DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

İran xaricdən peyvənd almağı dayandırır - üçüncü doza yerli vaksinlərlə vurulacaq

© AFP 2024 / CHANDAN KHANNAШприцы, наполненные вакциной Pfizer / BioNtech, фото из архива
Шприцы, наполненные вакциной Pfizer / BioNtech, фото из архива  - Sputnik Azərbaycan, 1920, 03.01.2022
Abunə olmaq
Yerli istehsalçılar ayda ən az 15 milyon doza COVID-19 peyvəndi istehsal edəcək.
BAKI, 3 noyabr - Sputnik. İran Ərzaq və Dərman Administrasiyasının sədri Bəhram Darayi dövlət televiziyasında verdiyi açıqlamada ölkədə aparılan peyvənd araşdırmaları və istifadə edilən vaksinlər haqqında məlumat verib. Sputnik Azərbaycan Azərtac-a istinadən xəbər verir ki, B.Darayi xaricdən COVID-19-a qarşı vaksinlərin idxalının dayandırıldığını və yerli peyvənddən istifadə edəcəklərini bildirib.
"Hazırda xaricdən heç bir şəkildə peyvənd idxal etmirik. Üçüncü dozada yerli vaksinlərə güvənirik və ehtiyaclarımızı qarşılamaq üçün kifayət qədər istehsal edəcəyimizi düşünürük”, - deyə B.Darayi qeyd edib.
Yerli istehsalçıların ayda ən az 15 milyon doza COVID-19 peyvəndi istehsal edəcəyini vurğulayan B.Darayi, İranın istehsal etdiyi yerli vaksinlərin Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən təsdiqlənməsi üçün sənədlərin hazırlanaraq göndəriləcəyini bildirib.
Xəbər lenti
0