NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Azərbaycan nefti kifayət qədər bahalaşıb, qazın qiyməti isə Avropada 1000 dolları keçib

© Photo : ITECA CaspianXezer Neft ve Qaz sergisi
Xezer Neft ve Qaz sergisi - Sputnik Azərbaycan, 1920, 04.01.2022
Abunə olmaq
Dünya bazarında "Azeri Light" (CIF) markalı neftin 1 barelinin orta qiyməti 76,2 ABŞ dollarına bərabər olub .
BAKI, 4 yanvar — Sputnik. 2021-ci ilin dekabr ayının nəticələrinə əsasən, dünya bazarında "Azeri Light" (CIF) markalı neftin 1 barelinin orta qiyməti 76,2 ABŞ dollarına bərabər olub ki, bu da noyabr ayının orta qiyməti ilə müqayisədə 6,54 dollar və ya 7,9% azdır.
Sputnik Azərbaycan-ın "APA-Economics"ə istinadən xəbərinə görə, ötən ay ən yüksək göstərici (dekabrın 30-u) – 82,13 dollar təşkil edib, ən minimal göstərici isə (dekabrın 2-si) 71,38 dollar səviyyəsində olub. Ötən ay ərzində Azərbaycan neftinin qiyməti 12,7% və ya 9,27 dollar artıb.
Qeyd edək ki, ümumilikdə 2021-ci il ərzində dünya bazarında Azərbaycan neftinin 1 bareli 61,3% və ya 31,21 dollar bahalaşaraq 82,13 dollar təşkil edib. Ötən il ərzində ən yüksək göstərici (oktyabrın 25-i) – 88,19 dollar, ən minimal göstərici isə (yanvarın 4-ü) 50,92 dollar səviyyəsində qeydə alınıb.
Avropada qaz bahalaşdı
Avropada ilin son günü 800 ABŞ dollarından aşağı düşmüş qazın qiyməti yenidən 1000 ABŞ dollarını ötüb.
"Report" xəbər verir ki, bunu ICE London birjasının məlumatları təsdiq edir.
“ICE Futures” platfomasında ticarət sessiyasının əvvəlində fevral fyuçerslərinin qiyməti min kubmetr üçün 1 028,2 ABŞ dolları təşkil edib. Daha sonra qiymət bir qədər azalaraq, 1000 ABŞ dolları səviyyəsində dayanıb.
Dünya bazarlarında təbii qazın qiyməti azalıb
Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti azalıb.
Fevralda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə 0,03% azalaraq 3,81 ABŞ dolları təşkil edib.
Xəbər lenti
0