https://sputnik.az/20220103/yeni-iqtisadi-zonalar-yaradilacaq-hakimiyyetin-meqsedi-nedir-437740642.html
Yeni iqtisadi zonalar yaradılacaq: Hakimiyyətin məqsədi nədir?
Yeni iqtisadi zonalar yaradılacaq: Hakimiyyətin məqsədi nədir?
Sputnik Azərbaycan
İqtisadi Zonaların İnkişafı Agentliyinin Nizamnaməsi də təsdiq edilib. Agentliyin yaradılmasının əhəmiyyəti, fəaliyyət istiqamətləri və s. Sputnik... 03.01.2022, Sputnik Azərbaycan
2022-01-03T22:11+0400
2022-01-03T22:11+0400
2022-01-03T22:28+0400
iqtisadi
iqtisadiyyat
vüqar bayramov
kənd təsərrüfatı nazirliyi
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/11/437333976_0:103:2000:1228_1920x0_80_0_0_7d3bbc3dbe0a877cb4335e67b109653f.jpg
BAKI, 3 yanvar — Sputnik. Dövlət başçısı İqtisadi Zonaların İnkişafı Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb. Sənədə əsasən, nizamnamə fondu 60 milyon 500 min manat təşkil edən qurumun Nizamnaməsi də təsdiq edilib.Məsələyə şərh verən millət vəkili Vüqar Bayramov Sputnik Azərbaycan-a deyib ki, İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərəcək agentlik azad iqtisadi zonaların inkişafı ilə bağlı dövlət siyasətini əlaqələndirəcək.İqtisadi Zonaların İnkişafı Agentliyinə niyə ehtiyac vardı?O bildirib ki, agentlik yeni azad iqtisadi zonaların yaradılması səlahiyyətinə də malik olacaq və onların infrastruktur tələblərini də müəyyənləşdirəcək: "Agentliyin yaradılması ondan xəbər verir ki, yeni azad iqtisadi zonaların yaradılması məsələsi aktuallığını qoruyub saxlayıb".Onun sözlərinə görə, Vətən müharibəsində əldə etdiyimiz zəfərdən sonra regionda yeni azad iqtisadi zonaların yaradılması prioritetliyini daha da artırıb: "İşğaldan azad olunmuş bölgələrimizin bu istiqamətdə potensialı kifayət qədər genişdir. Həmin bölgələrdə yeni və müasir infrastrukturun formalaşması bu sahədə imkanları daha da genişləndirir"."Deməli, qeyri-neft sektoruna xarici sərmayələrin daha çox cəlb edilməsi üçün yeni azad iqtisadi zonaların yaradılması istisna edilmir. Bu, işğaldan azad olunan ərazilərimizdə iqtisadiyyatın formalaşması və ölkə iqtisadiyyatına reinteqrasiya baxımından da vacibdir", - deyə millət vəkili diqqətə çatdırıb.Agentlik publik hüquqi şəxsdirQeyd edək ki, agentlik sənaye parklarının, məhəllələrinin və aqroparkların (iqtisadi zonalar) fəaliyyətinin təşkili, onların idarə olunması və inkişafı ilə bağlı tədbirlər hazırlayan, həyata keçirilməsini təmin edən, o cümlədən bu istiqamətdə göstərilən dövlət dəstəyi tədbirlərində iştirak edən publik hüquqi şəxsdir.Agentlik Bakı şəhərində yerləşəcək.Agentliyin fəaliyyət istiqamətləri aşağıdakılardır:Müvafiq sahədə dövlət siyasətinin və göstərilən dövlət dəstəyi tədbirlərinin formalaşdırılmasında iştirak etmək, bu istiqamətdə tənzimləməni həyata keçirmək,İqtisadi zonalarla bağlı görülən işlərin səmərəliliyinin artırılması və yeni iqtisadi zonaların yaradılması üçün tədbirlər hazırlamaq, habelə onların həyata keçirilməsini təmin etmək,İqtisadi zonaların infrastruktur tələblərini müəyyən etmək, onların həyata keçirilməsi ilə bağlı Nazirliyə və digər aidiyyəti dövlət orqanlarına (qurumlarına) təkliflər vermək,Nizamnamə ilə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərmək.Agentliyi 4 dövlət qurumu idarə edəcəkAgentliyin idarəetmə orqanları Müşahidə Şurası və İdarə Heyətidir. Müşahidə Şurası Agentliyə ümumi rəhbərliyi və nəzarəti həyata keçirir.Şuranın 4 üzvü İqtisadiyyat Nazirliyinin, 3 üzvü isə Kənd Təsərrüfatı Nazirliyinin, "Azərişıq" ASC-nin və "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC-nin (hər qurumdan bir nəfər olmaqla) nümayəndələrindən ibarət olmaqla 7 üzvü var. Şuranın üzvlərini təmsil etdikləri orqanın (qurumun) rəhbəri təyin və azad edir. Şuranın sədrini və sədr müavinini iqtisadiyyat naziri Şura üzvləri sırasından 5 il müddətinə vəzifəyə təyin və vəzifədən azad edir.Agentliyin ləğvini və yenidən təşkilini Azərbaycan Prezidenti həyata keçirir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/11/437333976_114:0:1887:1330_1920x0_80_0_0_a651af0730e2e827da46dc3cc48d63a7.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
yeni iqtisadi zonalar yaratmaqda hakimiyyətin nə marağı var
yeni iqtisadi zonalar yaratmaqda hakimiyyətin nə marağı var
Yeni iqtisadi zonalar yaradılacaq: Hakimiyyətin məqsədi nədir?
22:11 03.01.2022 (Yenilənib: 22:28 03.01.2022) İqtisadi Zonaların İnkişafı Agentliyinin Nizamnaməsi də təsdiq edilib. Agentliyin yaradılmasının əhəmiyyəti, fəaliyyət istiqamətləri və s. Sputnik Azərbaycan-ın materialında.
BAKI, 3 yanvar — Sputnik. Dövlət başçısı İqtisadi Zonaların İnkişafı Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb. Sənədə əsasən, nizamnamə fondu 60 milyon 500 min manat təşkil edən qurumun Nizamnaməsi də təsdiq edilib.
Məsələyə şərh verən millət vəkili Vüqar Bayramov Sputnik Azərbaycan-a deyib ki, İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərəcək agentlik azad iqtisadi zonaların inkişafı ilə bağlı dövlət siyasətini əlaqələndirəcək.
İqtisadi Zonaların İnkişafı Agentliyinə niyə ehtiyac vardı?
O bildirib ki, agentlik yeni azad iqtisadi zonaların yaradılması səlahiyyətinə də malik olacaq və onların infrastruktur tələblərini də müəyyənləşdirəcək: "Agentliyin yaradılması ondan xəbər verir ki, yeni azad iqtisadi zonaların yaradılması məsələsi aktuallığını qoruyub saxlayıb".
Onun sözlərinə görə, Vətən müharibəsində əldə etdiyimiz zəfərdən sonra regionda yeni azad iqtisadi zonaların yaradılması prioritetliyini daha da artırıb: "İşğaldan azad olunmuş bölgələrimizin bu istiqamətdə potensialı kifayət qədər genişdir. Həmin bölgələrdə yeni və müasir infrastrukturun formalaşması bu sahədə imkanları daha da genişləndirir".
"Deməli, qeyri-neft sektoruna xarici sərmayələrin daha çox cəlb edilməsi üçün yeni azad iqtisadi zonaların yaradılması istisna edilmir. Bu, işğaldan azad olunan ərazilərimizdə iqtisadiyyatın formalaşması və ölkə iqtisadiyyatına reinteqrasiya baxımından da vacibdir", - deyə millət vəkili diqqətə çatdırıb.
Agentlik publik hüquqi şəxsdir
Qeyd edək ki, agentlik sənaye parklarının, məhəllələrinin və aqroparkların (iqtisadi zonalar) fəaliyyətinin təşkili, onların idarə olunması və inkişafı ilə bağlı tədbirlər hazırlayan, həyata keçirilməsini təmin edən, o cümlədən bu istiqamətdə göstərilən dövlət dəstəyi tədbirlərində iştirak edən publik hüquqi şəxsdir.
Agentlik Bakı şəhərində yerləşəcək.
Agentliyin fəaliyyət istiqamətləri aşağıdakılardır:
Müvafiq sahədə dövlət siyasətinin və göstərilən dövlət dəstəyi tədbirlərinin formalaşdırılmasında iştirak etmək, bu istiqamətdə tənzimləməni həyata keçirmək,
İqtisadi zonalarla bağlı görülən işlərin səmərəliliyinin artırılması və yeni iqtisadi zonaların yaradılması üçün tədbirlər hazırlamaq, habelə onların həyata keçirilməsini təmin etmək,
İqtisadi zonaların infrastruktur tələblərini müəyyən etmək, onların həyata keçirilməsi ilə bağlı Nazirliyə və digər aidiyyəti dövlət orqanlarına (qurumlarına) təkliflər vermək,
Nizamnamə ilə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərmək.
Agentliyi 4 dövlət qurumu idarə edəcək
Agentliyin idarəetmə orqanları Müşahidə Şurası və İdarə Heyətidir. Müşahidə Şurası Agentliyə ümumi rəhbərliyi və nəzarəti həyata keçirir.
Şuranın 4 üzvü İqtisadiyyat Nazirliyinin, 3 üzvü isə Kənd Təsərrüfatı Nazirliyinin, "Azərişıq" ASC-nin və "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC-nin (hər qurumdan bir nəfər olmaqla) nümayəndələrindən ibarət olmaqla 7 üzvü var. Şuranın üzvlərini təmsil etdikləri orqanın (qurumun) rəhbəri təyin və azad edir. Şuranın sədrini və sədr müavinini iqtisadiyyat naziri Şura üzvləri sırasından 5 il müddətinə vəzifəyə təyin və vəzifədən azad edir.
Agentliyin ləğvini və yenidən təşkilini Azərbaycan Prezidenti həyata keçirir.