https://sputnik.az/20220105/mektebi-erken-bitirmek-isteyenler-ucun-imtahan-kecirilecek-437868599.html
Məktəbi erkən bitirmək istəyənlər üçün imtahan keçiriləcək
Məktəbi erkən bitirmək istəyənlər üçün imtahan keçiriləcək
Sputnik Azərbaycan
Məktəbi erkən bitirmək istəyənlər üçün imtahanın vaxtı və qaydaları açıqlanıb. 05.01.2022, Sputnik Azərbaycan
2022-01-05T13:12+0400
2022-01-05T13:12+0400
2022-01-05T13:12+0400
imtahan
təhsil
şagird
bşti
dim
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e4/07/17/424510797_0:103:3071:1830_1920x0_80_0_0_fcc0fcd60982fd2dbd3d8d137ed73f7b.jpg
BAKI, 5 yanvar — Sputnik. Ümumi təhsilin hər hansı səviyyəsini vaxtından əvvəl bitirmək istəyən istedadlı şagirdlər üçün eksternat qaydasında imtahan keçiriləcək.Sputnik Azərbaycan xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) müdirinin əmrinə əsasən, eksternat imtahanı yanvarın 7-də təşkil olunacaq.Ümumi təhsil müəssisələri tərəfindən müvafiq müşayiət məktubu ilə adları təqdim edilmiş şagirdlərin biliyi test imtahanı vasitəsilə yoxlanılacaq. İmtahan hər fəndən 10 sual olmaqla, fənn proqramlarına uyğun hazırlanacaq və nəticələr müvafiq komissiya tərəfindən 100 ballıq şkala üzrə qiymətləndiriləcək. Test imtahanından uğurla keçən istedadlı şagirdlərin eyni zamanda müxtəlif fənn proqramlarını mənimsəmə səviyyəsi, psixoloji sağlamlığı, yaradıcı potensialı və ümumi dünyagörüşü də yoxlanılacaqdır.Qeyd edək ki, ötən il dekabrın 19-da ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsi (o cümlədən dekabrın 26-da keçirilən coğrafiya fənni) üzrə keçirilmiş sınaq imtahanının nəticələri elan edilib.Hər bir abituriyent DİM-in internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının (vərəqinin) qrafik təsviri ilə tanış ola bilər.Abituriyentlər imtahan nəticələri barədə məlumatı mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə "iş nömrəsi"ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.Sınaq imtahanında iştirak etmək üçün qeydiyyatdan keçmiş 3872 abituriyentdən 53 nəfəri imtahana gəlməyib.Xatırladaq ki, imtahanda ən yüksək nəticə göstərən 25 abituriyent 2022-ci il yanvarın 14-də DİM-in Akademik Həsən Əliyev küçəsi, 299 ünvanında yerləşən yeni inzibati binasında keçiriləcək "Açıq qapı" gününə dəvət olunacaq.Görüşdə DİM-in məsul işçiləri tərəfindən abituriyentlərə növbəti tədris ili üçün qəbul imtahanları, ixtisas seçimi və digər məsələlərlə əlaqədar məsləhət və tövsiyələr veriləcək, onları maraqlandıran suallar cavablandırılacaq. Abituriyentlər DİM-in binasında yaradılmış və milli qiymətləndirmə sistemimizin tarixi inkişaf yolunu əks etdirən muzeylə də tanış olacaqlar.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/07/17/424510797_181:0:2910:2047_1920x0_80_0_0_bcf120996cae0fa0e739641679273732.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
ümumi təhsil müəssisələri müşayiət məktubu şagirdlər test imtahanı erkən bitirmə məktəb
ümumi təhsil müəssisələri müşayiət məktubu şagirdlər test imtahanı erkən bitirmə məktəb
Məktəbi erkən bitirmək istəyənlər üçün imtahan keçiriləcək
Məktəbi erkən bitirmək istəyənlər üçün imtahanın vaxtı və qaydaları açıqlanıb.
BAKI, 5 yanvar — Sputnik. Ümumi təhsilin hər hansı səviyyəsini vaxtından əvvəl bitirmək istəyən istedadlı şagirdlər üçün eksternat qaydasında imtahan keçiriləcək.
Sputnik Azərbaycan xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) müdirinin əmrinə əsasən, eksternat imtahanı yanvarın 7-də təşkil olunacaq.
Ümumi təhsil müəssisələri tərəfindən müvafiq müşayiət məktubu ilə adları təqdim edilmiş şagirdlərin biliyi test imtahanı vasitəsilə yoxlanılacaq. İmtahan hər fəndən 10 sual olmaqla, fənn proqramlarına uyğun hazırlanacaq və nəticələr müvafiq komissiya tərəfindən 100 ballıq şkala üzrə qiymətləndiriləcək. Test imtahanından uğurla keçən istedadlı şagirdlərin eyni zamanda müxtəlif fənn proqramlarını mənimsəmə səviyyəsi, psixoloji sağlamlığı, yaradıcı potensialı və ümumi dünyagörüşü də yoxlanılacaqdır.
Qeyd edək ki, ötən il dekabrın 19-da ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsi (o cümlədən dekabrın 26-da keçirilən coğrafiya fənni) üzrə keçirilmiş sınaq imtahanının nəticələri elan edilib.
Hər bir abituriyent DİM-in internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının (vərəqinin) qrafik təsviri ilə tanış ola bilər.
Abituriyentlər imtahan nəticələri barədə məlumatı mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə "iş nömrəsi"ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
Sınaq imtahanında iştirak etmək üçün qeydiyyatdan keçmiş 3872 abituriyentdən 53 nəfəri imtahana gəlməyib.
Xatırladaq ki, imtahanda ən yüksək nəticə göstərən 25 abituriyent 2022-ci il yanvarın 14-də DİM-in Akademik Həsən Əliyev küçəsi, 299 ünvanında yerləşən yeni inzibati binasında keçiriləcək "Açıq qapı" gününə dəvət olunacaq.
Görüşdə DİM-in məsul işçiləri tərəfindən abituriyentlərə növbəti tədris ili üçün qəbul imtahanları, ixtisas seçimi və digər məsələlərlə əlaqədar məsləhət və tövsiyələr veriləcək, onları maraqlandıran suallar cavablandırılacaq. Abituriyentlər DİM-in binasında yaradılmış və milli qiymətləndirmə sistemimizin tarixi inkişaf yolunu əks etdirən muzeylə də tanış olacaqlar.