Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiyanın ən ölümcül beş silahı hansılardır?

© Sputnik / Mikhail Voskresensky / Mediabanka keçidRusiya hərbi texnikası
Rusiya hərbi texnikası - Sputnik Azərbaycan, 1920, 01.01.2022
Abunə olmaq
Zabitin qənaətinə görə, bu silahın maraqlı cəhəti onda 12 ədəd “yer-hava” tipli idarəolunan raketlə təchiz olunmuş iki 30 mm-lik topunun olmasıdır.
BAKI, 1 yanvar - Sputnik. ABŞ-ın "19Fortyfive" məcmuəsinin icmalçısı və təqaüddə olan zabit Brent İstvud Rusiyanın ən təhlükəli beş silahının adını çəkib. Bu barədə Sputnik Azərbaycan RİA-Nocvosti-yə istinadla xəbər verir.
Onun sözlərinə görə, Moskva nüvə silahı sahəsində bacarıqlarını davam lı olaraq təkmilləşdirir, unikal döyüş sursatları yaradır.
Əvvəla, söhbət hazırlanmaqda olan "Poseydon" torpedosundan gedir. Bu silahın tətbiq diapazonu çox geniş olacaq. Ekspertin fikrincə, o, ABŞ-ın istənilən sahillərinə yönələ bilər və səssiz hərəkət etmək qabiliyyəti onu aşkarlamağı çox çətinləşdirəcək.
Ekspert S-400 “Triumf” zenit-raket kompleksini daha bir “xüsusilə güclü” silah adlandırıb.
Onun fikrincə bu kompleks nəinki düşmənin idarə olunan pilotsuz uçuş aparatlarını və təyyarələrini məhv edə bilər, həm də qanadlı və ballistik raketlərə qarşı 400 km məsafədə da istifadə oluna bilər. Bundan əlavə, bu silahlar xaricdə çox populyarlaşıb. Belə ki, onları Türkiyə, Suriya, Çin və Hindistan alıb.
Ekspert həmçinin Rusiyanın “Pantsir S-1” hava hücumundan müdafiə sistemini də qeyd edib.
Zabitin qənaətinə görə, bu silahın maraqlı cəhəti onda 12 ədəd “yer-hava” tipli idarəolunan raketlə təchiz olunmuş iki 30 mm-lik topunun olmasıdır.
Kompleks ballistik və qanadlı raketlərə, eləcə də yüksək dəqiqlikli döyüş sursatlarına mükəmməl cavab verir. Onun təkmilləşdirilmiş versiyaları isə, öz növbəsində, təkmilləşdirilmiş radara, geniş aşkarlama diapazonuna və daha effektiv fırlanan toplara malikdir.
Amerikalı zabit həmçinin Mi-28NM hücum helikopterini - daha doğrusu onun Mi-28N "Gecə Ovçusu" modelini də misal gətirib.
Saatda 290 kilometrə qədər sürət yığa bilən helikopterin uçuş məsafəsi 450 kilometrdir.
"Dişinə qədər silahlanmış" uçuş aparatının arsenalında 30 millimetrlik top, idarə olunan tank əleyhinə raketlər və adi raketlər var. Bundan əlavə, Mi-28NM modernləşdirildikdən sonra bütün hava şəraitlərində uçmağa qadirdir.
Sonda müəllif qitələrarası ballistik raketlərin buraxılması üçün nəzərdə tutulmuş “Yars” raket sistemlərini də qeyd edib.
Ekspertin söpzlərinə görə, onların hər biri 150-250 kiloton tutumlu və 10 min kilometrdən çox mənzilli üç-altı müstəqil döyüş başlığı daşıya bilir.
İstvud onu da qeyd edir ki, kompleksi hərəkət edərkən aşkar etmək çətindir və onun raketlərin buraxılmasına hazırlıq müddəti cəmi yeddi dəqiqə təşkil edir.
Həmçinin oxuyun:
Rusiyanın ən yeni “B-19” piyadaların döyüş maşınının üstünlükləri
Rusiya çoxməqsədli “Borey” və ”Yasen” sualtı qayıqları ilə sülhü möhkəmləndirir?
Rusiya silahları: çəkisi ağır olan "Altius" havaya asanca qalxır
Xəbər lenti
0