Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Yüz əlli min dollarlıq qızıl necə görünür - VİDEO

© Sputnik / Irade JELILQızıl-zinət əşyaları, arxiv şəkli
Qızıl-zinət əşyaları, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 06.01.2022
Abunə olmaq
Binəqədi sakini bayram günləri evdə olmadığı müddətdə evindən külli miqdarda sərvət oğurlanıb.
BAKI, 6 yanvar — Sputnik. Bakıda evdən içərisində pul, qızıl-zinət əyaları və qol saatları olan seyf oğurlanıb. Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinə istinadən xəbər verir ki, hadisə Binəqədi rayonunda yerləşən evlərdən birində qeydə alınıb.
Belə ki, zərərçəkən ev sahibi polisə müraciət edərək, bayram günləri, 31 dekabr – 2 yanvar tarixləri arasında evdə olmadığı müddətdə naməlum şəxslər tərəfindən mənzildən içərisində 10 min manat nağd pul, 150 min dollarlıq qızıl-zinət əyaları və 15 min manat dəyərində qol saatları olan seyfin oğurlandığını bildirib.
Məlumat daxil olan kimi hadisəni törədən şəxslərin axtarışlarına başlanılıb.
DİN əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində qeyd olunan cinayət əməlini törətməkdə şübhəli bilinən Zaqatala rayon sakinləri, əvvəllər məhkum olunmuş Murad Allahverdiyev Uveys Məmmədov saxlanılıblar. Onlar ifadələrində törətdikləri hadisəni etiraf ediblər.
Qeyd edək ki, bu şəxslərin oğurladıqları qızıl-zinət və digər əşyalar onlardan aşkar olunaraq maddi sübut kimi götürülüb. Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Xəbər lenti
0