https://sputnik.az/20211231/enerji-elektrik-qaz-dovlet-qurumlarinin-illik-hesabati-437779444.html
Enerji, elektrik, qaz... Dövlət qurumlarının illik hesabatı
Enerji, elektrik, qaz... Dövlət qurumlarının illik hesabatı
Sputnik Azərbaycan
Müxtəlif dövlət qurumlarının 2021-ci ildə vəzifələrini necə yerinə yetirdiyi haqda rəqəmlər danışır. 31.12.2021, Sputnik Azərbaycan
2021-12-31T21:16+0400
2021-12-31T21:16+0400
2021-12-31T21:16+0400
azərbaycan
iqtisadiyyat
"azəriqaz"
dövlət qurumu
dövlət
gömrük komitəsi
energetika nazirliyi
azərbaycan
aayda
yaşat fondu
https://cdnn1.img.sputnik.az/img/42287/14/422871481_0:0:3073:1728_1920x0_80_0_0_6034f6f5a0c8dfc198fe28290cc2462b.jpg
BAKI, 31 dekabr — Sputnik. Yola saldığımız ildə dövlət qurumları hansı fəaliyyətləri ilə seçildilər? Sputnik Azərbaycan müxtəlif qurumların ilin yekunlarına dair rəqəmləri və önəmli hadisələri ilə bağlı məlumatlarını təqdim edir:Energetika NazirliyiAzərbaycan energetikasının yeni dövrü Qarabağ və Şərqi Zəngəzurdan başladı44 günlük Vətən müharibəsindən dərhal sonra Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarında müxtəlif layihələrin icrasına başlanıldı. "Yaşıl" texnologiyaların və "ağıllı'' sistemlərin tətbiqi, regionun enerji təminatı ilə bağlı strateji hədəflər energetiklərimiz qarşısında yeni vəzifələr, perspektiv fəaliyyət planları müəyyənləşdirdi. Laçında, Kəlbəcərdə və Suqovuşanda bərpa edilən 20 MVt gücündə dörd su elektrik stansiyasından üçü artıq istismara verilib. 8 MVt gücə malik "Güləbird", ümumi gücü 7,8 MVt olan "Suqovuşan-1" və "Suqovuşan-2" kiçik su elektrik stansiyaları, həmçinin yenidən tikilən 4,4 MVt gücündə "Kəlbəcər-1" kiçik SES-dən başqa, hazırda dağıdılmış vəziyyətdə olan, ümumi gücü 140 MVt-a qədər olan 33 KSES-in bərpası istiqamətində də müvafiq qurumlarla birgə araşdırmalar aparılır.110 kV-luq elektrik şəbəkənin qurulması ilə əlaqədar işlər isə ümumilikdə, 2-si yenidən qurulmaqla 11 yarımstansiya və onları əlaqələndirən 110 kilovoltluq xətlərin tikintisini əhatə edir. Şuşa, Kəlbəcər, Füzuli və Cəbrayılda 110/35/10 kV-luq 5 yarımstansiya artıq istismara verilib, həmçinin bu yarımstansiyaların ölkənin ümumi enerji sisteminə qoşulması üçün elektrik verilişi xətləri çəkilib. Xüsusilə Kəlbəcərdəki mürəkkəb relyef və hava şəraitində cəmi altı ay ərzində yüksək peşəkarlıq və ağır zəhmət hesabına belə bir yarımstansiyanın ərsəyə gəlməsi Azərbaycanın müasir energetika tarixinin əlamətdar hadisələrindəndir. 110/35/10 kV-luq "Qubadlı", "Zəngilan" "Ağdam-1" və "Ağdam-2" yarımstansiyalarının tikintisi və Daşkəsən yarımstansiyasının yenidənqurulması ilin sonuna qədər başa çatdırılacaqdır, bu yarımstansiyaları ölkənin enerji sistemi ilə əlaqələndirən xətlərin çəkilişi isə davam edir. Laçın rayonunun Qoşasu kəndi ərazisində isə yarımstansiyanın və əlaqələndirici xətlərin layihələndirilməsi işləri görülür.Paylayıcı şəbəkənin qurulması çərçivəsində Şuşa şəhərində 35/10 kV-luq 4 MVA gücündə "Daşaltı" yarımstansiyası tikilərək istismara verilib. Xocavənd, Cəbrayıl və Zəngilan rayonlarında isə 35/10 kV-luq yarımstansiyalarda bərpa işləri aparılıb. Hazırda Şuşa şəhərində 6 ədəd 35/0,4 kV-luq, Hadrut qəsəbəsində bir ədəd 35/10 kV-luq yarımstansiyaların tikintisi davam etdirilir. Suqovuşan qəsəbəsini elektrik enerjisi ilə təmin etmək üçün 35 kV-luq xətt çəkilib və 35/10 kV-luq "Suqovuşan" yarımstansiyası inşa edilərək istismara verilib.Ümumilikdə, işğaldan azad olunmuş ərazilərdə 300 km-ə yaxın müxtəlif gərginlikli hava və kabel xətləri çəkilib, bərpa edilib, xeyli sayda transformatorlar quraşdırılıb. Həm Qarabağda, həm Şərqi Zəngəzurda elektrik enerjisi təsərrüfatının qurulması prosesi intensiv şəkildə davam etdirilir. Dayanıqlı enerji təminatı üçün böyük potensiala malik "Xudafərin", "Qız Qalası" hidroqovşaqları və su elektrik stansiyaları layihələrinin icrası da uğurla irəliləyir. "Xudafərin" və "Qız Qalası" hidroqovşaqlarına aid bəndlərin tikintisi tamamlanıb. Hazırda hər iki su elektrik stansiyanın qurğu və avadanlıqlarının alınıb quraşdırılması, həmçinin tikintiyə çəkilmiş xərclərin, dəymiş ziyanın həcminin hesablanması ilə bağlı müzakirələr davam etdirilir. Ümumi qoyuluş gücü 200 MVt olan "Xudafərin" və 80 MVt gücündə "Qız Qalası" su elektrik stansiyalarının inşasının 2024-cü ilədək tamamlanması planlaşdırılır. Hələ Vətən müharibəsi ərəfəsində ərazilərimizin işğaldan azad olunacağına böyük ümumxalq inamının rəmzinə çevrilmiş bu layihələrin reallaşması təkcə Azərbaycana illik 358 mln. kVt·st elektrik enerjisi istehsalı, mövcud 252 min hektar torpaq sahəsi üzrə suvarmanın yaxşılaşdırılması və 12 min hektar yeni əkin sahələrinin suvarılması imkanı yaradacaqdır.Yaponiya ilə əməkdaşlıqYaponiyanın TEPSCO şirkəti cəlb edilməklə "Yaşıl Enerji Zonası" nın yaradılması üzrə müfəssəl Konsepsiya hazırlanıb. Baş Plan isə tərtib olunmaqdadır. Layihə çərçivəsində ərazilərin inkişafı və məskunlaşma variantları üzrə müxtəlif enerji tələbatı və təchizatı ssenarilərinə baxılıb. Eyni zamanda, bu bölgələrdə hidro, günəş, külək, biokütlə, geotermal və digər bərpa olunan enerji potensialının öyrənilməsi, mövcud resurslardan istifadə etməklə külək və günəş enerji stansiyalarının və həmçinin su anbarlarında, kiçik çaylarda su elektrik stansiyalarının tikilməsi istiqamətində davamlı araşdırmalar aparılır. Bu bölgələr 7200 meqavat Günəş, 2000 meqavat külək enerjisi potensialına malikdir. Ölkəmizin daxili su ehtiyatlarının isə, təxminən, 25%-i, yəni illik 2 milyard 560 milyon kubmetri bu ərazilərdə formalaşır. Günəş enerjisi potensialı Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlıda, külək enerjisi potensialı isə Laçın və Kəlbəcərin dağlıq ərazilərində müşahidə olunur. Regionun Tərtərçay, Bazarçay, Həkəriçay kimi əsas çayları və digər kiçik çayları böyük hidro enerji potensialına malikdir. Həmçinin, ilkin təhlillərə əsasən Kəlbəcərdə 3093 m3/gün, Şuşada isə 412 m3- /gün termal su ehtiyatlarının mövcud olması ehtimal edilir.Daha bir önəmli layihə"Yaşıl Enerji Zonası"nın yaradılmasına töhfə verəcək digər bir layihə Laçın yaxud Kəlbəcər ərazisində 100 MVt-dək gücdə külək elektrik stansiyasının tikilməsi perspektividir. Bu layihə üzrə müəyyən edilmiş ərazilərin məlumatları əsasında hazırlanmış "Məlumat sorğusu" sənədi potensial investorlara artıq təqdim edilib. Hazırda "Məlumat sorğusu" mərhələsi üzrə işlər davam etdirilir."Yaşıl enerji məkanı" növbəti onillikdə ölkəmizin Milli Prioritetləri və 2021‒2025-ci illərdə sosial-iqtisadi inkişaf Strategiyasının əsas məqsədlərindən biridir. Bu isə həm də iqlim dəyişikliyi probleminə qarşı qlobal səylərə milli səviyyədə dəstəyi təmin edəcək bərpa olunan enerji mənbələrinin inkişafı, enerji səmərəliliyi, hidrogen istehsalı, ekoloji təmiz nəqliyyat vasitələrindən və digər "yaşıl texnologiyalar"dan istifadənin genişləndirilməsi, enerji sisteminin çevikliyinin artırılması və investisiyaların cəlbi məqsədilə qanunverici və tənzimləyici mühitin təkmilləşdirilməsi kimi kompleks tədbirlərin görülməsini şərtləndirir. Hədəf ölkəmizin ümumi enerji istehsalı gücündə bərpa olunan enerjinin payını hazırkı 17,3%-dən 2025-ci ildə 24%-ə, 2030-cu ildə isə 30%-ə çatdırmaqdır. Bu məqsədlə növbəti onillikdə quraşdırılması planlaşdırılan 1500 MVt-lıq yeni istehsal güclərinin 470 meqavatını "ACWA Power" və "Masdar" kimi tərəfdaşlarla artıq reallaşdırılır.Ümumi investisiya dəyəri 500 milyon dollar olan bu layihələrin reallaşması nəticəsində ildə 1,5 mlrd. kVt·st elektrik enerjisinin istehsalı, 330 mln.m3-dən çox təbii qaza qənaət edilməsi, 600 min tondan çox karbon emissiyasının qarşısının alınması və yeni iş yerlərinin yaradılması gözlənilir.Üzən Günəş elektrik stansiyasının tikintisin başlanılıb"Böyükşor" gölündə isə Asiya İnkişaf Bankının dəstəyi ilə həyata keçirilən "Üzən günəş panelləri sisteminin inkişafına dair biliklərin mübadiləsi və texniki yardım dəstəyi" pilot layihəsi çərçivəsində 100 kVt gücündə üzən günəş elektrik stansiyasının tikilməsinə başlanılıb. Stansiyanın növbəti ilin əvvəlində istismara verilməsi planlaşdırılır. Ümumilikdə, "Böyükşor" gölündə 50 MVt gücündə üzən fotovoltaik stansiya üçün texniki-iqtisadi əsaslandırma, biznes modellərin seçilməsi və bərpa olunan enerji mənbələri üzrə tarifin qiymətləndirilməsi hesabatları hazırlanıb. Bununla yanaşı, gələcəkdə su obyektləri üzərində iri həcmli layihələrin həyata keçirilməsi üçün araşdırmalar aparılır. Bu məqsədlə ölkə üzrə su hövzələrinin məlumat bazası yaradılıb və 19 su obyektinin enerji potensialı hesablanıb.Növbəti beş il ərzindəki planlarımıza SES və KSES-lər üzrə azı 200 MVt-lıq yeni istehsal gücünün yaradılması, həmçinin aktiv istehlakçılar üzrə şəbəkəyə qoşulan gücün əlavə 10,000 kVt artırılması daxildir.Xəzər dənizinin Azərbaycan sektorunda külək enerjisinin potensialıXəzər dənizinin külək enerjisi potensialından da istifadə yaşıl enerji kursumuzda özünə yer alır. Beynəlxalq Maliyyə Korporasiyası (BMK) ilə əməkdaşlıq çərçivəsində bu potensialın qiymətləndirilməsi və yol xəritəsinin hazırlanması üzrə işlər davam edir. İlkin tədqiqatlara əsasən, Xəzər dənizinin Azərbaycana məxsus hissəsində külək enerjisinin ümumi texniki potensialı 157 QVt həcmində qiymətləndirilir. Dənizdə mövcud olan bu potensialdan elektrik enerjisinin ixracı, həmçinin yaşıl hidrogen istehsalı ölkə iqtisadiyyatına əlavə dəyər qazandıracaq perspektivlərdir. Ümumən, enerji keçidi prosesində həlledici alət kimi qəbul edilən hidrogen istehsalı və istifadəsi üzrə BMK ilə yanaşı, Böyük Britaniyanın "BP", "KBR", eləcə də BƏƏ-nin "Masdar" və Norveçin "Equinor" şirkətləri ilə təcrübə mübadiləsi aparılır. Beynəlxalq şirkətlərlə əməkdaşlıq şəraitində təhlillər nəticəsində ölkəmizdə hidrogen istehsalı üzrə perspektiv istiqamətlər müəyyənləşdirilir. Bunlar dənizdə külək enerjisi layihəsi çərçivəsində elektroliz qurğularının elektrik enerjisi ilə təchizatını həyata keçirərək "yaşıl" hidrogenin, dənizdə təbii qaz istehsalı ilə əlaqədar karbon tutma texnologiyalarının tətbiqi nəticəsində "mavi" hidrogenin istehsalını əhatə edir.Şərti yanacağın miqdarının 318 qramdan 263 qrama qədər azalması mühüm irəliləyişdirBərpa olunan enerji mənbələrindən istifadə ilə birgə enerji resurslarına qənaət atmosferə atılan tullantıların azaldılmasında əsas vasitələrdən biri hesab olunur. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına təqdim edilmiş "Azərbaycan üzrə 4-cü milli məlumatlar" sənədinə əsasən, 2016-cı ildə Azərbaycan 1990-cı illə müqayisədə tullantıların 31,6% azalmasına nail olub. Bununla belə, bu müddətdə enerji sektorumuzda istilik effekti yaradan qazların emissiyaları azalaraq 48 milyon tona düşsə də, emissiyaların ümumi həcmində energetika sektorunun (nəqliyyat da daxil olmaqla) payı, təxminən, 70% təşkil edir. Son on ildə 1 kVt·st elektrik enerjisinin buraxılışına sərf edilən şərti yanacağın miqdarının 318 qramdan 263 qrama qədər azalması mühüm irəliləyişdir. Lakin qarşıdakı illərdə bu göstəricinin daha da aşağı salınması, enerji təchizatı və enerji istehlakı sahələrində enerjiyə yüksək səviyyədə qənaət edilməsi, ötürücü və paylayıcı sistemlərdə itkilərin müvafiq olaraq 2% və 8%-dək azaldılması kimi hədəflər müəyyənləşdirilib. Bu məqsədlə enerji səmərəliliyini təmin edəcək enerji auditinin aparılması, enerji effektivliyi xidmətlərinin tətbiqi, etiketləmə, binaların pasportlaşdırılması, idarəetmə standartlarının, müvafiq fondun yaradılması nəzərdə tutulur. Həmçinin səmərəli yeni stansiyaların tikintisi çərçivəsində gücü 550 MVt-a qədər olan yeni müasir tipli, həmdövrəli qaz-turbin elektrik stansiyasının xarici investisiya hesabına inşası planlaşdırılır. İndiyə qədər 10-dan artıq şirkətdən təklif alınıb və hazırda layihə ilə bağlı təkliflərə baxılır. Həm bu tədbirlər, habelə yaşıl texnologiyaların, enerji saxlanc sistemlərinin, karbon tutulması texnologiyalarının tətbiqi ilə bağlı planlar səmərəliliyə və energetika sektorunda yaranan karbon emissiyalarının azalmasına şərait yaradacaqdır. Eyni zamanda, 2030-cu ilə qədər nəzərdə tutulan 1500 MVt gücündə BOEM layihələrinin istifadəyə verilməsi də əlavə olaraq ildə 1,5 mln. tondan çox emissiyaların atmosferə atılmasının qarşısını alacaqdır. Bundan əlavə, illik 190 mln. kVt·st elektrik enerjisi istehsalı gözlənilən 36 MVt gücündə "Ordubad" SES-in tikilib istismara verilməsi də enerji ilə yanaşı ekoloji təhlükəsizliyə töhfə verəcəkdir.Enerji ilə bağlı qanunvericilikÜmumiyyətlə, beynəlxalq təcrübə göstərir ki, ətraf mühitə vurulan zərərin minimuma endirilməsində və enerji resurslarından səmərəli istifadə edilməsində daha yüksək nəticələr enerji istehsalçıları və istehlakçıları arasında münasibətlərin mütərəqqi bazar prinsipləri əsasında tənzimlənməsi ilə mümkün olar. Bu baxımdan dövlət başçısının müəyyən etdiyi islahatlar kursunda elektroenergetika sahəsində liberal bazar münasibətlərinin formalaşdırılması xüsusi yer tutur. Bu tapşırığın icrası məqsədilə liberal bazar modelinə mərhələli keçidlə bağlı təkliflər, "Elektroenergetika haqqında" Qanunun yeni layihəsi hazırlanıb. İslahatlar çərçivəsində hazırlanmış "Energetika haqqında", "Qaz təchizatı haqqında" Qanun layihələri üzərində də işlər başa çatdırılıb. Bu qanunların qəbulu müvafiq sahələrdə topdansatış və pərakəndə satış bazarlarının formalaşdırılmasına, istehsal, təchizat, ötürülmə və paylanmada təkmilləşdirilmiş institusional mühitin və mütərəqqi idarəetmə sistemlərinin tətbiqinə, özəl investisiyaların cəlbinə, istehsal xərclərinin azaldılmasına və xidmətin keyfiyyətinin yüksəldilməsinə münbit şərait yaradacaqdır. Burada başlıca hədəf isə dövlətin maliyyə yükünün azaldılması və subsidiyaların mərhələli şəkildə aradan qaldırılmasıdır.İslahatlar prosesinin strateji məqsədləri sırasında enerji sektorunda tənzimləmə məsələlərində dayanıqlılığın və effektivliyin təmin edilməsi də mühüm yer tutur. Bu aspektdə Energetika Nazirliyinin tabeliyində publik hüquqi şəxs statuslu Enerji Məsələlərini Tənzimləmə Agentliyinin tənzimləyici funksiyalarının daha effektiv şəkildə yerinə yetirməsi üçün "Energetika və kommunal xidmətlər sahələrində tənzimləyici haqqında" Qanunun qəbulu zəruri şərtlərdəndir. Qanun layihəsi aidiyyəti qurumlarla razılaşdırılaraq baxılmaq üçün təqdim edilib.Elektrik enerjisinin istehsalı və ixracıÖtən il ölkəmizin elektrik enerjisinin istehsalı və ixracı ilə bağlı göstəricilərində azalmanı bu il artım dinamikası əvəz edib. Belə ki, 2020-ci ildə ölkədə elektrik enerjisinin istehsalı 25,8 mlrd. kVt·st, ixracı 1,15 mlrd. kVt·st, idxal isə 136,5 mln.kVt·st təşkil edib. 2019-cu illə müqayisədə elektrik enerjisinin istehsalı 275,9 mln.kVt·st, ixrac 340,2 mln. kVt·st , idxal isə 0,4 mln. kVt·st azalıb. Əksinə elektrik enerjisinin istehlakı ötən il 328 mln.kVt·st artaraq, təxminən, 22 mlrd. kVt·st olub.Bu ilin 9 ayı ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,2% artımla, təxminən, 20,7 mlrd. kVt·st elektrik enerjisi istehsal edilib."Azərisitilik" Açıq Səhmdar Cəmiyyətiİşləyən qazanxanaların sayı 561, istiliklə təmin olunan yaşayış binalarının sayı 3870 olub. 184000-dən artıq mənzil, 281 məktəb, 160 uşaq bağçası, 163 səhiyyə müəssisəsi, 2 minə yaxın digər sosial və təsərrüfat obyektləri isitiliklə təmin olunub."Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti (ASCO)Qurum tərəfindən ekologiyaya zərərin vurulmaması üçün zəruri qabaqlayıcı tədbirlər görülüb"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC (ASCO) gəmilərin istismarı və sahil obyektlərinin fəaliyyəti nəticəsində yaranan maye və bərk tullantıların su mənbələrinə, qrunta və havaya ekoloji mənfi təsirlərinin minimuma endirilməsini daim diqqətdə saxlayır. Əməliyyatlar zamanı ətraf mühitə zərərin vurulmaması üçün zəruri qabaqlayıcı tədbirlər görülür.2021-ci ilin yanvar-sentyabr aylarının nəticələrinə görə, ASCO gəmilərindən 43,762 m³ plastmas, 450,516 m³ qida qalığı, 364,314 m³ məişət tullantısı (kağız-karton, əski, şüşə, metal və s), 63,89 m³ istismar tullantısı, 465 m³ neft qalığı, 5101,7m³ döşəməaltı sular, 72260,63 m³ məişət təsərrüfat çirkab su bağlanmış müqavilələr əsasında təcrübəli mütəxəssislərə və texniki resurslara malik sertifikasiyalı qurumlara təhvil verilməklə ərazilərimizdən kənarlaşdırılıb.Bu dövrdə ASCO-nun sahil obyektləri üzrə 100,2 m³ çən dibində formalaşmış neftli şlam, 7,98 ton yanmış qəlib qumu, 983,5 ton abraziv (gəmi gövdəsindən çıxan pas-boya-çınqıl-qum qarışığı), 52416,61 ton məişət çirkab suyu, 736 ton neftli döşəməaltı-lyal su, 151,547 ton sürtgü yağı, 2719,42 m³ məişət tullantısı (kağız-karton, taxta, əski, şüşə, metal, butulka və s), 870,96 m³ qida qalığı, 125,37 m³ polimer əsaslı və plastmas tullantı, 73,6518 m³ yağlı və neftli tullantı, 62,1 m³ müxtəlif rezin tullantı, 83 ədəd akkumulyator və halvanik element, 495,76 m³ istismar tullantı, 23,25 m³ elektron tullantı, 0,245 m³ tibbi tullantı aidiyyatı üzrə təhvil verilib.Bundan başqa, qeyd edilən dövrdə Dənizkənarı Milli Park və Cəmiyyətin sahil fəaliyyət akvatoriyaları səthindən 67,78 m³ müxtəlif ölçülü əşya yığılıb təhvil verilib.İlin doqquz ayında ümumilikdə 1,855 ton kağız, 0,9902 ton plastmas, 4471,234 ton qara metal, 11, 217 ton əlvan metal isə təkrar emala göndərilib."Azəriqaz" İstehsalat Birliyi2021-ci ilin 11 ayında “Azəriqaz” İB üzrə 5,987 milyard m3 qaz satılıb. 2020-ci il ilə müqayisədə 2021-ci ildə ümumi satışda artım 861,6 milyon m3 təşkil edib. 2021-ci ildə “Azəriqaz” İB-nin daxili imkanları çərçivəsində müxtəlif bölgələrdə 17 kəndin, regionlarda və Bakı şəhərində 100-ə yaxın yaşayış massivinin qazlaşdırılması nəzərdə tutulub. Bu ərazilərin əksəriyyətində hal-hazırda qaz xətlərinin quraşdırılması işləri aparılır. Qazlaşmdırma layihələri ilə bağlı 2021-ci ildə ümumən 287 km müxtəlif diametrli qaz xətti çəkilib.2021-ci ilin 11 ayında 69 mindən yuxarı yeni əhali abonenti qeydiyyat alınıb, təbii qazla təmin olunmuş əhali abonentlərinin ümumi sayı isə 2 milyon 390 mini ötüb. Dövlət dəstəyi ilə həyata keçirilən qazlaşdırılma tədbirləri nəticəində ölkə ərazisində əhali sektorunun qazlaşdırılması səviyyəsi 96,3 faiz təşkil edib.2021-ci ilin 11 ayında müxtəlif bölgələrdə cəmi 402 km qaz xətti yenidən qurulmuşdur. Bu tədbirlər nəticəsində qaz itkiləri əhəmiyyətlə dərəcədə azalmış, fasiləsiz və dayanıqlı qaz təchizatı təmin olunub. Cari ilin 11 ayında müxtəlif bölgələrdə 540 mindən çox qaz sayğacı quraşdırılmış və əvəzlənib. Eyni zamanda cari ildən başlayaraq əhali sektorunda “smart” qurğusu olan yeni nəsil müasir məişət qaz sayğaclarının quraşdırılmasına start verilib. Müştəri məmnuniyyətinin təmin olunması, müştərilərə göstərilən xidmətlərin keyfiyyətinin artırılması, şəffaflığın təmin olunması məqsədilə Bakı şəhərində və regionlarda fəaliyyət göstərən “Asan Xidmət” və “Asan Kommunal” Mərkəzlərində qaz təchizatı ilə bağlı 21 növ xidmət göstərilir. Bu xidmətlərin elektronlaşması istiqamətində işlər aparılır. Əməliyyat səmərəliliyinin artırılması və müasir idarəetmə prinsiplərinin tətbiqi məqsədilə qaz təsərrüfatının müxtəlif istiqamətləri üzrə İSO 9001 kefiyyətin idarəedilməsi sisteminin tədbiqi uğurla davam etdirilir.İl ərzində 480 min qaz sayğacının əvəz olunması təmin olunub, 70 min yeni qaz sayğacı quraşdırılıb.Dövlət Gömrük KomitəsiCari ilin 11 ayında ticarət əməliyyatlarının həcmi – 30 209 256.85 min ABŞ dolları, o cümlədən, 4.1. İdxal əməliyyatlarının həmi 10 409 859.89 min ABŞ dolları, idxal olunan malların çeşidlərinin sayı – 7 352 ədəd olub.İxrac əməliyyatları 19 799 396.96 min ABŞ dolları, bu malların çeşidlərinin sayı isə 3 264 ədəd olub (daha ətraflı bu linkdə).Bütün yollar Qarabağa aparır - AAYDA2021-ci ilin 9 ayı ərzində 540 km uzunluğunda avtomobil yolu, prospekt və küçə inşa edilib, yenidən qurulub və təmir edilib, avtomobil yollarında 8 yeni körpü tikilib:"Zəfər Yolu" üzərində 4;İsmayıllı rayonunda 4.2021-ci ilin 9 ayı ərzində Bakı şəhərində 2 yeni yerüstü piyada keçidi inşa edilib, ümumi uzunluğu 138.3 km olan 8 avtomobil yolunun və Bakı şəhəri, Yasamal rayonu Qanlı Gölün qərb hissəsində uzunluğu 1.3 km olan və sosial evlərə qədər yeni avtomobil yolunun tikintisi başa çatdırılıb. Vətən müharibəsi dövründə Goranboy rayonunda 17.7 km, Tərtər rayonunda 9 km, Daşkəsən rayonunda 1.5 km və Naftalan rayonunda 16 km uzunluğunda avtomobil yollarına və yol qurğularına dəymiş zərər aradan qaldırılıb.2021-ci ilin 9 ayı ərzində Bakı şəhərinin 12 rayonu ərazisində ümumi uzunluğu 124 km olan şəhər və qəsəbə daxili yollar yenidən qurulub və təmir edilib:Hesabat dövründə 16 kəndlərarası avtomobil yol layihəsinin, Şamaxı rayonunun və Naftalan şəhərinin daxili yollarının, Bakı şəhərində qəsəbədaxili yolların yenidən qurulması və əsaslı təmiri işləri davam etdirilib.Digər görülən işlər:Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 204-207-ci km-lik hissəsinin və Astaraçay çayı üzərində körpünün tikintisi;Azərbaycan Respublikasının Rusiya Federasiyası ilə sərhədində Samur və Xanoba keçid məntəqələri arasında uzunluğu 24.5 km olan birinci texniki dərəcəli avtomobil yolunun tikintisi;Bakı-Böyük Kəsik dəmir yolu xəttinin Tovuz şəhərinin Rövşən Məmmədov küçəsindən keçən hissəsində avtomobillərin və piyadaların rahat hərəkətini təmin edəcək yeni yol qovşağının tikintisi;Susay-Xınalıq avtomobil yolunun tikintisi (34.8 km) olub;Abşeron rayonu ərazisində yerləşən palçıq vulkanları ətrafındakı müasir turizm infrastrukturuna aparan yeni avtomobil yolunun tikintisi (21 km) işləri davam etdirilib.Bakı şəhərində və respublikanın ümumi istifadədə olan avtomobil yollarında 693 yol nişanı, 6 927 siqnal dirəyi,2328 p/m əyrixətli tirlər quraşdırılıb və bərpa edilib, 1301.7 min m2 həcmində yolların boya ilə xətlənməsi işləri yerinə yetirilib."YAŞAT" Fondu"YAŞAT" Fondunun fəaliyyət istiqamətləri üzrə 49 497 446.15 manat məbləğində vəsait xərclənib"Bu çərçivədə 2 916 şəhidin ailə üzvləri, habelə 5 010 yaralı olmaqla ümumilikdə 16 393 şəxslə görüşülüb, ehtiyacları qeydə alınıb və 10 875 şəxsin 15 834 müraciəti icra olunub.Xərclənən vəsaitdən 32 477 789.50 manatı məişət şəraitinin yaxşılaşdırılması istiqamətinə, 458 478.51 manatı təhsil, peşə hazırlığı və yaradıcı potensialın inkişafına, 5 432 716.49 manatı istehlak kreditləri və digər borc öhdəliklərinin qarşılanmasına, 11 128 461.65 manatı isə müalicə və psixoloji dəstək xərclərinin ödənilməsinə sərf olunub.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42287/14/422871481_0:0:2731:2048_1920x0_80_0_0_2cc15acfa9e4e0bf795c03b1c577074a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
elektrik enerjisi yaşıl enerji qaz xəzər külək günəş gömrük yaşat fondu aayda yol hesabat azərbaycan qarabağ
elektrik enerjisi yaşıl enerji qaz xəzər külək günəş gömrük yaşat fondu aayda yol hesabat azərbaycan qarabağ
BAKI, 31 dekabr — Sputnik. Yola saldığımız ildə dövlət qurumları hansı fəaliyyətləri ilə seçildilər?
Sputnik Azərbaycan müxtəlif qurumların ilin yekunlarına dair rəqəmləri və önəmli hadisələri ilə bağlı məlumatlarını təqdim edir:
Azərbaycan energetikasının yeni dövrü Qarabağ və Şərqi Zəngəzurdan başladı
44 günlük Vətən müharibəsindən dərhal sonra Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarında müxtəlif layihələrin icrasına başlanıldı. "Yaşıl" texnologiyaların və "ağıllı'' sistemlərin tətbiqi, regionun enerji təminatı ilə bağlı strateji hədəflər energetiklərimiz qarşısında yeni vəzifələr, perspektiv fəaliyyət planları müəyyənləşdirdi.
Laçında, Kəlbəcərdə və Suqovuşanda bərpa edilən 20 MVt gücündə dörd su elektrik stansiyasından üçü artıq istismara verilib. 8 MVt gücə malik "Güləbird", ümumi gücü 7,8 MVt olan "Suqovuşan-1" və "Suqovuşan-2" kiçik su elektrik stansiyaları, həmçinin yenidən tikilən 4,4 MVt gücündə "Kəlbəcər-1" kiçik SES-dən başqa, hazırda dağıdılmış vəziyyətdə olan, ümumi gücü 140 MVt-a qədər olan 33 KSES-in bərpası istiqamətində də müvafiq qurumlarla birgə araşdırmalar aparılır.
110 kV-luq elektrik şəbəkənin qurulması ilə əlaqədar işlər isə ümumilikdə, 2-si yenidən qurulmaqla 11 yarımstansiya və onları əlaqələndirən 110 kilovoltluq xətlərin tikintisini əhatə edir. Şuşa, Kəlbəcər, Füzuli və Cəbrayılda 110/35/10 kV-luq 5 yarımstansiya artıq istismara verilib, həmçinin bu yarımstansiyaların ölkənin ümumi enerji sisteminə qoşulması üçün elektrik verilişi xətləri çəkilib.
Xüsusilə Kəlbəcərdəki mürəkkəb relyef və hava şəraitində cəmi altı ay ərzində yüksək peşəkarlıq və ağır zəhmət hesabına belə bir yarımstansiyanın ərsəyə gəlməsi Azərbaycanın müasir energetika tarixinin əlamətdar hadisələrindəndir.
110/35/10 kV-luq "Qubadlı", "Zəngilan" "Ağdam-1" və "Ağdam-2" yarımstansiyalarının tikintisi və Daşkəsən yarımstansiyasının yenidənqurulması ilin sonuna qədər başa çatdırılacaqdır, bu yarımstansiyaları ölkənin enerji sistemi ilə əlaqələndirən xətlərin çəkilişi isə davam edir. Laçın rayonunun Qoşasu kəndi ərazisində isə yarımstansiyanın və əlaqələndirici xətlərin layihələndirilməsi işləri görülür.
Paylayıcı şəbəkənin qurulması çərçivəsində Şuşa şəhərində 35/10 kV-luq 4 MVA gücündə "Daşaltı" yarımstansiyası tikilərək istismara verilib. Xocavənd, Cəbrayıl və Zəngilan rayonlarında isə 35/10 kV-luq yarımstansiyalarda bərpa işləri aparılıb. Hazırda Şuşa şəhərində 6 ədəd 35/0,4 kV-luq, Hadrut qəsəbəsində bir ədəd 35/10 kV-luq yarımstansiyaların tikintisi davam etdirilir. Suqovuşan qəsəbəsini elektrik enerjisi ilə təmin etmək üçün 35 kV-luq xətt çəkilib və 35/10 kV-luq "Suqovuşan" yarımstansiyası inşa edilərək istismara verilib.
Ümumilikdə, işğaldan azad olunmuş ərazilərdə 300 km-ə yaxın müxtəlif gərginlikli hava və kabel xətləri çəkilib, bərpa edilib, xeyli sayda transformatorlar quraşdırılıb. Həm Qarabağda, həm Şərqi Zəngəzurda elektrik enerjisi təsərrüfatının qurulması prosesi intensiv şəkildə davam etdirilir.
Dayanıqlı enerji təminatı üçün böyük potensiala malik "Xudafərin", "Qız Qalası" hidroqovşaqları və su elektrik stansiyaları layihələrinin icrası da uğurla irəliləyir. "Xudafərin" və "Qız Qalası" hidroqovşaqlarına aid bəndlərin tikintisi tamamlanıb. Hazırda hər iki su elektrik stansiyanın qurğu və avadanlıqlarının alınıb quraşdırılması, həmçinin tikintiyə çəkilmiş xərclərin, dəymiş ziyanın həcminin hesablanması ilə bağlı müzakirələr davam etdirilir.
Ümumi qoyuluş gücü 200 MVt olan "Xudafərin" və 80 MVt gücündə "Qız Qalası" su elektrik stansiyalarının inşasının 2024-cü ilədək tamamlanması planlaşdırılır. Hələ Vətən müharibəsi ərəfəsində ərazilərimizin işğaldan azad olunacağına böyük ümumxalq inamının rəmzinə çevrilmiş bu layihələrin reallaşması təkcə Azərbaycana illik 358 mln. kVt·st elektrik enerjisi istehsalı, mövcud 252 min hektar torpaq sahəsi üzrə suvarmanın yaxşılaşdırılması və 12 min hektar yeni əkin sahələrinin suvarılması imkanı yaradacaqdır.
Yaponiyanın TEPSCO şirkəti cəlb edilməklə "Yaşıl Enerji Zonası" nın yaradılması üzrə müfəssəl Konsepsiya hazırlanıb. Baş Plan isə tərtib olunmaqdadır. Layihə çərçivəsində ərazilərin inkişafı və məskunlaşma variantları üzrə müxtəlif enerji tələbatı və təchizatı ssenarilərinə baxılıb.
Eyni zamanda, bu bölgələrdə hidro, günəş, külək, biokütlə, geotermal və digər bərpa olunan enerji potensialının öyrənilməsi, mövcud resurslardan istifadə etməklə külək və günəş enerji stansiyalarının və həmçinin su anbarlarında, kiçik çaylarda su elektrik stansiyalarının tikilməsi istiqamətində davamlı araşdırmalar aparılır. Bu bölgələr 7200 meqavat Günəş, 2000 meqavat külək enerjisi potensialına malikdir.
Ölkəmizin daxili su ehtiyatlarının isə, təxminən, 25%-i, yəni illik 2 milyard 560 milyon kubmetri bu ərazilərdə formalaşır. Günəş enerjisi potensialı Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlıda, külək enerjisi potensialı isə Laçın və Kəlbəcərin dağlıq ərazilərində müşahidə olunur. Regionun Tərtərçay, Bazarçay, Həkəriçay kimi əsas çayları və digər kiçik çayları böyük hidro enerji potensialına malikdir. Həmçinin, ilkin təhlillərə əsasən Kəlbəcərdə 3093 m3/gün, Şuşada isə 412 m3- /gün termal su ehtiyatlarının mövcud olması ehtimal edilir.
"Yaşıl Enerji Zonası"nın yaradılmasına töhfə verəcək digər bir layihə Laçın yaxud Kəlbəcər ərazisində 100 MVt-dək gücdə külək elektrik stansiyasının tikilməsi perspektividir. Bu layihə üzrə müəyyən edilmiş ərazilərin məlumatları əsasında hazırlanmış "Məlumat sorğusu" sənədi potensial investorlara artıq təqdim edilib. Hazırda "Məlumat sorğusu" mərhələsi üzrə işlər davam etdirilir.
"Yaşıl enerji məkanı" növbəti onillikdə ölkəmizin Milli Prioritetləri və 2021‒2025-ci illərdə sosial-iqtisadi inkişaf Strategiyasının əsas məqsədlərindən biridir. Bu isə həm də iqlim dəyişikliyi probleminə qarşı qlobal səylərə milli səviyyədə dəstəyi təmin edəcək bərpa olunan enerji mənbələrinin inkişafı, enerji səmərəliliyi, hidrogen istehsalı, ekoloji təmiz nəqliyyat vasitələrindən və digər "yaşıl texnologiyalar"dan istifadənin genişləndirilməsi, enerji sisteminin çevikliyinin artırılması və investisiyaların cəlbi məqsədilə qanunverici və tənzimləyici mühitin təkmilləşdirilməsi kimi kompleks tədbirlərin görülməsini şərtləndirir.
Hədəf ölkəmizin ümumi enerji istehsalı gücündə bərpa olunan enerjinin payını hazırkı 17,3%-dən 2025-ci ildə 24%-ə, 2030-cu ildə isə 30%-ə çatdırmaqdır. Bu məqsədlə növbəti onillikdə quraşdırılması planlaşdırılan 1500 MVt-lıq yeni istehsal güclərinin 470 meqavatını "ACWA Power" və "Masdar" kimi tərəfdaşlarla artıq reallaşdırılır.
Ümumi investisiya dəyəri 500 milyon dollar olan bu layihələrin reallaşması nəticəsində ildə 1,5 mlrd. kVt·st elektrik enerjisinin istehsalı, 330 mln.m3-dən çox təbii qaza qənaət edilməsi, 600 min tondan çox karbon emissiyasının qarşısının alınması və yeni iş yerlərinin yaradılması gözlənilir.
Üzən Günəş elektrik stansiyasının tikintisin başlanılıb
"Böyükşor" gölündə isə Asiya İnkişaf Bankının dəstəyi ilə həyata keçirilən "Üzən günəş panelləri sisteminin inkişafına dair biliklərin mübadiləsi və texniki yardım dəstəyi" pilot layihəsi çərçivəsində 100 kVt gücündə üzən günəş elektrik stansiyasının tikilməsinə başlanılıb.
Stansiyanın növbəti ilin əvvəlində istismara verilməsi planlaşdırılır. Ümumilikdə, "Böyükşor" gölündə 50 MVt gücündə üzən fotovoltaik stansiya üçün texniki-iqtisadi əsaslandırma, biznes modellərin seçilməsi və bərpa olunan enerji mənbələri üzrə tarifin qiymətləndirilməsi hesabatları hazırlanıb. Bununla yanaşı, gələcəkdə su obyektləri üzərində iri həcmli layihələrin həyata keçirilməsi üçün araşdırmalar aparılır. Bu məqsədlə ölkə üzrə su hövzələrinin məlumat bazası yaradılıb və 19 su obyektinin enerji potensialı hesablanıb.
Növbəti beş il ərzindəki planlarımıza SES və KSES-lər üzrə azı 200 MVt-lıq yeni istehsal gücünün yaradılması, həmçinin aktiv istehlakçılar üzrə şəbəkəyə qoşulan gücün əlavə 10,000 kVt artırılması daxildir.
Xəzər dənizinin Azərbaycan sektorunda külək enerjisinin potensialı
Xəzər dənizinin külək enerjisi potensialından da istifadə yaşıl enerji kursumuzda özünə yer alır. Beynəlxalq Maliyyə Korporasiyası (BMK) ilə əməkdaşlıq çərçivəsində bu potensialın qiymətləndirilməsi və yol xəritəsinin hazırlanması üzrə işlər davam edir.
İlkin tədqiqatlara əsasən, Xəzər dənizinin Azərbaycana məxsus hissəsində külək enerjisinin ümumi texniki potensialı 157 QVt həcmində qiymətləndirilir. Dənizdə mövcud olan bu potensialdan elektrik enerjisinin ixracı, həmçinin yaşıl hidrogen istehsalı ölkə iqtisadiyyatına əlavə dəyər qazandıracaq perspektivlərdir.
Ümumən, enerji keçidi prosesində həlledici alət kimi qəbul edilən hidrogen istehsalı və istifadəsi üzrə BMK ilə yanaşı, Böyük Britaniyanın "BP", "KBR", eləcə də BƏƏ-nin "Masdar" və Norveçin "Equinor" şirkətləri ilə təcrübə mübadiləsi aparılır.
Beynəlxalq şirkətlərlə əməkdaşlıq şəraitində təhlillər nəticəsində ölkəmizdə hidrogen istehsalı üzrə perspektiv istiqamətlər müəyyənləşdirilir. Bunlar dənizdə külək enerjisi layihəsi çərçivəsində elektroliz qurğularının elektrik enerjisi ilə təchizatını həyata keçirərək "yaşıl" hidrogenin, dənizdə təbii qaz istehsalı ilə əlaqədar karbon tutma texnologiyalarının tətbiqi nəticəsində "mavi" hidrogenin istehsalını əhatə edir.
Şərti yanacağın miqdarının 318 qramdan 263 qrama qədər azalması mühüm irəliləyişdir
Bərpa olunan enerji mənbələrindən istifadə ilə birgə enerji resurslarına qənaət atmosferə atılan tullantıların azaldılmasında əsas vasitələrdən biri hesab olunur.
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına təqdim edilmiş "Azərbaycan üzrə 4-cü milli məlumatlar" sənədinə əsasən, 2016-cı ildə Azərbaycan 1990-cı illə müqayisədə tullantıların 31,6% azalmasına nail olub. Bununla belə, bu müddətdə enerji sektorumuzda istilik effekti yaradan qazların emissiyaları azalaraq 48 milyon tona düşsə də, emissiyaların ümumi həcmində energetika sektorunun (nəqliyyat da daxil olmaqla) payı, təxminən, 70% təşkil edir.
Son on ildə 1 kVt·st elektrik enerjisinin buraxılışına sərf edilən şərti yanacağın miqdarının 318 qramdan 263 qrama qədər azalması mühüm irəliləyişdir. Lakin qarşıdakı illərdə bu göstəricinin daha da aşağı salınması, enerji təchizatı və enerji istehlakı sahələrində enerjiyə yüksək səviyyədə qənaət edilməsi, ötürücü və paylayıcı sistemlərdə itkilərin müvafiq olaraq 2% və 8%-dək azaldılması kimi hədəflər müəyyənləşdirilib.
Bu məqsədlə enerji səmərəliliyini təmin edəcək enerji auditinin aparılması, enerji effektivliyi xidmətlərinin tətbiqi, etiketləmə, binaların pasportlaşdırılması, idarəetmə standartlarının, müvafiq fondun yaradılması nəzərdə tutulur. Həmçinin səmərəli yeni stansiyaların tikintisi çərçivəsində gücü 550 MVt-a qədər olan yeni müasir tipli, həmdövrəli qaz-turbin elektrik stansiyasının xarici investisiya hesabına inşası planlaşdırılır. İndiyə qədər 10-dan artıq şirkətdən təklif alınıb və hazırda layihə ilə bağlı təkliflərə baxılır.
Həm bu tədbirlər, habelə yaşıl texnologiyaların, enerji saxlanc sistemlərinin, karbon tutulması texnologiyalarının tətbiqi ilə bağlı planlar səmərəliliyə və energetika sektorunda yaranan karbon emissiyalarının azalmasına şərait yaradacaqdır. Eyni zamanda, 2030-cu ilə qədər nəzərdə tutulan 1500 MVt gücündə BOEM layihələrinin istifadəyə verilməsi də əlavə olaraq ildə 1,5 mln. tondan çox emissiyaların atmosferə atılmasının qarşısını alacaqdır. Bundan əlavə, illik 190 mln. kVt·st elektrik enerjisi istehsalı gözlənilən 36 MVt gücündə "Ordubad" SES-in tikilib istismara verilməsi də enerji ilə yanaşı ekoloji təhlükəsizliyə töhfə verəcəkdir.
Enerji ilə bağlı qanunvericilik
Ümumiyyətlə, beynəlxalq təcrübə göstərir ki, ətraf mühitə vurulan zərərin minimuma endirilməsində və enerji resurslarından səmərəli istifadə edilməsində daha yüksək nəticələr enerji istehsalçıları və istehlakçıları arasında münasibətlərin mütərəqqi bazar prinsipləri əsasında tənzimlənməsi ilə mümkün olar.
Bu baxımdan dövlət başçısının müəyyən etdiyi islahatlar kursunda elektroenergetika sahəsində liberal bazar münasibətlərinin formalaşdırılması xüsusi yer tutur. Bu tapşırığın icrası məqsədilə liberal bazar modelinə mərhələli keçidlə bağlı təkliflər, "Elektroenergetika haqqında" Qanunun yeni layihəsi hazırlanıb.
İslahatlar çərçivəsində hazırlanmış "Energetika haqqında", "Qaz təchizatı haqqında" Qanun layihələri üzərində də işlər başa çatdırılıb. Bu qanunların qəbulu müvafiq sahələrdə topdansatış və pərakəndə satış bazarlarının formalaşdırılmasına, istehsal, təchizat, ötürülmə və paylanmada təkmilləşdirilmiş institusional mühitin və mütərəqqi idarəetmə sistemlərinin tətbiqinə, özəl investisiyaların cəlbinə, istehsal xərclərinin azaldılmasına və xidmətin keyfiyyətinin yüksəldilməsinə münbit şərait yaradacaqdır. Burada başlıca hədəf isə dövlətin maliyyə yükünün azaldılması və subsidiyaların mərhələli şəkildə aradan qaldırılmasıdır.
İslahatlar prosesinin strateji məqsədləri sırasında enerji sektorunda tənzimləmə məsələlərində dayanıqlılığın və effektivliyin təmin edilməsi də mühüm yer tutur. Bu aspektdə Energetika Nazirliyinin tabeliyində publik hüquqi şəxs statuslu Enerji Məsələlərini Tənzimləmə Agentliyinin tənzimləyici funksiyalarının daha effektiv şəkildə yerinə yetirməsi üçün "Energetika və kommunal xidmətlər sahələrində tənzimləyici haqqında" Qanunun qəbulu zəruri şərtlərdəndir. Qanun layihəsi aidiyyəti qurumlarla razılaşdırılaraq baxılmaq üçün təqdim edilib.
Elektrik enerjisinin istehsalı və ixracı
Ötən il ölkəmizin elektrik enerjisinin istehsalı və ixracı ilə bağlı göstəricilərində azalmanı bu il artım dinamikası əvəz edib. Belə ki, 2020-ci ildə ölkədə elektrik enerjisinin istehsalı 25,8 mlrd. kVt·st, ixracı 1,15 mlrd. kVt·st, idxal isə 136,5 mln.kVt·st təşkil edib. 2019-cu illə müqayisədə elektrik enerjisinin istehsalı 275,9 mln.kVt·st, ixrac 340,2 mln. kVt·st , idxal isə 0,4 mln. kVt·st azalıb. Əksinə elektrik enerjisinin istehlakı ötən il 328 mln.kVt·st artaraq, təxminən, 22 mlrd. kVt·st olub.
Bu ilin 9 ayı ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,2% artımla, təxminən, 20,7 mlrd. kVt·st elektrik enerjisi istehsal edilib.
"Azərisitilik" Açıq Səhmdar Cəmiyyəti
İşləyən qazanxanaların sayı 561, istiliklə təmin olunan yaşayış binalarının sayı 3870 olub. 184000-dən artıq mənzil, 281 məktəb, 160 uşaq bağçası, 163 səhiyyə müəssisəsi, 2 minə yaxın digər sosial və təsərrüfat obyektləri isitiliklə təmin olunub.
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti (ASCO)
Qurum tərəfindən ekologiyaya zərərin vurulmaması üçün zəruri qabaqlayıcı tədbirlər görülüb
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC (ASCO) gəmilərin istismarı və sahil obyektlərinin fəaliyyəti nəticəsində yaranan maye və bərk tullantıların su mənbələrinə, qrunta və havaya ekoloji mənfi təsirlərinin minimuma endirilməsini daim diqqətdə saxlayır. Əməliyyatlar zamanı ətraf mühitə zərərin vurulmaması üçün zəruri qabaqlayıcı tədbirlər görülür.
2021-ci ilin yanvar-sentyabr aylarının nəticələrinə görə, ASCO gəmilərindən 43,762 m³ plastmas, 450,516 m³ qida qalığı, 364,314 m³ məişət tullantısı (kağız-karton, əski, şüşə, metal və s), 63,89 m³ istismar tullantısı, 465 m³ neft qalığı, 5101,7m³ döşəməaltı sular, 72260,63 m³ məişət təsərrüfat çirkab su bağlanmış müqavilələr əsasında təcrübəli mütəxəssislərə və texniki resurslara malik sertifikasiyalı qurumlara təhvil verilməklə ərazilərimizdən kənarlaşdırılıb.
Bu dövrdə ASCO-nun sahil obyektləri üzrə 100,2 m³ çən dibində formalaşmış neftli şlam, 7,98 ton yanmış qəlib qumu, 983,5 ton abraziv (gəmi gövdəsindən çıxan pas-boya-çınqıl-qum qarışığı), 52416,61 ton məişət çirkab suyu, 736 ton neftli döşəməaltı-lyal su, 151,547 ton sürtgü yağı, 2719,42 m³ məişət tullantısı (kağız-karton, taxta, əski, şüşə, metal, butulka və s), 870,96 m³ qida qalığı, 125,37 m³ polimer əsaslı və plastmas tullantı, 73,6518 m³ yağlı və neftli tullantı, 62,1 m³ müxtəlif rezin tullantı, 83 ədəd akkumulyator və halvanik element, 495,76 m³ istismar tullantı, 23,25 m³ elektron tullantı, 0,245 m³ tibbi tullantı aidiyyatı üzrə təhvil verilib.
Bundan başqa, qeyd edilən dövrdə Dənizkənarı Milli Park və Cəmiyyətin sahil fəaliyyət akvatoriyaları səthindən 67,78 m³ müxtəlif ölçülü əşya yığılıb təhvil verilib.
İlin doqquz ayında ümumilikdə 1,855 ton kağız, 0,9902 ton plastmas, 4471,234 ton qara metal, 11, 217 ton əlvan metal isə təkrar emala göndərilib.
"Azəriqaz" İstehsalat Birliyi
2021-ci ilin 11 ayında “Azəriqaz” İB üzrə 5,987 milyard m3 qaz satılıb. 2020-ci il ilə müqayisədə 2021-ci ildə ümumi satışda artım 861,6 milyon m3 təşkil edib. 2021-ci ildə “Azəriqaz” İB-nin daxili imkanları çərçivəsində müxtəlif bölgələrdə 17 kəndin, regionlarda və Bakı şəhərində 100-ə yaxın yaşayış massivinin qazlaşdırılması nəzərdə tutulub. Bu ərazilərin əksəriyyətində hal-hazırda qaz xətlərinin quraşdırılması işləri aparılır. Qazlaşmdırma layihələri ilə bağlı 2021-ci ildə ümumən 287 km müxtəlif diametrli qaz xətti çəkilib.
2021-ci ilin 11 ayında 69 mindən yuxarı yeni əhali abonenti qeydiyyat alınıb, təbii qazla təmin olunmuş əhali abonentlərinin ümumi sayı isə 2 milyon 390 mini ötüb. Dövlət dəstəyi ilə həyata keçirilən qazlaşdırılma tədbirləri nəticəində ölkə ərazisində əhali sektorunun qazlaşdırılması səviyyəsi 96,3 faiz təşkil edib.
2021-ci ilin 11 ayında müxtəlif bölgələrdə cəmi 402 km qaz xətti yenidən qurulmuşdur. Bu tədbirlər nəticəsində qaz itkiləri əhəmiyyətlə dərəcədə azalmış, fasiləsiz və dayanıqlı qaz təchizatı təmin olunub. Cari ilin 11 ayında müxtəlif bölgələrdə 540 mindən çox qaz sayğacı quraşdırılmış və əvəzlənib.
Eyni zamanda cari ildən başlayaraq əhali sektorunda “smart” qurğusu olan yeni nəsil müasir məişət qaz sayğaclarının quraşdırılmasına start verilib. Müştəri məmnuniyyətinin təmin olunması, müştərilərə göstərilən xidmətlərin keyfiyyətinin artırılması, şəffaflığın təmin olunması məqsədilə Bakı şəhərində və regionlarda fəaliyyət göstərən “Asan Xidmət” və “Asan Kommunal” Mərkəzlərində qaz təchizatı ilə bağlı 21 növ xidmət göstərilir.
Bu xidmətlərin elektronlaşması istiqamətində işlər aparılır. Əməliyyat səmərəliliyinin artırılması və müasir idarəetmə prinsiplərinin tətbiqi məqsədilə qaz təsərrüfatının müxtəlif istiqamətləri üzrə İSO 9001 kefiyyətin idarəedilməsi sisteminin tədbiqi uğurla davam etdirilir.
İl ərzində 480 min qaz sayğacının əvəz olunması təmin olunub, 70 min yeni qaz sayğacı quraşdırılıb.
Cari ilin 11 ayında ticarət əməliyyatlarının həcmi – 30 209 256.85 min ABŞ dolları, o cümlədən, 4.1. İdxal əməliyyatlarının həmi 10 409 859.89 min ABŞ dolları, idxal olunan malların çeşidlərinin sayı – 7 352 ədəd olub.
İxrac əməliyyatları 19 799 396.96 min ABŞ dolları, bu malların çeşidlərinin sayı isə 3 264 ədəd olub (daha ətraflı bu
linkdə).
Bütün yollar Qarabağa aparır - AAYDA
2021-ci ilin 9 ayı ərzində 540 km uzunluğunda avtomobil yolu, prospekt və küçə inşa edilib, yenidən qurulub və təmir edilib, avtomobil yollarında 8 yeni körpü tikilib:
2021-ci ilin 9 ayı ərzində Bakı şəhərində 2 yeni yerüstü piyada keçidi inşa edilib, ümumi uzunluğu 138.3 km olan 8 avtomobil yolunun və Bakı şəhəri, Yasamal rayonu Qanlı Gölün qərb hissəsində uzunluğu 1.3 km olan və sosial evlərə qədər yeni avtomobil yolunun tikintisi başa çatdırılıb. Vətən müharibəsi dövründə Goranboy rayonunda 17.7 km, Tərtər rayonunda 9 km, Daşkəsən rayonunda 1.5 km və Naftalan rayonunda 16 km uzunluğunda avtomobil yollarına və yol qurğularına dəymiş zərər aradan qaldırılıb.
2021-ci ilin 9 ayı ərzində Bakı şəhərinin 12 rayonu ərazisində ümumi uzunluğu 124 km olan şəhər və qəsəbə daxili yollar yenidən qurulub və təmir edilib:
Hesabat dövründə 16 kəndlərarası avtomobil yol layihəsinin, Şamaxı rayonunun və Naftalan şəhərinin daxili yollarının, Bakı şəhərində qəsəbədaxili yolların yenidən qurulması və əsaslı təmiri işləri davam etdirilib.
Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 204-207-ci km-lik hissəsinin və Astaraçay çayı üzərində körpünün tikintisi;
Azərbaycan Respublikasının Rusiya Federasiyası ilə sərhədində Samur və Xanoba keçid məntəqələri arasında uzunluğu 24.5 km olan birinci texniki dərəcəli avtomobil yolunun tikintisi;
Bakı-Böyük Kəsik dəmir yolu xəttinin Tovuz şəhərinin Rövşən Məmmədov küçəsindən keçən hissəsində avtomobillərin və piyadaların rahat hərəkətini təmin edəcək yeni yol qovşağının tikintisi;
Susay-Xınalıq avtomobil yolunun tikintisi (34.8 km) olub;
Abşeron rayonu ərazisində yerləşən palçıq vulkanları ətrafındakı müasir turizm infrastrukturuna aparan yeni avtomobil yolunun tikintisi (21 km) işləri davam etdirilib.
Bakı şəhərində və respublikanın ümumi istifadədə olan avtomobil yollarında 693 yol nişanı, 6 927 siqnal dirəyi,
2328 p/m əyrixətli tirlər quraşdırılıb və bərpa edilib, 1301.7 min m2 həcmində yolların boya ilə xətlənməsi işləri yerinə yetirilib.
"YAŞAT" Fondunun fəaliyyət istiqamətləri üzrə 49 497 446.15 manat məbləğində vəsait xərclənib"
Bu çərçivədə 2 916 şəhidin ailə üzvləri, habelə 5 010 yaralı olmaqla ümumilikdə 16 393 şəxslə görüşülüb, ehtiyacları qeydə alınıb və 10 875 şəxsin 15 834 müraciəti icra olunub.
Xərclənən vəsaitdən 32 477 789.50 manatı məişət şəraitinin yaxşılaşdırılması istiqamətinə, 458 478.51 manatı təhsil, peşə hazırlığı və yaradıcı potensialın inkişafına, 5 432 716.49 manatı istehlak kreditləri və digər borc öhdəliklərinin qarşılanmasına, 11 128 461.65 manatı isə müalicə və psixoloji dəstək xərclərinin ödənilməsinə sərf olunub.