Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Bu ölkədə 50 yaşdan yuxarı əhali üçün peyvənd məcburi olub

© AP Photo / David ZalubowskiPfizer
Pfizer - Sputnik Azərbaycan, 1920, 06.01.2022
Abunə olmaq
Yeni qaydalara görə, dövlət idarələri, banklar və poçt şöbələrinə daxil olmaq üçün vaksinasiya sertifikatı tələb ediləcək.
BAKI, 6 yanvar — Sputnik. İtaliya hökuməti yaşı 50-dən yuxarı insanlar üçün COVID-19 peyvəndini məcburi edib.
Sputnik Azərbaycan AZƏRTAC-a istinadən xəbər verir ki, Nazirlər Şurası koronavirusa yoluxma hallarındakı artım tendensiyasını nəzərə alaraq yeni qaydaların tətbiqi barədə qərar qəbul edib.
Belə ki, 50 yaşdan yuxarı əhali üçün vaksinasiyadan keçmək məcburi olub. İndiyədək ölkədə peyvənd öhdəliyi yalnız müəyyən peşələr üzrə tətbiq edilirdi. Bundan başqa, universitetlərdə bütün personalın vaksinasiyadan keçməsi məcburi olub.
Yeni qaydalara görə, dövlət idarələri, banklar və poçt şöbələrinə daxil olmaq üçün vaksinasiya sertifikatı tələb ediləcək.
Qaydaları pozanlar üçün nəzərdə tutulan sanksiyalar açıqlanmayıb. Lakin yerli mətbuatın yazdığına görə, 50 yaşdan yuxarı insanlar üçün peyvənd tələbini pozanlar cərimə olunacaqlar.
İtaliyada iş yerlərində vaksinasiya sertifikatı tələbini pozanlara isə 1500 avroya qədər inzibati cərimə tətbiq edilir.
Baş nazir Mario Draqi deyib ki, yeni qaydaların tətbiqində məqsəd xəstəxanalardakı doluluq nisbətini azaltmaq və yüksək riskli yaş qruplarındakı insanların həyatını xilas etməkdir.
Xəbər lenti
0