https://sputnik.az/20220105/qisin-soyugunda-yayin-istisinde-insanlarin-konlunu-acan-kuce-musiqicileri--437833685.html
Qışın soyuğunda, yayın istisində insanların könlünü açan küçə musiqiçiləri
Qışın soyuğunda, yayın istisində insanların könlünü açan küçə musiqiçiləri
Sputnik Azərbaycan
Dünyada "Oscar" və "Grammy" mükafatı almış, milyonlarca albomları satılmış bir çox əfsanəvi musiqiçilərin yetişməsinə də küçələrdə ifa olunan mahnılar böyük... 05.01.2022, Sputnik Azərbaycan
2022-01-05T08:52+0400
2022-01-05T08:52+0400
2022-01-05T14:18+0400
musiqi
mədəniyyət
küçə musiqisi
küçə musiqiçiləri
https://cdnn1.img.sputnik.az/img/42348/69/423486922_0:0:2000:1125_1920x0_80_0_0_81189e3697e5ffca476291d8664a4cea.jpg
BAKI, 5 yanvar — Sputnik. Tarixdə ilk dəfə küçə musiqisinin təbliğatçıları Hindistandan dünyaya səpələnən qaraçılar olub. 19-cu əsrdən etibarən Amerikaya gələn miqrant axınının fonunda, Amerikada küçə musiqiçiləri çoxaldı və küçə musiqisi dəb halını almağa başladı. Dünyada "Oscar" və "Grammy" mükafatı almış, milyonlarca albomları satılmış bir çox əfsanəvi musiqiçilərin yetişməsinə də küçələrdə ifa olunan mahnılar böyük təkan verib. Əfsanəvi Edit Piaf, Bob Dlan, Karlos Santana, Coni Mitçell, Coan Baez buna bir misaldır. Dünyanın inkişaf etmiş ölkələrində xüsusən də turizm bölgələrində küçə musiqiçiləri rəğbətlə qarşılanır. Bəs görəsən, Azərbaycanda küçə musiqiçilərinə olan münasibət necədir? Həmsöhbətimiz skripkaçı Kənan Vaqifoğludur. Kənan Azərbaycanda küçə musiqiçilərinə olan münasibətdən Sputnik Azərbaycan-a danışıb. O qeyd edir ki, 6 ildən artıqdır, küçə musiqisi ilə məşğuldur. Azərbaycandan başqa, digər ölkələrdə də küçə muqisi ilə məşğul olub, oradakı insanları mahnılarımzla özünə cəlb edib:"Gürcüstanda və Türkiyədə də küçə musiqisiylə məşğul olmuşam. Amma orada daha rahat işləyirdim. Burada işə başlayan kimi polis yaxınlaşıb deyir, "məni "görməlisən"". Bir manat qazanar-qazanmaz polis düşür üstümə. 1 il pandemiyada demək olar ki, işləmədim. İlk dəfə bu gün çıxmışam".İki il Türkiyədə yaşayan skripkaçı qardaş ölkədəki münasibətdən razıdır. Tükiyədə azərbaycanlı olduğunu biləndə insanlar ona daha çox hörmət ediblər: Rəşid Behbudov küçəsində yerləşən yeraltı keçidlərin birində musiqi ifa edən Kənan deyir ki, o həm də müğənni Kərim Abbasovun ansamblında fəaliyyət göstərir: "Pandemiyadan əvvəl toylara gedirdim. Kərimin ansamblında ifa edirdim. Açığını deyim, küçədə musiqi ifa etmək mənə daha çox zövq verir. İnsanlar gəlir-gedir, dayanıb qulaq asırlar. Onlardan müsbət enerji alıram".Şıxəli Qurbanov küçəsində yerləşən keçidlərin birində hər gün musiqi ifa edən Elvin Qədirov və Müşfiq Kazımzadə ilə söhbətimizi davam etdiririk. Duet ortaqlarının sözlərinə görə, ən çox qazandıqları məbləğ 60 manatdır."Uzun illərdir gitara çalıram. İxtisasca musiqiçi deyiləm. Sadəcə boş vaxtlarımda küçədə musiqi ifa edirəm. Türkiyədə də küçə musiqisi ilə məşğul olmuşam. Orada bizdən daha çox maraq göstərirlər. Qış vaxtı 4-5 saat dayanırıq, havalar isinəndə daha çox dayanırıq. Pandemiya vaxtı icazə verilmirdi. Son günlər başlamışıq", - Elvin bildirib.Söhbətə Müşfiq Kazımzadə də qoşulub. Dediyinə görə, restoranlarda da ifa edir:"Pandemiya vaxtı restoranlarda da ifa edirdim. Hazırda işsizlikdir, pulumuzu ancaq mahnı oxumaqla qazanırıq. İnsanlarda küçə mədəniyyətinin bir hissəsi olan küçə musiqisinə rəğbət formalaşdırmalıyıq. Çox istəyərdim ki, bizdə də xarici ölkələrdəki kimi küçə musiqiçilərinə hörmət olsun".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42348/69/423486922_129:0:1902:1330_1920x0_80_0_0_57ae37993901c8d6be0c13d8a74a6230.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
türkiyədə azərbaycanlı küçə musiqiçilərinə böyük rəğbət var
türkiyədə azərbaycanlı küçə musiqiçilərinə böyük rəğbət var
Qışın soyuğunda, yayın istisində insanların könlünü açan küçə musiqiçiləri
08:52 05.01.2022 (Yenilənib: 14:18 05.01.2022) Dünyada "Oscar" və "Grammy" mükafatı almış, milyonlarca albomları satılmış bir çox əfsanəvi musiqiçilərin yetişməsinə də küçələrdə ifa olunan mahnılar böyük təkan verib
BAKI, 5 yanvar — Sputnik. Tarixdə ilk dəfə küçə musiqisinin təbliğatçıları Hindistandan dünyaya səpələnən qaraçılar olub. 19-cu əsrdən etibarən Amerikaya gələn miqrant axınının fonunda, Amerikada küçə musiqiçiləri çoxaldı və küçə musiqisi dəb halını almağa başladı.
Dünyada "Oscar" və "Grammy" mükafatı almış, milyonlarca albomları satılmış bir çox əfsanəvi musiqiçilərin yetişməsinə də küçələrdə ifa olunan mahnılar böyük təkan verib. Əfsanəvi Edit Piaf, Bob Dlan, Karlos Santana, Coni Mitçell, Coan Baez buna bir misaldır.
Dünyanın inkişaf etmiş ölkələrində xüsusən də turizm bölgələrində küçə musiqiçiləri rəğbətlə qarşılanır. Bəs görəsən, Azərbaycanda küçə musiqiçilərinə olan münasibət necədir?
Həmsöhbətimiz skripkaçı Kənan Vaqifoğludur. Kənan Azərbaycanda küçə musiqiçilərinə olan münasibətdən Sputnik Azərbaycan-a danışıb. O qeyd edir ki, 6 ildən artıqdır, küçə musiqisi ilə məşğuldur. Azərbaycandan başqa, digər ölkələrdə də küçə muqisi ilə məşğul olub, oradakı insanları mahnılarımzla özünə cəlb edib:
"Gürcüstanda və Türkiyədə də küçə musiqisiylə məşğul olmuşam. Amma orada daha rahat işləyirdim. Burada işə başlayan kimi polis yaxınlaşıb deyir, "məni "görməlisən"". Bir manat qazanar-qazanmaz polis düşür üstümə. 1 il pandemiyada demək olar ki, işləmədim. İlk dəfə bu gün çıxmışam".
İki il Türkiyədə yaşayan skripkaçı qardaş ölkədəki münasibətdən razıdır. Tükiyədə azərbaycanlı olduğunu biləndə insanlar ona daha çox hörmət ediblər:
"Polislər ətrafımda dayanmışdılar ki, birdən musiqinin təsirinə düşərəm, pulumun oğurlanmasından xəbərim olmaz. Çox diqqətlə qulaq asırdılar. Burada isə son vaxtlar adi qarşılamağa başlayıblar. Əvvəllər ağız büzürdülər ki, "get özünə iş tap, bu nədir?" kimi sözlər deyirdilər. İndi nisbətən fikirlər dəyişib".
Rəşid Behbudov küçəsində yerləşən yeraltı keçidlərin birində musiqi ifa edən Kənan deyir ki, o həm də müğənni Kərim Abbasovun ansamblında fəaliyyət göstərir:
"Pandemiyadan əvvəl toylara gedirdim. Kərimin ansamblında ifa edirdim. Açığını deyim, küçədə musiqi ifa etmək mənə daha çox zövq verir. İnsanlar gəlir-gedir, dayanıb qulaq asırlar. Onlardan müsbət enerji alıram".
Şıxəli Qurbanov küçəsində yerləşən keçidlərin birində hər gün musiqi ifa edən Elvin Qədirov və Müşfiq Kazımzadə ilə söhbətimizi davam etdiririk. Duet ortaqlarının sözlərinə görə, ən çox qazandıqları məbləğ 60 manatdır.
"Uzun illərdir gitara çalıram. İxtisasca musiqiçi deyiləm. Sadəcə boş vaxtlarımda küçədə musiqi ifa edirəm. Türkiyədə də küçə musiqisi ilə məşğul olmuşam. Orada bizdən daha çox maraq göstərirlər. Qış vaxtı 4-5 saat dayanırıq, havalar isinəndə daha çox dayanırıq. Pandemiya vaxtı icazə verilmirdi. Son günlər başlamışıq", - Elvin bildirib.
Söhbətə Müşfiq Kazımzadə də qoşulub. Dediyinə görə, restoranlarda da ifa edir:
"Pandemiya vaxtı restoranlarda da ifa edirdim. Hazırda işsizlikdir, pulumuzu ancaq mahnı oxumaqla qazanırıq. İnsanlarda küçə mədəniyyətinin bir hissəsi olan küçə musiqisinə rəğbət formalaşdırmalıyıq. Çox istəyərdim ki, bizdə də xarici ölkələrdəki kimi küçə musiqiçilərinə hörmət olsun".