https://sputnik.az/20220105/azerbaycan-nefti-bahalasmaga-davam-edir-437867046.html
Azərbaycan nefti bahalaşmağa davam edir
Azərbaycan nefti bahalaşmağa davam edir
Sputnik Azərbaycan
Azərbaycanda gündəlik xam neft hasilatının 2022-ci ilin fevralında daha 7 min barrel artırılaraq 668 min barelə çatdırılması nəzərdə tutulur. 05.01.2022, Sputnik Azərbaycan
2022-01-05T17:38+0400
2022-01-05T17:38+0400
2022-01-05T17:39+0400
azərbaycan
neft-qaz
opec
opec+ nazirlərinin birgə monitorinq komitəsi
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/15/437431622_0:101:3281:1947_1920x0_80_0_0_0295f0113c7314a7b1c14524e363b08d.jpg
BAKI, 5 yanvar — Sputnik. Dünya bazarında "Azeri Light" (CIF) markalı neftin qiyməti artıb.Sputnik Azərbaycan xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,94 ABŞ dolları və ya 2,41% artaraq 82,49 dollar təşkil edib.Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin 24-cü iclasında, qlobal neft bazarında sabitliyə və balansa dəstək məqsədilə gündəlik neft hasilatının fevral ayında 400 min barel artırılmasına dair qəbul edilmiş qərara Azərbaycan da razılıq verib.Yeni "Əməkdaşlıq Bəyannaməsi" Azərbaycanda gündəlik xam neft hasilatının 2022-ci ilin fevralında daha 7 min barel artırılaraq 668 min barelə çatdırılmasını, ixtisarla bağlı öhdəliyin isə 50 min barel həcmində olmasını nəzərdə tutur.Xatırladaq ki, "OPEC plus" ölkələri nazirlərinin ötən ilin iyul ayında keçirilmiş 19-cu iclasında avqustdan etibarən gündəlik xam neft hasilatının hər ay 400 min barel artırılmasına, 5,8 mln. barel həcmində ixtisarların isə 2022-ci ilin sentyabrında başa çatdırılmasına və maydan etibarən neft hasilatının baza səviyyəsinə qismən düzəlişlər edilməklə "Əməkdaşlıq Bəyannaməsi"nin müddətinin bu ilin sonunadək uzadılmasına dair qərar qəbul edilmişdir.Həmçinin oxuyun:Azərbaycan "OPEC plus”un hasilat artımı qərarını dəstəklədi
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/15/437431622_275:0:3006:2048_1920x0_80_0_0_29b11b68f110c9594e7d97404cab12b2.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
azərbaycan nefti ildırım sürəti ilə bahalaşır
azərbaycan nefti ildırım sürəti ilə bahalaşır
Azərbaycan nefti bahalaşmağa davam edir
17:38 05.01.2022 (Yenilənib: 17:39 05.01.2022) Azərbaycanda gündəlik xam neft hasilatının 2022-ci ilin fevralında daha 7 min barrel artırılaraq 668 min barelə çatdırılması nəzərdə tutulur.
BAKI, 5 yanvar — Sputnik. Dünya bazarında "Azeri Light" (CIF) markalı neftin qiyməti artıb.
Sputnik Azərbaycan xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,94 ABŞ dolları və ya 2,41% artaraq 82,49 dollar təşkil edib.
Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin 24-cü iclasında, qlobal neft bazarında sabitliyə və balansa dəstək məqsədilə gündəlik neft hasilatının fevral ayında 400 min barel artırılmasına dair qəbul edilmiş qərara Azərbaycan da razılıq verib.
Yeni "Əməkdaşlıq Bəyannaməsi" Azərbaycanda gündəlik xam neft hasilatının 2022-ci ilin fevralında daha 7 min barel artırılaraq 668 min barelə çatdırılmasını, ixtisarla bağlı öhdəliyin isə 50 min barel həcmində olmasını nəzərdə tutur.
Xatırladaq ki, "OPEC plus" ölkələri nazirlərinin ötən ilin iyul ayında keçirilmiş 19-cu iclasında avqustdan etibarən gündəlik xam neft hasilatının hər ay 400 min barel artırılmasına, 5,8 mln. barel həcmində ixtisarların isə 2022-ci ilin sentyabrında başa çatdırılmasına və maydan etibarən neft hasilatının baza səviyyəsinə qismən düzəlişlər edilməklə "Əməkdaşlıq Bəyannaməsi"nin müddətinin bu ilin sonunadək uzadılmasına dair qərar qəbul edilmişdir.