Сьемка, фото из архива - Sputnik Azərbaycan, 1920
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Bakı Yeni ili belə qarşıladı - 2022-ci ilin ilk günlərində Bakı necə görünür?

Abunə olmaq
Paytaxtımız pandemiya və məhdudiyyətlərə baxmayaraq, Yeni ili qeyd etməyə hazırlaşır. Ətraflı videomuzda izləyə bilərsiniz.
Bakıda ölkənin əsas yolkası quraşdırılıb, şəhər bəzənib, Yeni il yarmarkaları açılıb.
Pandemiya və məhdudlaşdırıcı qaydalara baxmayaraq, Bakıda bayram ab-havası hökm sürür. Mağazaların vitrinləri və kafelərin pəncərələri Yeni il oyuncaqları ilə bəzədilib. Meydanda əsas yolka quraşdırılıb. Paytaxtın tam mərkəzində “Soyuq əllər, isti ürək” Yeni il xeyriyyə yarmarkası fəaliyyət göstərir.
Yeni il yarmarkası Bakının tam mərkəzində, Fəvvarələr meydanında təşkil olunub. Burada hər kəs doğmaları üçün Yeni il hədiyyələri, suvenirlər, kitablar, paltarlar, şirniyyatlar ala, həmçinin yarmarkada yerləşən kiçik kafelərdə isti şokoladı, bir fincan çayı və ya qəhvəni içə, təamlarımızı və şirniyyatlarımızı dada bilər.
Bu il yarmarkada toplanan vəsait ağır xəstəlikdən əziyyət çəkən uşaqların müalicəsinə, o cümlədən, aztəminatlı ailələrə və Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinə yardıma yönəldiləcək.
Xəbər lenti
0