https://sputnik.az/20220108/dtx-emekdaslarina-elave-pul-odenecek---ferman-437983534.html
DTX əməkdaşlarına əlavə pul ödənəcək - Fərman
DTX əməkdaşlarına əlavə pul ödənəcək - Fərman
Sputnik Azərbaycan
DTX əməkdaşlarının sosial müdafiəsini gücləndirmək üçün yeni qayda hazırlanacaq. 08.01.2022, Sputnik Azərbaycan
2022-01-08T14:29+0400
2022-01-08T14:29+0400
2022-01-08T14:29+0400
azərbaycan xəbərləri
pul
fərman
ödəniş
dtx
əlavə
https://cdnn1.img.sputnik.az/img/42161/09/421610961_113:0:1724:906_1920x0_80_0_0_b83defcb7925163b6f363d86f5e1f642.jpg
BAKI, 8 yanvar - Sputnik. Kəşfiyyat və əks-kəşfiyyat orqanlarının əməkdaşlarının sosial müdafiəsi gücləndirilir. Sputnik Azərbaycan bildirri ki, bu barədə müddəalar "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.Dəyişikliklərin tətbiqi barədə Prezident İlham Əliyev Fərman imzalayıb. Qanun 2021-ci il sentyabrın 1-dən tətbiq edilir.Qanuna əlavə olunan yeni maddəyə əsasən, əks-kəşfiyyat fəaliyyətinin subyekti olan Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən istintaqı aparılan cinayət işləri üzrə dövlətə vurulmuş ziyanın ödənilməsi üçün ibtidai araşdırma dövründə dövlət büdcəsinə ödənilməsi təmin edilmiş vəsaitin 5 faizi və Cinayət Məcəlləsi ilə müəyyən edilmiş qaydada şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün dövlət büdcəsinə edilmiş ödənişdən daxil olan vəsaitin 5 faizi DTX əməkdaşların sosial müdafiəsini gücləndirmək və maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə Dövlət Təhlükəsizliyi Xidmətinin xəzinə hesabına köçürüləcək. Bu vəsaitdən istifadə qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunacaq.Fərmana əsasən, Nazirlər Kabinetinə DTX əməkdaşlarının sosial müdafiəsini gücləndirmək və maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə həmin Xidmətin xəzinə hesabına köçürülən vəsaitdən istifadə qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla bir ay müddətində təsdiq etmək tapşırılıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42161/09/421610961_354:0:1562:906_1920x0_80_0_0_e3d71451a34b60b552bb25a35bc9447c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
kəşfiyyat işçilərinin sosial müdafiəsi gücləndirilir dtx pul
kəşfiyyat işçilərinin sosial müdafiəsi gücləndirilir dtx pul
DTX əməkdaşlarına əlavə pul ödənəcək - Fərman
DTX əməkdaşlarının sosial müdafiəsini gücləndirmək üçün yeni qayda hazırlanacaq.
BAKI, 8 yanvar - Sputnik. Kəşfiyyat və əks-kəşfiyyat orqanlarının əməkdaşlarının sosial müdafiəsi gücləndirilir.
Sputnik Azərbaycan bildirri ki, bu barədə müddəalar "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Dəyişikliklərin tətbiqi barədə Prezident İlham Əliyev Fərman imzalayıb. Qanun 2021-ci il sentyabrın 1-dən tətbiq edilir.
Qanuna əlavə olunan yeni maddəyə əsasən, əks-kəşfiyyat fəaliyyətinin subyekti olan Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən istintaqı aparılan cinayət işləri üzrə dövlətə vurulmuş ziyanın ödənilməsi üçün ibtidai araşdırma dövründə dövlət büdcəsinə ödənilməsi təmin edilmiş vəsaitin 5 faizi və Cinayət Məcəlləsi ilə müəyyən edilmiş qaydada şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün dövlət büdcəsinə edilmiş ödənişdən daxil olan vəsaitin 5 faizi DTX əməkdaşların sosial müdafiəsini gücləndirmək və maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə Dövlət Təhlükəsizliyi Xidmətinin xəzinə hesabına köçürüləcək.
Bu vəsaitdən istifadə qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunacaq.
Fərmana əsasən, Nazirlər Kabinetinə DTX əməkdaşlarının sosial müdafiəsini gücləndirmək və maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə həmin Xidmətin xəzinə hesabına köçürülən vəsaitdən istifadə qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla bir ay müddətində təsdiq etmək tapşırılıb.