Математика - Sputnik Azərbaycan, 1920
İNFOQRAFİKA
Aktual məsələlərin gözəl dizaynda təqdimatı

Keçmiş SSRİ ölkələrinin ÜDM üzrə reytinqi

Xəbərlərə abunə olun
Keçmiş SSRİ-nin hansı ölkələrində adambaşına düşən ÜDM üzrə ən yüksək göstəricilərini və harada ən aşağı rəqəmlərin müşahidə olunmasını Sputnik Azərbaycan-ın infoqrafikasında izləyə bilərsiz.
Keçmiş SSRİ ölkələrinin adambaşına düşən ümumi daxili məhsul (ÜDM) üzrə reytinqinə görə, AQP metodu - alıcılıq qabiliyyəti pariteti nəzərə alınmaqla Litva liderdir. Belə ki, Litvanın adambaşına düşən ÜDM-i 42091 dollar təşkil edir. Beynəlxalq Valyuta Fondunun (BVF) hesabatına əsasən, növbəti sıralarda Estoniya (41892 dollar), Latviya (34169 dollar) və Rusiya (30431 dollar) qərarlaşır.
Adambaşına düşən ÜDM-in həcmi 15299 dollar olan Azərbaycan siyahıda doqquzuncu yerdədir. ÜDM-in ən aşağı səviyyəsi Özbəkistanda (8452 dollar), Qırğızıstanda (5186 dollar) və Tacikistanda (3922 dollar) müşahidə olunur.
Xəbər lenti
0
Əvvəlcə yenilərƏvvəlcə köhnələr
loader
CANLI
Заголовок открываемого материала