https://sputnik.az/20220106/usaqlar-arasinda-covid-simptomlu-xestelik-yayilib---ne-etmeli-437915316.html
Uşaqlar arasında COVID simptomlu xəstəlik yayılıb - nə etməli?
Uşaqlar arasında COVID simptomlu xəstəlik yayılıb - nə etməli?
Sputnik Azərbaycan
Uşaqların xəstəliyi bir qədər ağır keçirməsi onların koronavirusa (COVID-19) yoluxması ehtimalını yaradıb. 06.01.2022, Sputnik Azərbaycan
2022-01-06T16:58+0400
2022-01-06T16:58+0400
2022-01-06T16:58+0400
pediatr
səhiyyə
uşaqlar
virus
valideyn
simptom
koronavirus
covid-19
https://cdnn1.img.sputnik.az/img/41964/22/419642210_158:0:3799:2048_1920x0_80_0_0_be2e511783057e5f7fab8a4a773b705c.jpg
BAKI, 6 yanvar — Sputnik. Son günlər uşaqlar arasında yayılan xəstəliklərlə bağlı müraciətlərin sayı artıb. Gətirilən uşaqların böyük əksəriyyətində qızdırma, halsızlıq, öskürək, ishal və s. simptomlar müşahidə olunur. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Kliniki Tibbi Mərkəzin Mətbuat Xidmətindən məlumat verilib.Bildirilib ki, son zamanlar uşaqlar arasında yayılan xəstəliklər mövsümi xarakter daşıyır. Bəzi uşaqların bunu bir qədər ağır keçirməsi onların koronavirusa (COVID-19) yoluxması demək deyil. Uşaqlarda COVID-19-a yoluxma çox az hallarda baş verir.Mərkəzin tabeliyində olan 2 saylı Klinik Uşaq Xəstəxanasının pediatr-infeksionisti Rəna Hüseynovanın sözlərinə görə, uşaqlarda immunitetin zəif olması, kütləvi tədbirlərdə, insanların sıx olduğu ərazilərdə yaxın təmasların olması xəstəliklərin onlar arasında kütləvi artmasının əsas səbəblərindəndir.R.Hüseynova valideynlərə tövsiyəsində bildirib ki, hazırda geniş yayılan xəstəliyin müalicəsi üçün həkimlə məsləhətləşmək mütləqdir: "Valideynlər həkimlə əlaqə qurana qədər uşaqlara çoxlu maye, onların qızdırmasının aşağı düşməsi üçün dərman verə bilərlər. Antibiotik vasitələrdən istifadə isə yolverilməzdir. Antibiotiklə müalicəyə ancaq həkim qərar verə bilər".Pediatr-infeksionist əlavə edib ki, sağlam qidalanmaqla, gigiyena qaydalarına düzgün əməl etməklə, insanlarla sıx təmasdan uzaq olmaqla xəstəliklərdən qorunmaq mümkündür.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41964/22/419642210_613:0:3344:2048_1920x0_80_0_0_f1b2be941a7c4c05a15f18a83deb86d5.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
uşaqlar arasında covid simptomlu xəstəlik yayılıb pediatr məsləhət antibiotik
uşaqlar arasında covid simptomlu xəstəlik yayılıb pediatr məsləhət antibiotik
Uşaqlar arasında COVID simptomlu xəstəlik yayılıb - nə etməli?
Uşaqların xəstəliyi bir qədər ağır keçirməsi onların koronavirusa (COVID-19) yoluxması ehtimalını yaradıb.
BAKI, 6 yanvar — Sputnik. Son günlər uşaqlar arasında yayılan xəstəliklərlə bağlı müraciətlərin sayı artıb. Gətirilən uşaqların böyük əksəriyyətində qızdırma, halsızlıq, öskürək, ishal və s. simptomlar müşahidə olunur. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Kliniki Tibbi Mərkəzin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, son zamanlar uşaqlar arasında yayılan xəstəliklər mövsümi xarakter daşıyır. Bəzi uşaqların bunu bir qədər ağır keçirməsi onların koronavirusa (COVID-19) yoluxması demək deyil. Uşaqlarda COVID-19-a yoluxma çox az hallarda baş verir.
Mərkəzin tabeliyində olan 2 saylı Klinik Uşaq Xəstəxanasının pediatr-infeksionisti Rəna Hüseynovanın sözlərinə görə, uşaqlarda immunitetin zəif olması, kütləvi tədbirlərdə, insanların sıx olduğu ərazilərdə yaxın təmasların olması xəstəliklərin onlar arasında kütləvi artmasının əsas səbəblərindəndir.
R.Hüseynova valideynlərə tövsiyəsində bildirib ki, hazırda geniş yayılan xəstəliyin müalicəsi üçün həkimlə məsləhətləşmək mütləqdir: "Valideynlər həkimlə əlaqə qurana qədər uşaqlara çoxlu maye, onların qızdırmasının aşağı düşməsi üçün dərman verə bilərlər. Antibiotik vasitələrdən istifadə isə yolverilməzdir. Antibiotiklə müalicəyə ancaq həkim qərar verə bilər".
Pediatr-infeksionist əlavə edib ki, sağlam qidalanmaqla, gigiyena qaydalarına düzgün əməl etməklə, insanlarla sıx təmasdan uzaq olmaqla xəstəliklərdən qorunmaq mümkündür.