Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Camaatı kartla ödənişə inandırmaq üçün müğənni Edisi işə qoşublar

© Photo : BNA133 nömrəli marşrut xətti ilə yeni və müasir avtobuslar sərnişinlərə xidmət edəcək
133 nömrəli marşrut xətti ilə yeni və müasir avtobuslar sərnişinlərə xidmət edəcək - Sputnik Azərbaycan, 1920, 07.01.2022
Abunə olmaq
Nəqliyyatda nağdsız ödənişləri stimullaşdırmaq məqsədilə Şamaxıda cümə günü və bazar ertəsi ilk gedişhaqqının "MasterCard" vasitəsilə pulsuz olması üçün pilot layihə həyata keçirilib.
BAKI, 7 yanvar — Sputnik. Azərbaycan paytaxtında ictimai nəqliyyat ödənişlərinin çoxu "BakıKart"la həyata keçirilir. Sərnişinlər "BakıKart" ödənişləri üçün ayrılan terminallardan karta vəsait ödəyirlər, halbuki, yarı nağd olan sistemdən nağdsız sistemə keçid üçün böyük potensial var.
Bu sözləri Sputnik Azərbaycana "Mastercard" şirkətinin Azərbaycan üzrə meneceri Erdem Çakar deyib.
Onun sözlərinə görə, istehlakçılar gedişhaqqını açıq dövriyyəli kredit və ya debit kartları, telefon vasitəsilə təmassız şəkildə ödədikdən sonra nağdsız əməliyyatlara öyrəşirlər. Belədə digər nağdsız əməliyyatlara müraciət etmək ehtimalları da artır. Əməliyyatlar daha da şəffaflaşır, nəticə etibarı ilə iqtisadiyyat üçün külli miqdarda xərclərə qənaət edilir.
Erdem Çakarın sözlərinə görə, şəxs "MasterCard" debit və ya kredit kartından "BakıKarta" vəsait yüklədikdən sonra gediş haqqı əldə edir. Lakin açıq dövriyyə sistemli "MasterCard" debit və ya kredit kartı ilə birbaşa ödəniş etmək daha asandır. Bunun üçün "BakıKart"ın istifadə olunduğu metro və avtobuslarda cihazların yenilənməsinə ehtiyac var.
O deyib ki, növbəti addım "MasterCard"ın təhlükəsiz onlayn şlyüz həlli "MasterPass"ı tətbiq edərək onlayn vəsait yüklənməsini daha da asanlaşdırmaq olacaq.
Hazırda kart ödənişləri xüsusi olaraq paytaxt Bakının ictimai nəqliyyatında tətbiq edilməkdədir. Bununla belə, uzun illər ərzindəki gecikmələr səbəbindən proses natamamdır. Erdem Çakar deyir ki, açıq dövriyyəli debit və ya kredit kartları üçün metro və avtobuslarda cihaz yenilənməsi həyata keçirildikdən sonra "Masterpass" vasitəsilə onlayn vəsait yüklənməsini sürətləndirmək olar:

"Nəqliyyatda nağdsız ödəniş mümkün olduqda insanlar bütün digər ödənişlər üçün eyni kartdan istifadə etməyə başlayır. "Apple Pay" və başqa cüzdanlarda NFC ödənişlərinin olması bu prosesi daha da sürətləndirir. Bunun üçün bütün banklar öz "MasterCard" debit və kredit kartlarını təmassız etməli və telefon əsaslı NFC ödənişləri aktivləşdirməlidirlər".

Nəqliyyatda nağdsız ödənişləri stimullaşdırmaq məqsədilə Şamaxıda cümə günü və bazar ertəsi ilk gedişhaqqının "MasterCard" vasitəsilə pulsuz olması üçün kiçik pilot layihə həyata keçirilib:
"Buna qədər bütün ödənişlər nağd şəkildə idi. Bundan sonra isə hamı "Mastercard"ın kredit və ya debit kartları vasitəsilə təmassız ödənişlər etdilər. Belə kartı olmayan müştərilər üçün köşklərdə ön ödəməli kartlar təqdim olunur. "MasterCard" kart ödənişlərini stimullaşdırmaq, bununla da nağdsız ödəniş vərdişlərinin yaradılmasını sürətləndirmək üçün belə kampaniyalara start verib".
O qeyd edib ki, camaatı gedişhaqqını kartla ödəməyə inandırmaq üçün türkiyədə hətta müğənni Edisi işə qoşublar.
Çakar qeyd edib ki, 2022-ci ildə ən azı bir başqa şəhərdə də açıq dövriyyəli ödənişi işə salmaq istəyirlər. Həmçinin, Bakıdakı kimi, mümkün olan digər yerlərdə də "MasterPass" onlayn vəsaityükləmə sistemini aktivləşdirmək fikrindədirlər.
Qeyd edək ki, Erdem Çakar "Mastercard"ın Türkiyə və Azərbaycan klasteri olaraq, həm Türkiyə, həm də Azərbaycan bazarını idarə edir.
Xəbər lenti
0