Сьемка, фото из архива - Sputnik Azərbaycan, 1920
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Yeni il hədiyyələrini özünüz düzəldin: Florist üsulunu öyrədir

Abunə olmaq
Yeni il florariumu – bayram günlərində əla hədiyyə ideyasıdır. Bundan başqa, belə florarium qış interyerini yaxşı tamamlayır və evə rahatlıq bəxş edir. Bəs florariumu necə düzəltmək olar? Videomuzu izləyin.
Florist Sevinc Qasımova artıq xeyli müddətdir ki, bu işlə məşğul olur. O, ilk dəfə florariumu Avropada görüb və qərara alıb ki, bu sahəni Azərbaycanda da inkişaf etdirsin.
Sevinc bu işə doğmalarına və yaxınlarına bayramlarda, ad günlərində florarium hazırlayıb hədiyyə etməklə başlayıb. Onun əl işləri bir çox sərgilərdə nümayiş olunub. Vaxt keçdikcə, onun bu hobbisi sevimli işinə çevrilib və qazanc gətirməyə başlayıb. O həm də uşaqlar üçün ustad-dərsləri keçir.
"Əvvəllər Azərbaycanda bu işlə məşğul olan insanlar, demək olar ki, yox idi. Ancaq indi bizdə də qəşəng florariumlar hazırlayanlar var. Bu, sevindirici haldır. O ki qaldı qiymətlərə, təxminən 20-200 manat arasında dəyişir", – deyə florist bildirir.
Sevinc bizə ən yaxşı əl işləri barədə də danışıb.
"Bir dəfə mənə Azərbaycan xəritəsi sifariş vermişdilər. Həmin florariumu necə böyük qürur hissi ilə hazırladığımı ifadə edə bilmirəm! Şuşa florarimu ilə bağlı sifariş də almışam. Şuşada döyüşmüş əsgər Gövhərağa məscidinin həyətindən torpaq gətirmişdi. O məndən xahiş etdi ki, Şuşa kompozisiyasını hazırladığım vaxt həmin torpaqdan istifadə edim. Bu iş mənim üçün əsl qürur mənbəyinə çevrildi", - deyə Sevinc öz fikirlərini bizimlə bölüşür.
Xəbər lenti
0