https://sputnik.az/20220106/qarabag-muharibesi-istirakcisina-qarsi-deleduzluq-eden-sexsin-mehkemesi-baslayir-437896315.html
Qarabağ müharibəsi iştirakçısına qarşı dələduzluq edən şəxsin məhkəməsi başlayır
Qarabağ müharibəsi iştirakçısına qarşı dələduzluq edən şəxsin məhkəməsi başlayır
Sputnik Azərbaycan
İş üzrə toplanmış sübutlar əsasında Əhliman Qurbanova 24 dekabr 2021-ci il tarixdə Cinayət Məcəlləsinin xeyli miqdarda ziyan vurmaqla dələduzluq və rüşvət... 06.01.2022, Sputnik Azərbaycan
2022-01-06T11:06+0400
2022-01-06T11:06+0400
2022-01-06T11:06+0400
qarabağ
cəmiyyət
dələduzluq
məhkəmə
müharibə
iştirakçı
https://cdnn1.img.sputnik.az/img/07e5/05/1d/427075278_0:203:3175:1988_1920x0_80_0_0_ac5b046d81455b190d8d872b212655b1.jpg
BAKI, 6 yanvar — Sputnik. Vətəndaşa qarşı dələduzluq edən şəxsin cinayət işi məhkəməyə göndərilib. Sputnik Azərbaycan Baş Prokurorluğun mətbuat xidmətinə istinadla xəbər verir ki, Qurbanov Əhliman Sultan oğlunun vətəndaşa qarşı qanunsuz hərəkətlər etməsi barədə daxil olmuş müraciət əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işinin istintaqı yekunlaşıb.Aparılmış istintaqla Əhliman Qurbanovun 2018-ci ildə ona müraciət edən birinci Qarabağ müharibəsi iştirakçısına özünün yüksək vəzifədə işləyən səlahiyyətli tanışı vasitəsilə əlillik dərəcəsinin alınmasına köməklik göstərəcəyini yalandan vəd edərək sonuncunun 16 min manat məbləğində pul vəsaitini ələ keçirməsinə, həmin hərəkətləri ilə vətəndaşı vəzifəli şəxsə rüşvət verməyə təhrik etməsinə əsaslı şübhələr müəyyən edilib.İş üzrə toplanmış sübutlar əsasında Əhliman Qurbanova 24 dekabr 2021-ci il tarixdə Cinayət Məcəlləsinin 178.2.4 (xeyli miqdarda ziyan vurmaqla dələduzluq) və 32.4,312.1-ci (rüşvət verməyə təhrikçilik) maddələri ilə yekun ittiham elan edilməklə, cinayət işi baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.Həmçinin oxuyun:Tağıyevin cinayət işi: Bakıda ana və azyaşlı oğlunu öldürən şəxsə 7 il iş verildiRövşən Lənkəranski və Lotu Quli ölsə də, adamları ənənəni yaşadır - apellyasiya şikayəti
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/05/1d/427075278_79:0:2810:2048_1920x0_80_0_0_85baaa39bd84cba6fc45bccf64c772bb.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
qarabağ, dələduzluq, məhkəmə, müharibə, iştirakçı
qarabağ, dələduzluq, məhkəmə, müharibə, iştirakçı
Qarabağ müharibəsi iştirakçısına qarşı dələduzluq edən şəxsin məhkəməsi başlayır
İş üzrə toplanmış sübutlar əsasında Əhliman Qurbanova 24 dekabr 2021-ci il tarixdə Cinayət Məcəlləsinin xeyli miqdarda ziyan vurmaqla dələduzluq və rüşvət verməyə təhrikçilik maddələri ilə cinayət işi məhkəməyə göndərilib.
BAKI, 6 yanvar — Sputnik. Vətəndaşa qarşı dələduzluq edən şəxsin cinayət işi məhkəməyə göndərilib.
Sputnik Azərbaycan Baş Prokurorluğun mətbuat xidmətinə istinadla xəbər verir ki, Qurbanov Əhliman Sultan oğlunun vətəndaşa qarşı qanunsuz hərəkətlər etməsi barədə daxil olmuş müraciət əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işinin istintaqı yekunlaşıb.
Aparılmış istintaqla Əhliman Qurbanovun 2018-ci ildə ona müraciət edən birinci Qarabağ müharibəsi iştirakçısına özünün yüksək vəzifədə işləyən səlahiyyətli tanışı vasitəsilə əlillik dərəcəsinin alınmasına köməklik göstərəcəyini yalandan vəd edərək sonuncunun 16 min manat məbləğində pul vəsaitini ələ keçirməsinə, həmin hərəkətləri ilə vətəndaşı vəzifəli şəxsə rüşvət verməyə təhrik etməsinə əsaslı şübhələr müəyyən edilib.
İş üzrə toplanmış sübutlar əsasında Əhliman Qurbanova 24 dekabr 2021-ci il tarixdə Cinayət Məcəlləsinin 178.2.4 (xeyli miqdarda ziyan vurmaqla dələduzluq) və 32.4,312.1-ci (rüşvət verməyə təhrikçilik) maddələri ilə yekun ittiham elan edilməklə, cinayət işi baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.