https://sputnik.az/20220107/bu-gunden-en-uzun-tetil-baslanir-437937008.html
Bu gündən ən uzun tətil başlanır
Bu gündən ən uzun tətil başlanır
Sputnik Azərbaycan
Rəhbərlik spesifik təsnifatdan imtina etdiyinə görə tətilin iyunadək davam etdirilməsi planlaşdırılır. 07.01.2022, Sputnik Azərbaycan
2022-01-07T08:07+0400
2022-01-07T08:07+0400
2022-01-07T08:07+0400
dünya xəbərləri
tətil
gecə
metro
london
maşinist
https://cdnn1.img.sputnik.az/img/41353/12/413531275_0:0:3001:1688_1920x0_80_0_0_2aaa1de5f02915d34c56cbf9afacda8f.jpg
BAKI, 7 yanvar - Sputnik. London metrosunun maşinistləri yanvarın 7-dən tətilə başlamağı düşünürlər. Gecə qatarlarının fəaliyyəti COVID-19 səbəbindən yaranmış fasilədən sonra bərpa edilsə də, rəhbərlik gecə maşinistləri təsnifatından imtina etdiyindən tətilin iyunadək davam etdirilməsi planlaşdırılır. Nəqliyyatçıların həmkarlar ittifaqı RMT-nin tarixi boyunca bu, ən uzun tətil ola bilər.Xüsusən Central və Victoria xətlərindəki maşinistlərə 2022-ci il yanvarın 7-dən növbəti xəbərdarlıq alana qədər cümə və şənbə günləri 20:30-dan sabahı gün saat 08:00-dək növbəyə çıxmamaq tapşırılıb. Ancaq qeyd olunur ki, əgər London metropoliteninin rəhbərliyi reaksiya verməsə, metro işçiləri "fəaliyyətlərin genişlənməsi imkanını" nəzərdən keçirə bilərlər. London metrosu ötən il noyabrın 27-dən Central və Victoria xətlərində cümə və şənbə günləri COVID-19 pandemiyası zamanı ləğv edilmiş gecə qatarlarının hərəkətini bərpa edib. Həmkarlar əmək mübahisələrinin məhkəməyəqədər həlli ilə məşğul olan ACAS strukturu ilə birlikdə aylarla gecə maşinistləri təsnifatının ləğvi barədə mübahisənin həll olunmasına çalışır. İttifaqdan bildirilib ki, gecə maşinistləri təsnifatının ləğvi 200 iş yerinin itirilməsi, eləcə də 3 min əməkdaşın iş və istirahət balansının pozulması ilə nəticələnəcək. Maşinistlər noyabrın 26-dan dekabrın 19-dək bir neçə dəfə tətil ediblər. Eyni zamanda RMT-nin baş katibi Mik Linç deyib ki, həmkarlar növbəti danışıqlarda iştirak etməyə hazırdır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41353/12/413531275_0:0:2731:2048_1920x0_80_0_0_1bb3b05bdbed9df22556c56b1fc8bf8a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
london gecə maşinistləri ən uzun tətil təsnifat həmkarlar
london gecə maşinistləri ən uzun tətil təsnifat həmkarlar
Bu gündən ən uzun tətil başlanır
Rəhbərlik spesifik təsnifatdan imtina etdiyinə görə tətilin iyunadək davam etdirilməsi planlaşdırılır.
BAKI, 7 yanvar - Sputnik. London metrosunun maşinistləri yanvarın 7-dən tətilə başlamağı düşünürlər.
Gecə qatarlarının fəaliyyəti COVID-19 səbəbindən yaranmış fasilədən sonra bərpa edilsə də, rəhbərlik gecə maşinistləri təsnifatından imtina etdiyindən tətilin iyunadək davam etdirilməsi planlaşdırılır. Nəqliyyatçıların həmkarlar ittifaqı RMT-nin tarixi boyunca bu, ən uzun tətil ola bilər.
Xüsusən Central və Victoria xətlərindəki maşinistlərə 2022-ci il yanvarın 7-dən növbəti xəbərdarlıq alana qədər cümə və şənbə günləri 20:30-dan sabahı gün saat 08:00-dək növbəyə çıxmamaq tapşırılıb.
Ancaq qeyd olunur ki, əgər London metropoliteninin rəhbərliyi reaksiya verməsə, metro işçiləri "fəaliyyətlərin genişlənməsi imkanını" nəzərdən keçirə bilərlər.
London metrosu ötən il noyabrın 27-dən Central və Victoria xətlərində cümə və şənbə günləri COVID-19 pandemiyası zamanı ləğv edilmiş gecə qatarlarının hərəkətini bərpa edib.
Həmkarlar əmək mübahisələrinin məhkəməyəqədər həlli ilə məşğul olan ACAS strukturu ilə birlikdə aylarla gecə maşinistləri təsnifatının ləğvi barədə mübahisənin həll olunmasına çalışır.
İttifaqdan bildirilib ki, gecə maşinistləri təsnifatının ləğvi 200 iş yerinin itirilməsi, eləcə də 3 min əməkdaşın iş və istirahət balansının pozulması ilə nəticələnəcək.
Maşinistlər noyabrın 26-dan dekabrın 19-dək bir neçə dəfə tətil ediblər.
Eyni zamanda RMT-nin baş katibi Mik Linç deyib ki, həmkarlar növbəti danışıqlarda iştirak etməyə hazırdır.