DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

İki minə qədər jurnalist koronovirusun qurbanı olub

© Depositphotos.com / PakhayOperator, arxiv şəkli
Operator, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 07.01.2022
Abunə olmaq
Ən çox ölüm halı Braziliyada qeydə alınıb - 295 nəfər.
BAKI, 7 yanvar - Sputnik. 2020-ci ilin martından bəri dünyanın 94 ölkəsində koronovirus ucbatından azı 1940 jurnalist həyatını itirib. Bu barədə Sputnik Azərbaycan Azərtac-a istinadən xəbər verir.
Cenevrədə Press Emblem Campaign (PEC) qeyri-hökumət təşkilatının məlumatına görə, ən çox ölüm halı Braziliyada qeydə alınıb - 295 nəfər.
İlk onluğa, həmçinin Hindistan (279), Peru (199), Meksika (122), Kolumbiya (79), Banqladeş (68), ABŞ (67), İtaliya (61), Venesuela (59) və Ekvador (51) daxildir.
Hesablamalar yerli KİV-dən, milli mətbuat assosiasiyalarından və təşkilatın regional nümayəndələrindən daxil olan məlumatlar əsasında aparılıb.
“Qurbanların həqiqi sayı, şübhəsiz ki, daha çoxdur. Çünki jurnalistlərin ölüm səbəbləri heç də həmişə müəyyənləşdirilməyib və ya elan olunmayıb. Bəzi ölkələrdə etibarlı informasiya yoxdur”, - deyə məlumatda bildirilir.
Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, qurumun təşkil etdiyi vaksinasiyaya indiyə qədər 1 100-dən çox media nümayəndəsi qatılıb. Onun sözlərinə görə, Azərbaycanda jurnalistlərdən 300 nəfərində koronavurusa yoluxma halı qeydə alınıb, onlardan 14-ü vəfat edib.
Həmçinin oxuyun:
Feyk xəbər, feyk müəllim, feyk pul, feyk həyat...
Teletənqidçi: Təəssüf ki, radionu ikinci dərəcəli, gərəksiz bir şey hesab edirlər
Bəzən əldə edilən materialın qiyməti həyatın özüdür - Zaxarova
Xəbər lenti
0