https://sputnik.az/20220103/2022-ci-ilin-is-ve-istirahet-gunlerinin-teqvimi-437729866.html
2022-ci ilin iş və istirahət günlərinin təqvimi
2022-ci ilin iş və istirahət günlərinin təqvimi
Sputnik Azərbaycan
Azərbaycanda 2022-ci ildə iş və istirahət günlərini əks etdirən təqvimlə Sputnik Azərbaycan-ın infoqrafikasında tanış ola bilərsiz. 03.01.2022, Sputnik Azərbaycan
2022-01-03T11:00+0400
2022-01-03T11:00+0400
2022-01-03T11:00+0400
infoqrafika
iş
təqvim
qeyri-iş günü
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/03/436932816_0:0:268:152_1920x0_80_0_0_83a26043d08d6ac55a75dcfddab7ece6.png
BAKI, 3 yanvar — Sputnik. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 2021-ci il 17 dekabr tarixli Qərarı ilə 2022-ci il üçün iş vaxtı norması və istehsalat təqvimi təsdiq edilib.2022-ci il üçün iş vaxtı normasında bildirilir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin "2022-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında" 2021-ci il 1 dekabr tarixli 375 nömrəli Qərarına əsasən 2022-ci ildə aşağıdakı günlər iş günü hesab edilmir:1, 2 yanvar – Yeni il bayramı;20 yanvar – Ümumxalq hüzn günü;8 mart – Qadınlar günü;20, 21, 22, 23, 24 mart – Novruz bayramı;9 may – Faşizm üzərində qələbə günü;2, 3 may – Ramazan bayramı;28 may – Müstəqillik günü;15 iyun – Azərbaycan xalqının milli qurtuluş günü;26 iyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü;9, 10 iyul – Qurban bayramı;8 noyabr – Azərbaycan Respublikasının Zəfər günü;9 noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı günü31 dekabr – Dünya azərbaycanlılarının həmrəyliyi günü.2022-ci ildə həftələrarası istirahət günlərinin iş günləri hesab olunmayan bayram günləri ilə üst-üstə düşməsi ilə əlaqədar olaraq beşgünlük iş həftəsində 3, 4 yanvar, 25 mart, 30 may, 27 iyun, 11, 12 iyul tarixləri, altıgünlük iş həftəsində 3 yanvar, 25 mart, 27 iyun, 11 iyul tarixləri istirahət günləridir.2022-ci ilin fevral ayı 28 təqvim günündən, il isə 365 təqvim günündən ibarətdir.2022-ci ildə beşgünlük iş həftəsində 241 iş günü (onlardan 7-si bayramqabağı və Ümumxalq Hüzn günü qabağı iş günləridir), iş günü hesab edilməyən 104 istirahət günü (onlardan 7-si iş günü hesab edilməyən bayram günləri ilə üst-üstə düşməsinə görə müəyyən edilən), iş günü hesab edilməyən 19 bayram (7-si istirahət günləri ilə üst-üstə düşən) və 1 Ümumxalq Hüzn günü vardır.Azərbaycanda gündəlik normal iş vaxtının müddəti 8 saatdan, gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti 40 saatdan artıq ola bilməz. Bir qayda olaraq, iki istirahət günü olan beşgünlük iş həftəsi müəyyən edilir.2022-ci ilin iş vaxtı norması 40 saatlıq beşgünlük iş həftəsi üzrə 8 saatlıq iş günü hesabından müəyyənləşdirilir. 2022-ci il üçün 40 saatlıq iş həftəsində iş vaxtının illik norması 1 921 saatdır.Altıgünlük iş həftəsi tətbiq edilərkən həftəlik norma 40 saat olduqda gündəlik iş vaxtının müddəti 7 saatdan və bilavasitə səhəri gün istirahət günü olan iş gününün müddəti isə 6 saatdan çox ola bilməz.Altıgünlük iş həftəsi olan iş yerlərində 40 saatlıq iş həftəsində çalışan işçilər üçün 2022-ci ildə beşgünlük iş həftəsi üzrə hesablanmış 1 921 saatlıq illik iş vaxtı norması tətbiq edilməlidir.Azərbaycanda 2022-ci ildə iş və istirahət günlərini əks etdirən təqvimlə Sputnik Azərbaycan-ın infoqrafikasında tanış ola bilərsiz.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/03/436932813_0:0:269:202_1920x0_80_0_0_cd6bc93d147897a8f912b1711cc285e8.pngSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
əmək və əhalinin sosial müdafiəsi nazirliyinin kollegiyasının 2021-ci il 17 dekabr tarixli qərarı ilə 2022-ci il üçün iş vaxtı norması və istehsalat təqvimi təsdiq edilib bayram hüzn tətil istirahət
əmək və əhalinin sosial müdafiəsi nazirliyinin kollegiyasının 2021-ci il 17 dekabr tarixli qərarı ilə 2022-ci il üçün iş vaxtı norması və istehsalat təqvimi təsdiq edilib bayram hüzn tətil istirahət
2022-ci ilin iş və istirahət günlərinin təqvimi
Azərbaycanda 2022-ci ildə iş və istirahət günlərini əks etdirən təqvimlə Sputnik Azərbaycan-ın infoqrafikasında tanış ola bilərsiz.
BAKI, 3 yanvar — Sputnik. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 2021-ci il 17 dekabr tarixli Qərarı ilə 2022-ci il üçün iş vaxtı norması və istehsalat təqvimi təsdiq edilib.
2022-ci il üçün iş vaxtı normasında bildirilir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin "2022-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında" 2021-ci il 1 dekabr tarixli 375 nömrəli Qərarına əsasən 2022-ci ildə aşağıdakı günlər iş günü hesab edilmir:
1, 2 yanvar – Yeni il bayramı;
20 yanvar – Ümumxalq hüzn günü;
20, 21, 22, 23, 24 mart – Novruz bayramı;
9 may – Faşizm üzərində qələbə günü;
2, 3 may – Ramazan bayramı;
28 may – Müstəqillik günü;
15 iyun – Azərbaycan xalqının milli qurtuluş günü;
26 iyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü;
9, 10 iyul – Qurban bayramı;
8 noyabr – Azərbaycan Respublikasının Zəfər günü;
9 noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı günü
31 dekabr – Dünya azərbaycanlılarının həmrəyliyi günü.
2022-ci ildə həftələrarası istirahət günlərinin iş günləri hesab olunmayan bayram günləri ilə üst-üstə düşməsi ilə əlaqədar olaraq beşgünlük iş həftəsində 3, 4 yanvar, 25 mart, 30 may, 27 iyun, 11, 12 iyul tarixləri, altıgünlük iş həftəsində 3 yanvar, 25 mart, 27 iyun, 11 iyul tarixləri istirahət günləridir.
2022-ci ilin fevral ayı 28 təqvim günündən, il isə 365 təqvim günündən ibarətdir.
2022-ci ildə beşgünlük iş həftəsində 241 iş günü (onlardan 7-si bayramqabağı və Ümumxalq Hüzn günü qabağı iş günləridir), iş günü hesab edilməyən 104 istirahət günü (onlardan 7-si iş günü hesab edilməyən bayram günləri ilə üst-üstə düşməsinə görə müəyyən edilən), iş günü hesab edilməyən 19 bayram (7-si istirahət günləri ilə üst-üstə düşən) və 1 Ümumxalq Hüzn günü vardır.
Azərbaycanda gündəlik normal iş vaxtının müddəti 8 saatdan, gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti 40 saatdan artıq ola bilməz. Bir qayda olaraq, iki istirahət günü olan beşgünlük iş həftəsi müəyyən edilir.
2022-ci ilin iş vaxtı norması 40 saatlıq beşgünlük iş həftəsi üzrə 8 saatlıq iş günü hesabından müəyyənləşdirilir. 2022-ci il üçün 40 saatlıq iş həftəsində iş vaxtının illik norması 1 921 saatdır.
Altıgünlük iş həftəsi tətbiq edilərkən həftəlik norma 40 saat olduqda gündəlik iş vaxtının müddəti 7 saatdan və bilavasitə səhəri gün istirahət günü olan iş gününün müddəti isə 6 saatdan çox ola bilməz.
Altıgünlük iş həftəsi olan iş yerlərində 40 saatlıq iş həftəsində çalışan işçilər üçün 2022-ci ildə beşgünlük iş həftəsi üzrə hesablanmış 1 921 saatlıq illik iş vaxtı norması tətbiq edilməlidir.
Azərbaycanda 2022-ci ildə iş və istirahət günlərini əks etdirən təqvimlə Sputnik Azərbaycan-ın infoqrafikasında tanış ola bilərsiz.