https://sputnik.az/20220105/bes-azerbaycanda-qaz-problemi-ne-zaman-hell-olunacaq-on-min-neferi-dusunduren-sual-437878209.html
Bəs Azərbaycanda qaz problemi nə zaman həll olunacaq? On min nəfəri düşündürən sual
Bəs Azərbaycanda qaz problemi nə zaman həll olunacaq? On min nəfəri düşündürən sual
Sputnik Azərbaycan
Sumqayıtın "Yaşma bağları"nda qazdan istifadə etməyən yeni yaşayış sahələrində 2021-ci ildə “Azəriqaz” İB-nin daxili imkanları hesabına toplam 2,7 km... 05.01.2022, Sputnik Azərbaycan
2022-01-05T20:00+0400
2022-01-05T20:00+0400
2022-01-05T20:00+0400
qaz
azərbaycan xəbərləri
sumqayıt
https://cdnn1.img.sputnik.az/img/42221/68/422216830_0:0:3072:1728_1920x0_80_0_0_733d8f74fb1f4a182309e56815ec07ca.jpg
BAKI, 5 yanvar — Sputnik. Milli Məclisin ötənilki son iclasında millət vəkili Müşfiq Məmmədli Yaşma yaşayış massivində qaz infrastrukturunun yetərsiz səviyyədə olduğunu bildirmişdi. Millət vəkili qeyd edib ki, massivin əhalisinin sayı 10 min olsa da, infrastruktur yetərsizdir, qazlaşma problemi həll olunmamış qalır.Sputnik Azərbaycan problem və onun həlli ilə bağlı hansı işlərin görüləcəyini öyrənməyə çalışıb. "Azəriqaz" İstehsalat Birliyindən sorğuya cavab olaraq bildirilib ki, qazlaşma proqramı Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində maliyyə imkanlarına uyğun olaraq mərhələli şəkildə həyata keçirilir: "Sumqayıt şəhəri “Yaşma bağları” adlanan ərazidəki yeni yaşayış massivində “Azəriqaz” İB tərəfindən 2013-2015-ci illərdə 2 minə yaxın fərdi yaşayış evini əhatə edən 63,3 km uzunluğunda müxtəlif diametrli yeni paylayıcı küçə qaz kəmərləri çəkilib. Qeyd olunan ərazidə qazdan istifadə etməyən yeni yaşayış sahələrində 2021-ci ildə “Azəriqaz” İB-nin daxili imkanları hesabına toplam 2,7 km uzunluğunda paylayıcı küçə qaz kəmərləri çəkilib".Bildirilib ki, problemin həlli istiqamətində 2022-ci ildə mövcud maliyyə imkanları çərçivəsində mərhələli şəkildə “Yaşma bağları” adlanan ərazidə yeni paylayıcı küçə qaz kəmərlərinin çəkilməsi işlərinin davam etdirilməsi nəzərdə tutulub:"Paylayıcı küçə qaz kəmərləri çəkildikdən və istismara verildikdən sonra fərdi yaşayış evlərinin daxili qazlaşdırılması işləri fərdi qaydada “ASAN Xidmət” mərkəzlərinə müraciət etməklə vətəndaşların öz sifarişi ilə həyata keçirilir".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42221/68/422216830_341:0:3072:2048_1920x0_80_0_0_5cabb59247e32bab0eb35805a64f3b11.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
qaz probleminə görə sumqayıtda da əhali ayağa qalxa bilər
qaz probleminə görə sumqayıtda da əhali ayağa qalxa bilər
Bəs Azərbaycanda qaz problemi nə zaman həll olunacaq? On min nəfəri düşündürən sual
Sumqayıtın "Yaşma bağları"nda qazdan istifadə etməyən yeni yaşayış sahələrində 2021-ci ildə “Azəriqaz” İB-nin daxili imkanları hesabına toplam 2,7 km uzunluğunda paylayıcı küçə qaz kəmərləri çəkilib.
BAKI, 5 yanvar — Sputnik. Milli Məclisin ötənilki son iclasında millət vəkili Müşfiq Məmmədli Yaşma yaşayış massivində qaz infrastrukturunun yetərsiz səviyyədə olduğunu bildirmişdi. Millət vəkili qeyd edib ki, massivin əhalisinin sayı 10 min olsa da, infrastruktur yetərsizdir, qazlaşma problemi həll olunmamış qalır.
Sputnik Azərbaycan problem və onun həlli ilə bağlı hansı işlərin görüləcəyini öyrənməyə çalışıb. "Azəriqaz" İstehsalat Birliyindən sorğuya cavab olaraq bildirilib ki, qazlaşma proqramı Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində maliyyə imkanlarına uyğun olaraq mərhələli şəkildə həyata keçirilir:
"Sumqayıt şəhəri “Yaşma bağları” adlanan ərazidəki yeni yaşayış massivində “Azəriqaz” İB tərəfindən 2013-2015-ci illərdə 2 minə yaxın fərdi yaşayış evini əhatə edən 63,3 km uzunluğunda müxtəlif diametrli yeni paylayıcı küçə qaz kəmərləri çəkilib. Qeyd olunan ərazidə qazdan istifadə etməyən yeni yaşayış sahələrində 2021-ci ildə “Azəriqaz” İB-nin daxili imkanları hesabına toplam 2,7 km uzunluğunda paylayıcı küçə qaz kəmərləri çəkilib".
Bildirilib ki, problemin həlli istiqamətində 2022-ci ildə mövcud maliyyə imkanları çərçivəsində mərhələli şəkildə “Yaşma bağları” adlanan ərazidə yeni paylayıcı küçə qaz kəmərlərinin çəkilməsi işlərinin davam etdirilməsi nəzərdə tutulub:
"Paylayıcı küçə qaz kəmərləri çəkildikdən və istismara verildikdən sonra fərdi yaşayış evlərinin daxili qazlaşdırılması işləri fərdi qaydada “ASAN Xidmət” mərkəzlərinə müraciət etməklə vətəndaşların öz sifarişi ilə həyata keçirilir".