Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Azərbaycanda yüz əlliyə yaxın zəhərlənmə - Ölən var

© Sputnik / Konstantin Mihalchevskiy / Mediabanka keçidМедсестра устанавливает капельницу, фото из архива
Медсестра устанавливает капельницу, фото из архива - Sputnik Azərbaycan, 1920, 05.01.2022
Abunə olmaq
Bayram günləri Azərbaycanda zəhərlənib xəstəxanaya düşənlər arasında hətta əqrəb sancan insan da olub.
BAKI, 5 yanvar — Sputnik. Bayram günləri heç də hamı üçün yaxşı yadda qalmayıb. Yeni ilin ilk günlərində Azərbaycanda yüz əlliyə yaxın zəhərlənmə hadisəsi baş verib, ölən var.
Sputnik Azərbaycan bayram günlərində zəhərlənmə ilə bağlı statistika və səbəbləri araşdırıb.
Bayram günlərində (31 dekabrdan 5 yanvaradək) Kliniki Tibbi Mərkəzə (KTM) zəhərlənmə şübhəsi ilə bağlı 142 müraciət daxil olub.
Mərkəzin Mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, müraciət edənlərdən 13 nəfərin vəziyyəti ağır olduğu üçün Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib, 129 nəfərə isə ilkin tibbi yardım göstərilərək evə buraxılıb.
Xəstəxanaya yerləşdirilən 13 nəfərdən (5 qadın, 3 kişi, 5 uşaq) 5-i dəm qazından, 3-ü dərmandan, 1-i sirkə turşusundan, 2-si allergiya səbəbindən, 2-si etanol spirtindən zəhərlənib. Həkimlərin səylərinə baxmayaraq, onlardan biri ölüb. Ölən şəxsin qadın olduğu bildirilib.
Zəhərləndiyi üçün ilkin tibbi yardım göstərilərək evə buraxılan 129 nəfərdən 28-i dəm qazı, 13-ü dərman, 33-ü alkoqollu içki, 9-u göbələk, 9-u allergiya, 1-i əqrəb sancması səbəbilə müraciət edib.
Müraciət edən digər 36 nəfərdə isə zəhərlənmə faktı qeydə alınmayıb.
Xəbər lenti
0