraf siyahısına daxil edib. Photographer.ru qalereyasının müəllifi, Azərbaycan Fotoqraflar Birliyinin üzvüdür.
Xəbər lenti
0