https://sputnik.az/20220106/xaricde-narkokuryerliye-celb-edilen-sexs-tutulub---vdeo--foto-437900896.html
Xaricdə narkokuryerliyə cəlb edilən şəxs tutulub - VİDEO + FOTO
Xaricdə narkokuryerliyə cəlb edilən şəxs tutulub - VİDEO + FOTO
Sputnik Azərbaycan
Faktla bağlı Cinayət Məcəlləsinin "qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə... 06.01.2022, Sputnik Azərbaycan
2022-01-06T13:37+0400
2022-01-06T13:37+0400
2022-01-06T13:37+0400
nərimanov
azərbaycan xəbərləri
narkotik
ticarət
xaric
saxlanılma
https://cdnn1.img.sputnik.az/img/07e5/03/1e/426576354_0:0:1639:921_1920x0_80_0_0_c031d430aa5d3d641ed217fb9b78d3c5.jpg
BAKI, 6 yanvar — Sputnik. Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, həyata keçirilən tədbir zamanı narkotik vasitələrin satışı ilə məşğul olan paytaxt sakini, əvvəllər məhkum olunmuş Xudaverdi Allahverdiyev saxlanılıb.Şəxsi axtarış zamanı ondan 1 kiloqram 65 qram heroin aşkar edilərək götürülüb. Araşdırma zamanı həmin şəxs narkotik vasitələri satmaq məqsədilə xarici ölkələrdən birinin vətəndaşından onlayn yolla aldığını bildirib.Qeyd edək ki, Xudaverdi Allahverdiyev narkotik vasitələrin satışını həyata keçirdiyi üçün izini itirmək məqsədilə yaşayış ünvanlarını mütəmadi olaraq dəyişirmiş. Sonuncu dəfə Nərimanov rayonunda külli miqdarda heroini satış məqsədilə əldə edən zaman polislər tərəfindən saxlanılıb.Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Xudaverdi Allahverdiyev barəsində Cinayət Məcəlləsinin 234.4.3-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.Nərimanov rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ifşa edilməsi istiqamətində polis əməkdaşları tərəfindən əməliyyat tədbirləri davam etdirilir.Həmçinin oxuyun:Paytaxtda narkokuryer və oğru ovuBakının hər rayonunda saxlanc yerləri varmış - nəhəng şəbəkənin üstü açıldıNarkocinayətlərin sayı artmaqdadır - RƏSMİ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/03/1e/426576354_0:0:1639:1229_1920x0_80_0_0_15a1a16beae503523b3660995869ea32.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
nərimanov, narkotik, ticarət, xaric, saxlanılma
nərimanov, narkotik, ticarət, xaric, saxlanılma
Xaricdə narkokuryerliyə cəlb edilən şəxs tutulub - VİDEO + FOTO
Faktla bağlı Cinayət Məcəlləsinin "qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə" maddəsi ilə cinayət işi başlanılıb.
BAKI, 6 yanvar — Sputnik. Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən
Sputnik Azərbaycan-a verilən məlumata görə, həyata keçirilən tədbir zamanı narkotik vasitələrin satışı ilə məşğul olan paytaxt sakini, əvvəllər məhkum olunmuş Xudaverdi Allahverdiyev saxlanılıb.
Şəxsi axtarış zamanı ondan 1 kiloqram 65 qram heroin aşkar edilərək götürülüb. Araşdırma zamanı həmin şəxs narkotik vasitələri satmaq məqsədilə xarici ölkələrdən birinin vətəndaşından onlayn yolla aldığını bildirib.
Qeyd edək ki, Xudaverdi Allahverdiyev narkotik vasitələrin satışını həyata keçirdiyi üçün izini itirmək məqsədilə yaşayış ünvanlarını mütəmadi olaraq dəyişirmiş. Sonuncu dəfə Nərimanov rayonunda külli miqdarda heroini satış məqsədilə əldə edən zaman polislər tərəfindən saxlanılıb.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Xudaverdi Allahverdiyev barəsində Cinayət Məcəlləsinin 234.4.3-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.
Nərimanov rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ifşa edilməsi istiqamətində polis əməkdaşları tərəfindən əməliyyat tədbirləri davam etdirilir.