Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Azərbaycanlı musiqiçi Tohid Novruzi Təbrizdə dəfn edildi - VİDEO

Gül - Sputnik Azərbaycan, 1920, 03.01.2022
Abunə olmaq
Tohid Novruzi Təbriz şəhərinin “Vadi rəhmət” qəbiristanlığında incəsənət xadimləri bölməsində dəfn olunub.
BAKI, 3 yanvar — Sputnik. Cənubi Azərbaycandan olan gənc musiqiçi Tohid Novruzi Təbrizdə vəfat edib.
Azərbaycan Milli Konservatoriyasının tələbəsi olan Tohid Novruzi ürəktutmasından dünyasını dəyişib.
Məlumat üçün bildirək ki, Tohid Novruzi bir çox milli ruhlu mahnıların bəstəkarı və ifaçısı idi. Kulis-in yazdığına görə, mərhum Təbriz şəhərinin “Vadi rəhmət” qəbiristanlığında incəsənət xadimləri bölməsində dəfn olunub.
Tohid Novruzi azərbaycanlı müğənni Nüşabə Kərimli ilə birlikdə "Dilbərim" xalq mahnısını ifa edib.
O, Azərbaycanın klassik şairi İmadəddin Nəsimiyə həsr etdiyi "Nuş, nuş", sözləri Şah İsmayıl Xətaiyə, musiqisi Fəxrəddin Salimə aid "Nə dersən", söz və musiqisi özünə aid "Xiyav" mahnıları ilə tanınmışdı.
Novruzi həm mahnıları ifa edir, həm də sazda müşayiət edirdi. Onun ifa etdiyi mahnılara çəkdirdiyi kliplər Youtube-da yayımlanıb.
Xəbər lenti
0