https://sputnik.az/20220103/antarktidada-da-koronavirusa-yoluxma-bas-verib-437845276.html
Antarktidada da koronavirusa yoluxma baş verib
Antarktidada da koronavirusa yoluxma baş verib
Sputnik Azərbaycan
Belçikanın "Şahzadə Elizabet" tədqiqat stansiyasının 25 əməkdaşından 16-sı COVID-19-a yoluxub. 03.01.2022, Sputnik Azərbaycan
2022-01-03T23:59+0400
2022-01-03T23:59+0400
2022-01-04T00:15+0400
dünya xəbərləri
antarktida
koronavirus
covid-19
https://cdnn1.img.sputnik.az/img/40347/87/403478740_0:62:2816:1646_1920x0_80_0_0_a76d40385442800d7a48d343ccf8cae5.jpg
BAKI, 3 yanvar - Sputnik. Ciddi təhlükəsizlik tədbirlərinə baxmayaraq, koronavirus Antarktidaya da çatıb. Belçikanın "Şahzadə Elizabet" tədqiqat stansiyasının 25 əməkdaşından 16-sı COVID-19-a yoluxub. Məlumata görə, ilk yoluxma halı dekabrın 14-də qeydə alınıb.Üstəlik, bütün qütb tədqiqatçıları Antarktidaya gəlməzdən əvvəl tam peyvənd olunub və müvafiq testlərdən keçiblər. Bundan əlavə, onların hamısı Cənubi Afrikada on günlük karantindən keçib. Koronavirus testi müsbət çıxanlar isə evlərinə göndərilib.Qütb fondu layihəsinin rəhbəri Josef Heek qeyd edib ki, vəziyyət dramatik deyil. Xəstəlik yüngül keçir.“Təbii ki, yoluxmuş işçilərin bəziləri karantinə alınmalı idi. Lakin bu, stansiyanın fəaliyyətinə heç bir təsir göstərməyib”, - Heek əlavə edib.Virusun aşkarlandığı qütb tədqiqatçılarına yanvarın 12-də evə qayıtmaq tövsiyə olunub. Lakin onlar qitədə qalmaq və araşdırmalarını davam etdirmək istədiklərini bildiriblər.Bu barədə Report "Le Soir" qəzetinə istinadla məlumat yayıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40347/87/403478740_270:0:2547:1708_1920x0_80_0_0_99d48674156674b429000cc06842b1fc.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
dünyanın sonuncu materikində də koronavirusa aşkarlanıb
dünyanın sonuncu materikində də koronavirusa aşkarlanıb
Antarktidada da koronavirusa yoluxma baş verib
23:59 03.01.2022 (Yenilənib: 00:15 04.01.2022) Belçikanın "Şahzadə Elizabet" tədqiqat stansiyasının 25 əməkdaşından 16-sı COVID-19-a yoluxub.
BAKI, 3 yanvar - Sputnik. Ciddi təhlükəsizlik tədbirlərinə baxmayaraq, koronavirus Antarktidaya da çatıb. Belçikanın "Şahzadə Elizabet" tədqiqat stansiyasının 25 əməkdaşından 16-sı COVID-19-a yoluxub.
Məlumata görə, ilk yoluxma halı dekabrın 14-də qeydə alınıb.
Üstəlik, bütün qütb tədqiqatçıları Antarktidaya gəlməzdən əvvəl tam peyvənd olunub və müvafiq testlərdən keçiblər. Bundan əlavə, onların hamısı Cənubi Afrikada on günlük karantindən keçib. Koronavirus testi müsbət çıxanlar isə evlərinə göndərilib.
Qütb fondu layihəsinin rəhbəri Josef Heek qeyd edib ki, vəziyyət dramatik deyil. Xəstəlik yüngül keçir.
“Təbii ki, yoluxmuş işçilərin bəziləri karantinə alınmalı idi. Lakin bu, stansiyanın fəaliyyətinə heç bir təsir göstərməyib”, - Heek əlavə edib.
Virusun aşkarlandığı qütb tədqiqatçılarına yanvarın 12-də evə qayıtmaq tövsiyə olunub. Lakin onlar qitədə qalmaq və araşdırmalarını davam etdirmək istədiklərini bildiriblər.
Bu barədə Report "Le Soir" qəzetinə istinadla məlumat yayıb.