Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920
HƏRBİ
Hərbi quruculuğa, döyüş əməliyyatlarına, silahlı münaqişələrə, silah-sursata dair xəbər və məqalələr

Azərbaycan SQ narkomaniya ilə mübarizəyə başlayır

© Photo : Facebook / Vugar İbadovƏsgərlər, arxiv şəkli
Əsgərlər, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 08.01.2022
Abunə olmaq
Narkomaniyanın doğurduğu faciələr, eləcə də digər mövzularla bağlı ətraflı məlumat veriləcək.
BAKI, 8 yanvar — Sputnik. Azərbaycan Ordusunun hərbi hissə və birləşmələri, xüsusi təyinatlı təhsil müəssisələrində seminarlar, görüşlər keçiriləcək.
Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, bunlar Azərbaycan Ordusunda narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəyə dair 2022-ci tədris ili üçün birgə tədbirlər planına uyğun gerçəkləşdiriləcək.
Tədbirlərdə cəmiyyət arasında gənclərin bu zərərli vərdişlərə meyillilik hallarının qarşısının alınması istiqamətində görülən işlər, Azərbaycan Ordusunda narkomaniyaya qarşı mübarizə tədbirləri, o cümlədən narkotiklərin insan orqanizminə məhvedici təsiri, narkotik asılılığın formalaşma mərhələləri, narkomaniyanın doğurduğu faciələr, eləcə də digər mövzularla bağlı ətraflı məlumat veriləcək.
Keçiriləcək seminar və görüşlərdə hərbi qulluqçuları maraqlandıran suallar cavablandırılacaq.
Xəbər lenti
0