https://sputnik.az/20220106/nazirle-tesadufi-gorus-azerbaycan-dilinde-ilk-elani-veren-stuardessanin-heyatini-deyisdi--437833321.html
Nazirlə təsadüfi görüş Azərbaycan dilində ilk elanı verən stüardessanın həyatını dəyişdi
Nazirlə təsadüfi görüş Azərbaycan dilində ilk elanı verən stüardessanın həyatını dəyişdi
Sputnik Azərbaycan
Ömrünün gənc illərini bələdçi kimi çalışan Zemfira Əliyeva sevib-seçdiyi sənətə gəlişi ilə bağlı xatirlərini Sputnik Azərbaycan-la bölüşüb 06.01.2022, Sputnik Azərbaycan
2022-01-06T10:03+0400
2022-01-06T10:03+0400
2022-01-06T10:40+0400
təyyarə
cəmiyyət
stüardessa
https://cdnn1.img.sputnik.az/img/07e6/01/06/437895412_0:67:1280:787_1920x0_80_0_0_373b83b839f51a886853107c50b7bc61.jpg
BAKI, 6 yanvar — Sputnik. Zemfira Əliyeva 1970-ci ildən əmək fəaliyyətinə başlayan, eyni zamanda Azərbaycan dilində elan mətni tərcümə edib səsləndirən stüardessa kimi tarixə düşüb. Ömrünün gənc illərini bələdçi kimi çalışan Zemfira Əliyeva sevib-seçdiyi sənətə gəlişi ilə bağlı xatirlərini Sputnik Azərbaycan-la bölüşüb. Qəhrəmanımızın doğulduğu ailə böyük olduğundan, anası onu internat evinə qoyub: Günlərin birində Zemfira xanımı təhsili ilə bağlı Moskvaya göndərirlər. Aeroportda qızların geyiminə vurulan həmsöhbətimiz stüardessa olmağı qərara alır: "18 yaşım var idi. Bir qohumum Azərbaycan Mülki Hava Donanması İdarəsində işləyirdi. Ona dedim ki, "elə istəyirəm, burada işləyim". Qohumum Nəzakət məni işə düzəltdi. Səhər gəlib baqajları qəbul edirdim, sonra aeroporta aparırdım. Amma arzum təyyarə bələdçisi olmaq idi".Nazirlə təsadüfi görüş və qəribə tapşırıqHəmsöhbətimiz qohumun məsləhəti ilə nazirliyə müraciət edir. 20 yaşlı gənc qız ən böyük arzusuna çatır:"Getdim nazirliyə, boynumu büküb qapının ağzında dayanmışdım. Gördüm, yaraşıqlı bir kişi ikinci mərtəbədən düşür. Soruşdu ki, “qızım, burada niyə dayanmısan?” Dedim, “mən təyyarə bələdçisi olmaq istəyirəm, amma bilmirəm kimə müraciət edim”. Dedi “Mehdi müəllimə yaxınlaş, denən məni Nuru Mecidoviç göndərib”. Mehdi müəllimə deyəndə ki, "məni Nuru müəllim göndərib", o, təəccübünü gizlədə bilməyərək soruşdu: "Nuru Mecidoviçin özü?” Mən də bilmirəm axı N.Mecidoviç kimdir. Sən demə, məni tapşıran adam nazir imiş. Sonra məni 1 aylıq Zabratda kurs keçməyə göndərdilər".Zemfira xanım təyyarə bələdçisi olduğunu anasından gizlədib. Bilirdi ki, anası ona bu işdə işləməyə icazə verməyəcək. Onun ilk reysi Odessaya olub: İlk dəfə “İL-14”-lə reysə çıxan müsahibimiz Azərbaycanın bütün rayonlarını gəzib. Bundan sonra isə “TU-134”-lə uçan Zemfira xanım deyir, o zamanlar təyyarədə elanları ancaq rus dilində verirdilər. O isə qərara gəlib ki, elanları Azərbaycan dilində səsləndirsin: “Fikirləşdim ki, niyə rus dilində olmalıdır? Axı biz Azərbaycanda yaşayırıq. Dəftər götürdüm, özüm bacardığım formada tərcümə elədim. Həmin reysdə Nazirlər Kabinetində çalışan İbrahim Xəlilov da uçurdu. Nuru Mecidoviçə deyib ki, burada bir qız Azərbaycan dilində elan verdi. Bir gün Nuru müəllim gəlib soruşdu ki, “Azərbaycan dilində elanı kim verib?” Dedim “mən”. Onda ürəyimə qorxu düşdü ki, vəssalam, yəqin, sabahdan işə çıxmayacağam. Amma səhəri Nuru müəllim qərar verdi: "Azərbaycan dilində kim bilirsə, Zemfiradan elanları götürsün". Ondan sonra biz elanları öz dilimizdə verdik”.Ömrü boyu yüksəklikdən qorxan Zemfira xanım 4-cü mərtəbədən yuxarı qalxa bilmir: “Eyvana çıxa bilmirdim, qorxurdum. Dayımgil 4-cü mərtəbədə yaşayırdı. Onlara gedəndə eyvana çıxmağa qorxurdum. Amma bu sənəti o qədər sevirdim ki, yüksəkliyi hiss etmirdim”.Heydər Əliyev də camaatın yediyindən yeyirdiDünyaca məşhur aktyorlarla, müğənnilərlə uçan həmsöhbətimiz deyir ki, o dönəmlərdə sərnişinlər arasında ayrıseçkilik olmayıb: “Heydər Əliyevlə də uçmuşam. Onun üçün mətbəxdə xüsusi yemək hazırlanmırdı. Camaat nə yeyirdisə, o da ondan yeyirdi”.1976-cı ildə ailə həyatı quran müsahibimiz sevdiyi sənətdən uzaqlaşmalı olur: Zemfira xanımın dediyinə görə, indiki stüardessaların işi onlarınkına baxanda dəfələrlə çətindir: "Bizdə daha asan idi. İndi iki dəqiqədən bir yemək verirlər. Bizdə isə cəmi bir dəfə verirdilər. Təyyarə də az idi, bələdçi də”.Zemfira xanım tanınmış aktrisa Ülviyyə Əliyevanın bibisidir. Ülviyyə xanımı bibisi böyüdüb: “Mənim övladım olmayıb. Ülviyyə yeni doğulmuşdu, gəldim Azərbaycana. O qədər bağlandım ki, dedim, neyləsəniz də qızı sizə verməyəcəm. Ülviyyənin də taleyi mənim taleyimə bənzədi. O, öncə ingilis dilinə hazırlaşırdı, çox yaxşı ingilis dili bilirdi. Onu tərcüməçi görmək istəyirdim. Aktrisa olmaq istəyəndə etiraz elədim. İcazə vermirdim, amma sonra özüm onu Hüseynağa Atakişiyevin teatrına qoydum.”
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/01/06/437895412_72:0:1209:853_1920x0_80_0_0_cd09cc9f14958f7577bec60941d357e0.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
heydər əliyev təyyarədə nə yeyirdi? stüardessa açıqladı
heydər əliyev təyyarədə nə yeyirdi? stüardessa açıqladı
Nazirlə təsadüfi görüş Azərbaycan dilində ilk elanı verən stüardessanın həyatını dəyişdi
10:03 06.01.2022 (Yenilənib: 10:40 06.01.2022) Ömrünün gənc illərini bələdçi kimi çalışan Zemfira Əliyeva sevib-seçdiyi sənətə gəlişi ilə bağlı xatirlərini Sputnik Azərbaycan-la bölüşüb
BAKI, 6 yanvar — Sputnik. Zemfira Əliyeva 1970-ci ildən əmək fəaliyyətinə başlayan, eyni zamanda Azərbaycan dilində elan mətni tərcümə edib səsləndirən stüardessa kimi tarixə düşüb.
Ömrünün gənc illərini bələdçi kimi çalışan Zemfira Əliyeva sevib-seçdiyi sənətə gəlişi ilə bağlı xatirlərini Sputnik Azərbaycan-la bölüşüb. Qəhrəmanımızın doğulduğu ailə böyük olduğundan, anası onu internat evinə qoyub:
"Anam atamla ailə quranda atamın əvvəlki evliliyindən iki övladı var idi. Məni 1 nömrəli İnternat evinə yerləşdirdilər. 9-cu sinfi bitirəndə Ticarət texnikumuna daxil oldum. 16 yaşımdan həm oxuyurdum, həm də işləyirdim. Gündüzlər dərsə gedirdim, axşamlar işə".
Günlərin birində Zemfira xanımı təhsili ilə bağlı Moskvaya göndərirlər. Aeroportda qızların geyiminə vurulan həmsöhbətimiz stüardessa olmağı qərara alır:
"18 yaşım var idi. Bir qohumum Azərbaycan Mülki Hava Donanması İdarəsində işləyirdi. Ona dedim ki, "elə istəyirəm, burada işləyim". Qohumum Nəzakət məni işə düzəltdi. Səhər gəlib baqajları qəbul edirdim, sonra aeroporta aparırdım. Amma arzum təyyarə bələdçisi olmaq idi".
Nazirlə təsadüfi görüş və qəribə tapşırıq
Həmsöhbətimiz qohumun məsləhəti ilə nazirliyə müraciət edir. 20 yaşlı gənc qız ən böyük arzusuna çatır:
"Getdim nazirliyə, boynumu büküb qapının ağzında dayanmışdım. Gördüm, yaraşıqlı bir kişi ikinci mərtəbədən düşür. Soruşdu ki, “qızım, burada niyə dayanmısan?” Dedim, “mən təyyarə bələdçisi olmaq istəyirəm, amma bilmirəm kimə müraciət edim”. Dedi “Mehdi müəllimə yaxınlaş, denən məni Nuru Mecidoviç göndərib”. Mehdi müəllimə deyəndə ki, "məni Nuru müəllim göndərib", o, təəccübünü gizlədə bilməyərək soruşdu: "Nuru Mecidoviçin özü?” Mən də bilmirəm axı N.Mecidoviç kimdir. Sən demə, məni tapşıran adam nazir imiş. Sonra məni 1 aylıq Zabratda kurs keçməyə göndərdilər".
Zemfira xanım təyyarə bələdçisi olduğunu anasından gizlədib. Bilirdi ki, anası ona bu işdə işləməyə icazə verməyəcək. Onun ilk reysi Odessaya olub:
“Anama dedim, “mən Odessaya gedirəm”. “Necə yəni, sərnişinlərin əşyalarını Odessaya sən aparacaqsan?" - deyə soruşdu. Qorxumdan demədim ki, mən təyyarə bələdçisiyəm. O dövlərdə qızlar işləmirdi. Ona görə də anam bunu qəbul etmirdi. Amma sonralar anam daxil, bütün nəslimiz mənimlə fəxr edirdi”.
İlk dəfə “İL-14”-lə reysə çıxan müsahibimiz Azərbaycanın bütün rayonlarını gəzib. Bundan sonra isə “TU-134”-lə uçan Zemfira xanım deyir, o zamanlar təyyarədə elanları ancaq rus dilində verirdilər. O isə qərara gəlib ki, elanları Azərbaycan dilində səsləndirsin:
“Fikirləşdim ki, niyə rus dilində olmalıdır? Axı biz Azərbaycanda yaşayırıq. Dəftər götürdüm, özüm bacardığım formada tərcümə elədim. Həmin reysdə Nazirlər Kabinetində çalışan İbrahim Xəlilov da uçurdu. Nuru Mecidoviçə deyib ki, burada bir qız Azərbaycan dilində elan verdi. Bir gün Nuru müəllim gəlib soruşdu ki, “Azərbaycan dilində elanı kim verib?” Dedim “mən”. Onda ürəyimə qorxu düşdü ki, vəssalam, yəqin, sabahdan işə çıxmayacağam. Amma səhəri Nuru müəllim qərar verdi: "Azərbaycan dilində kim bilirsə, Zemfiradan elanları götürsün". Ondan sonra biz elanları öz dilimizdə verdik”.
Ömrü boyu yüksəklikdən qorxan Zemfira xanım 4-cü mərtəbədən yuxarı qalxa bilmir:
“Eyvana çıxa bilmirdim, qorxurdum. Dayımgil 4-cü mərtəbədə yaşayırdı. Onlara gedəndə eyvana çıxmağa qorxurdum. Amma bu sənəti o qədər sevirdim ki, yüksəkliyi hiss etmirdim”.
Heydər Əliyev də camaatın yediyindən yeyirdi
Dünyaca məşhur aktyorlarla, müğənnilərlə uçan həmsöhbətimiz deyir ki, o dönəmlərdə sərnişinlər arasında ayrıseçkilik olmayıb: “Heydər Əliyevlə də uçmuşam. Onun üçün mətbəxdə xüsusi yemək hazırlanmırdı. Camaat nə yeyirdisə, o da ondan yeyirdi”.
1976-cı ildə ailə həyatı quran müsahibimiz sevdiyi sənətdən uzaqlaşmalı olur:
“Yoldaşım hərbiçi idi, onunla Almaniyaya köçdük. Məcburən işimdən ayrıldım. Bəlkə də Almaniyaya getməsəydim, indiyə qədər uçardım. Almaniyada dəfələrlə səhər saat 6-da oyanırdım ki, təyyarəyə gecikirəm. İndi Bakıda Albalı bağlarında yaşayıram. Evimin üzərindən təyyarələr uçur. Səsləri gələn kimi çölə çıxıb onları gözümlə yola salıram”.
Zemfira xanımın dediyinə görə, indiki stüardessaların işi onlarınkına baxanda dəfələrlə çətindir: "Bizdə daha asan idi. İndi iki dəqiqədən bir yemək verirlər. Bizdə isə cəmi bir dəfə verirdilər. Təyyarə də az idi, bələdçi də”.
Zemfira xanım tanınmış aktrisa Ülviyyə Əliyevanın bibisidir. Ülviyyə xanımı bibisi böyüdüb:
“Mənim övladım olmayıb. Ülviyyə yeni doğulmuşdu, gəldim Azərbaycana. O qədər bağlandım ki, dedim, neyləsəniz də qızı sizə verməyəcəm. Ülviyyənin də taleyi mənim taleyimə bənzədi. O, öncə ingilis dilinə hazırlaşırdı, çox yaxşı ingilis dili bilirdi. Onu tərcüməçi görmək istəyirdim. Aktrisa olmaq istəyəndə etiraz elədim. İcazə vermirdim, amma sonra özüm onu Hüseynağa Atakişiyevin teatrına qoydum.”