Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

“Arxadan vurulan zərbə” filminin çəkildiyi su dəyirmanı yiyəsiz qalıb

© Sputnik / Ibrahim Hashimov"Arxadan vurulan zərbə" filminin çəkildiyi dəyirman
Arxadan vurulan zərbə filminin çəkildiyi dəyirman - Sputnik Azərbaycan, 1920, 04.01.2022
Abunə olmaq
Sakinlər 1,5 əsr yaşı olan bu dəyirmanın mədəni abidə kimi qeydiyyata alınmasını və qorunmasını istəyirlər.
BAKI, 4 yanvar — Sputnik. “Arxadan vurulan zərbə” filmində Cəbinin öldürüldüyü əsas səhnənin çəkildiyi dəyirman Şəkinin Bideyiz kəndində yerləşir.
Sakinlərin sözlərinə görə, sözügedən su dəyirmanı 1850-70-ci illərdə inşa olunub. Kənd sakini Xammət Əliyev Sputnik Azərbaycan-ın bölgə müxbirinə bildirib ki, əvvəlcə dəyirmanı onun atası işlədib.
© Sputnik / Ibrahim Hashimov"Arxadan vurulan zərbə" filminin çəkildiyi dəyirman
Arxadan vurulan zərbə filminin çəkildiyi dəyirman - Sputnik Azərbaycan, 1920, 04.01.2022
"Arxadan vurulan zərbə" filminin çəkildiyi dəyirman
“Həzrət kişi adlı bir nəfər işlədirdi bu dəyirmanı. 1955-ci ildə onu çıxararaq mənim atamı qoydular dəyirmançı. 1955-ci ildə bu dəyirmanı biz götürüb işlətmişik. Daha doğrusu kolxozun əmlakı olub. İşlədərək haqqını ödəmişik, özümüz də dolanmışıq”, - deyə X.Əliyev qeyd edib.
© Sputnik / Ibrahim Hashimov"Arxadan vurulan zərbə" filminin çəkildiyi dəyirman
Arxadan vurulan zərbə filminin çəkildiyi dəyirman - Sputnik Azərbaycan, 1920, 04.01.2022
"Arxadan vurulan zərbə" filminin çəkildiyi dəyirman
Filmin çəkildiyi 1977-ci ildə isə dəyirmanı kənd sakini Məmməd Əliyev işlədib. Kənd sakinlərindən bir neçə nəfər də filmin müxtəlif epizodlarında çəkiliblər. Bideyiz sakini Elman Mahmudovun sözlərinə görə, çəkilişlər bir gün ərzində yekunlaşıb.
© Sputnik / Ibrahim HashimovElman Mahmudov
Elman Mahmudov - Sputnik Azərbaycan, 1920, 04.01.2022
Elman Mahmudov
“Həmin vaxt bura vertolyot enmişdi. Çəkilişə görə buranın yaxınlığındakı sahəyə düşmüşdü. Zil gətirmişdilər. Epizodda çəkilib. Baş Küncüt kəndindən olan, Su idarəsində işləyən birinin zili idi. Bir günün içində çəkilişlər bitdi, çəkiliş qrupu kənddən getdi”, - E.Mahmudov əlavə edib.
Həmin vaxt uşaq olan Cümşüd Məhyəddinov isə çəkilişləri belə xatırlayır.
© Sputnik / Ibrahim Hashimov"Arxadan vurulan zərbə" filminin çəkildiyi dəyirman
Arxadan vurulan zərbə filminin çəkildiyi dəyirman - Sputnik Azərbaycan, 1920, 04.01.2022
"Arxadan vurulan zərbə" filminin çəkildiyi dəyirman
“Dedilər ki, “kino çəkilir”, hamı yığılıb gəldi. Haradansa göyərçinlər də tapıb gətirdilər. Bir epizod üçün lazım idi. Biz də uşaq idik, bura toplaşıb baxırdıq”, - deyə C.Məhyəddinov bildirib.
© Sputnik / Ibrahim Hashimov"Arxadan vurulan zərbə" filminin çəkildiyi dəyirman
Arxadan vurulan zərbə filminin çəkildiyi dəyirman - Sputnik Azərbaycan, 1920, 04.01.2022
"Arxadan vurulan zərbə" filminin çəkildiyi dəyirman
Sakinlərin sözlərinə görə, kolxoz və sovxozlar dağıldıqdan sonra dəyirman Xası Mirzəyev adlı kənd sakininin şəxsi mülkiyyətinə keçib. Həmin şəxs də sonradan dünyasını dəyişdiyi üçün 150 ildən artıq yaşı olan dəyirman baxımsız qalıb və bir hissəsi uçaraq bu vəziyyətə düşüb.
Sakinlər 1,5 əsr yaşı olan bu dəyirmanın mədəni abidə kimi qeydiyyata alınmasını və qorunmasını istəyirlər.
Xəbər lenti
0