Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Şuşada daha bir qurumun filialı açılıb

© Sputnik / Mihail Voskresenskiy / Mediabanka keçidŞuşada qədim qala divarları
Şuşada qədim qala divarları - Sputnik Azərbaycan, 1920, 06.01.2022
Abunə olmaq
Hələlik filial rəhbərliyinə təyinat yoxdur. Bununla da qurumun filiallarının sayı 6-ya çatdırılıb.
BAKI, 6 yanvar — Sputnik. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə (NRYTN) məxsus "Aztelekom" MMC-də növbəti struktur islahatı aparılıb.
Sputnik Azərbaycan xəbər verir ki, qurumun azad edilmiş ərazilərdə ilk filialı olan "Şuşa" filialı fəaliyyətə başlayıb. Hələlik filial rəhbərliyinə təyinat yoxdur. Bununla da qurumun filiallarının sayı 6-ya çatdırılıb.
Nazirlikdən "Report"un sorğusuna cavab olaraq fakt təsdiq edilib.
Qeyd edək ki, bundan öncə şirkətin "Cənub Şirvan", "Şimal-Qərb", "Şimal-Şərq", "Aran" və "Dağlıq Şirvan" regional filialları yaradılıb.
Xatırladaq ki, "Aztelekom"da struktur islahatları "Rəqəmsal transformasiya sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında" Prezident İlham Əliyevin 27 aprel 2021-ci il tarixli Fərmanına uyğun olaraq aparılır. Filialların sayının 8-ə çatdırılması nəzərdə tutulur.
Xəbər lenti
0