Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bacılar yuxuda olan qardaşa balta ilə hücum çəkdilər

© pixabay / ID 947051balta
balta - Sputnik Azərbaycan, 1920, 05.01.2022
Abunə olmaq
Bacılar səhər saatlarında yatdığı yerdə İlkin Qəmbərova balta ilə hücum çəkib ona xəsarət yetiriblər.
BAKI, 5 yanvar — Sputnik. Astara rayonun sakininə bacıları balta ilə xəsarətlər yetiriblər.
Sputnik Azərbaycan xəbər verir ki, hadisə rayonun Təngərud kəndində qeydə alınıb.
Belə ki, ruhi xəstə olduqları deyilən Nargilə (1979) Nadirə Qənbərova (1992) bacıları Rusiya Federasiyasından yenicə qayıdan qardaşları, 1982-ci il təvəllüdlü İlkin Fariz oğlu Qənbərova balta ilə çoxsaylı bədən xəsarətləri yetiriblər.
Hər iki bacı subaydır və ataları ilə yaşayırlar.
APA müəyyən təfərrüatları bölüşüb: Ataları Fariz Qəmbərovun bildirdiyinə görə, ruhi əsəb xəstəliyindən əziyyət çəkən bacılar daha əvvəl İlkin Qəmbərovun yeni tikilən evində yanğın törətməyə cəhd ediblər. Hadisədən xəbər tutan İ.Qəmbərov dünən Çeçenistan Respublikasından evinə qayıdıb, bacılarından polisə şikayət edəcəyini bildirib. Bundan sonra bacılar səhər saatlarında yatdığı yerdə İlkin Qəmbərova balta ilə hücum çəkib ona xəsarət yetiriblər.
Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, ötən gün Ağstafa rayonunda da kişi həyat yoldaşı tərəfindən balta ilə qətlə yetirilmişdi.
Hadisə rayonun Dağ Kəsəmən kəndində qeydə alınıb.
Belə ki, 1984-cü il təvəllüdlü Elvin Mübariz oğlu Abdullayev balta ilə öldürülüb. Hadisənin onun həyat yoldaşı, 1985-ci il təvəllüdlü Aynur Abdullayeva tərəfindən törədildiyi bildirilir.
Faktla bağlı Ağstafa Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.
Xəbər lenti
0