NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Dünya bazarlarında neft və qaz qiyməti dəyişib

© REUTERS / Rick WilkingNeft mancanağı
Neft mancanağı - Sputnik Azərbaycan, 1920, 08.01.2022
Abunə olmaq
Azərbaycanın xam neftinin qiyməti azalır. Qaz qiymətləri isə təəccübləndirməkdə davam edir.
BAKI, 8 yanvar — Sputnik. Dünya bazarında "Azeri Light" (CIF) markalı neftin qiyməti azalıb. Sputnik Azərbaycan xəbər verir ki, Azərbaycan neftinin 1 bareli üçün qiyməti 0,36 ABŞ dolları və ya 0,42% azalaraq 85,21 dollar təşkil edib.
Xatırladaq ki, iki gün öncə Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 1,73 ABŞ dolları, yaxud 2,1% artmışdı.
Nyu-Yorkun NYMEX əmtəə birjasında isə təbii qaza olan fyuçers kotirovkalarının qiyməti artıb.
Fevralda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə, 3,25% artaraq 3,936 ABŞ dolları təşkil edib.
Xəbər lenti
0