Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bakı-Ələt yolunda dəhşətli qəza - çox sayda yaralı var

© Sputnik / Murad OrujovTəcili yardım avtomobili
Təcili yardım avtomobili - Sputnik Azərbaycan, 1920, 05.01.2022
Abunə olmaq
Kliniki Tibbi Mərkəzin (KTM) Mətbuat xidmətindən verilən məlumata görə, baş verən ilk qəza nəticəsində Mərkəzə 5 yaralı gətirilib.
BAKI, 5 yanvar — Sputnik. Bu gün səhər saatlarında Bakı-Ələt yolunda bir-birinin ardınca müxtəlif ərazilərdə iki ağır avtomobil qəzası baş verib.
Sputnik Azərbaycan "Report"a istinadən xəbər verir ki, hər iki qəzada ümumilikdə 8 nəfər xəsarət alıb.
Kliniki Tibbi Mərkəzin (KTM) Mətbuat xidmətindən verilən məlumata görə, baş verən ilk qəza nəticəsində Mərkəzə 5 yaralı gətirilib. Yaralılardan birinin vəziyyəti ağır olduğu üçün reanimasiya şöbəsinə yerləşdirilib, birinin müalicəsi davam edir, digərlərinə isə ilkin tibbi yardım göstərilərək, evə buraxılıb.
Bundan bir qədər sonra baş verən ikinci qəza nəticəsində Mərkəzə 3 yaralı gətirilib. Yaralılardan ikisi Türkiyə vətəndaşı olub. Hər üç yaralıya ilkin tibbi yardım göstərilib, vəziyyətləri kafidir.
Xatırladaq ki, ötən gün respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 5 nəfər ölüb.
Xəbər lenti
0