Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Küçədə yeriyən təhlükə - dörd cinayət işi açıldı

© Sputnik / Murad OrujovBakıda polis əməkdaşları, arxiv şəkli
Bakıda polis əməkdaşları, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 31.12.2021
Abunə olmaq
Polis əməkdaşları reyd keçirərək qanun pozanları evlərinə qaytarıb.
BAKI, 31 dekabr — Sputnik. Dekabrın 30-da polis əməkdaşları tərəfindən respublika ərazisində 2 nəfər aktiv koronavirus xəstəsi ictimai yerdə aşkar edilərək saxlanılıb.
Daxili İşlər Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, polis əməkdaşları "COVID-19" virusuna yoluxaraq ev şəraitində müalicədə olmasına baxmayaraq yaşadığı evi tərk etmiş həmin şəxslə izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadığı evə qaytarıb və bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.
Ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, yaşayış yerini tərk edən 4 nəfər barəsində isə Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb.
Xəbər lenti
0