Pantone Araşdırma İnstitutu ilin əsas rəngini seçib. Bu, PANTONE 17-3938 Very Peri - yəni, qırmızı-bənövşəyi çalarları olan mavi rəngdir. 02.01.2022, Sputnik Azərbaycan
Tarixdə ilk dəfədir ki, beynəlxalq tədqiqat institutunun əməkdaşları mövcud arxivlərdən hazır olanı seçməkdənsə, yeni rəng çaları işləyib hazırlayıblar.Bu rəng bəşəriyyətin yaşadığı keçid dövrünün ruhunun simvoluna çevrilib. Bu rəng çalarının təqdimatı ilk dəfə video formatda baş tutub - beləliklə də Rəng İnstitutu rəqəmsal texnologiyalar dünyası ilə qırılmaz əlaqədə olduğunu bir daha vurğulayıb.Məlumdur ki, 2022-ci ildən Pantone İnstitutu Microsoft şirkəti ilə əməkdaşlığa başlayacaq. Bu isə o deməkdir ki, Very Peri rəng çaları şirkətin rəqəmsal məhsullarına - PowerPoint, Teams və Windows üçün ekran qoruyucularına, habelə interfeysin dizayn variantlarına inteqrasiya olunacaq.Pantone 2000-ci ildən bəri əsas rəngi seçir. XX əsrin ortalarından etibarən şirkət rəqəmsal indikasiyanın istifadə edildiyi standart rəng uyğunluğu sistemini işləyib hazırlayıb. Şirkətin rəng nümunələri mütəmadi olaraq xüsusi kataloqlarda dərc olunur.
Pantone Araşdırma İnstitutu ilin əsas rəngini seçib. Bu, PANTONE 17-3938 Very Peri - yəni, qırmızı-bənövşəyi çalarları olan mavi rəngdir.
Tarixdə ilk dəfədir ki, beynəlxalq tədqiqat institutunun əməkdaşları mövcud arxivlərdən hazır olanı seçməkdənsə, yeni rəng çaları işləyib hazırlayıblar.
Bu rəng bəşəriyyətin yaşadığı keçid dövrünün ruhunun simvoluna çevrilib. Bu rəng çalarının təqdimatı ilk dəfə video formatda baş tutub - beləliklə də Rəng İnstitutu rəqəmsal texnologiyalar dünyası ilə qırılmaz əlaqədə olduğunu bir daha vurğulayıb.
Məlumdur ki, 2022-ci ildən Pantone İnstitutu Microsoft şirkəti ilə əməkdaşlığa başlayacaq. Bu isə o deməkdir ki, Very Peri rəng çaları şirkətin rəqəmsal məhsullarına - PowerPoint, Teams və Windows üçün ekran qoruyucularına, habelə interfeysin dizayn variantlarına inteqrasiya olunacaq.
Pantone 2000-ci ildən bəri əsas rəngi seçir. XX əsrin ortalarından etibarən şirkət rəqəmsal indikasiyanın istifadə edildiyi standart rəng uyğunluğu sistemini işləyib hazırlayıb. Şirkətin rəng nümunələri mütəmadi olaraq xüsusi kataloqlarda dərc olunur.