DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Keşiş evtanaziyaya etiraz etdi: onlar dəstəyə ehtiyac duyurlar

© AFP 2024 / Bilal HusseinXəstəxana, arxiv şəkli
Xəstəxana, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 02.01.2022
Abunə olmaq
Qorbunov qeyd edib ki, katolik kilsəsi bir sıra teoloji və praktiki səbəblərə görə evtanaziya fenomeninə birmənalı olaraq mənfi yanaşır.
BAKI, 2 yanvar — Sputnik. Avstriyada dolayı evtanaziyaya yardım etmək hüququnun tanınması insanların həyatlarına son qoymağa meylli olmasına gətirib çıxaracaq. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, Moskvadakı İlahi Ana Roma Katolik məbədinin rəhbəri, keşiş Kirill Qorbunov deyib.
O bildirib ki, bu razılıq və koronavirusa qarşı peyvənd sertifikatları qara bazarda əmtəəyə çevrilə bilər.
Yanvarın 1-dən Avstriyada ölümcül xəstələrə və uzun müddət əziyyət çəkən ağır xəstələrə dolayı evtanaziyada yardım almaq hüququndan istifadə etməyə icazə verən qanun qüvvəyə minir. Faktiki olaraq bu, intihara yardımdır.
Qorbunov qeyd edib ki, katolik kilsəsi bir sıra teoloji və praktiki səbəblərə görə evtanaziya fenomeninə birmənalı olaraq mənfi yanaşır. Bunlardan da başlıcası odur ki, insan özünə həyat vermir və özünün özündən yaşamaq hüququnu almaq haqqı da yoxdur. O əlavə edib ki, həyatdan könüllü olaraq köçmək qərarına gələn insanlar daha yaxından araşdırılaraq, ilk növbədə şəfqətə, xüsusi qayğıya, iztirablar qarşısında dəstəyə ehtiyac duyurlar.

"Bu, istər-istəməz insanların öz qohumlarına narahatlıq yaratdıqları, tənha və tərk edilmiş hiss etdikləri üçün həyatlarını bitirməyə meylli olmalarına gətirib çıxaracaq. İndi insanlar peyvənd sertifikatlarını aldıqları kimi, eyni qanunsuz şəkildə qohumlarının öldürülməsinə razılıq alacaqlar", - deyə keşiş bildirib.

Onun fikrincə, evtanaziyanın təbliğinin praktiki tərəfi, əsas məqsədi insan həyatını yaxşılaşdırmaq olan səhiyyə sisteminə münasibəti dəyişir:
"Bu, prosesə cəlb olunacaq bir çox tibb işçisi üçün mənəvi problem yaradır: onların işlərini necə davam etdirəcəyi bəlli deyil".
Həmçinin oxuyun:
"Bomj" kimi yaşayan, iki ali təhsili olan böyrək xəstəsi: “Evtanaziya istəyirəm”
ABŞ-da həkimlərə abort və evtanaziyadan imtina etmək hüququ verilib
Ən yaşlı alim yaşamaqdansa, ölümü seçdi, musiqi altında həyatdan köçdü
Xəbər lenti
0