https://sputnik.az/20211231/bayram-taksilerin-de-qiymetini-artirdi-437791539.html
Bayram taksilərin də qiymətini artırdı
Bayram taksilərin də qiymətini artırdı
Sputnik Azərbaycan
Adi günlərdə 15 manata sərnişin daşıyan taksi sürücüləri qiyməti 20 manata qaldırıblar. Bəzi rayonlara Bakıdan taksi ilə gediş qiyməti 30 manata qalxıb. 31.12.2021, Sputnik Azərbaycan
2021-12-31T18:15+0400
2021-12-31T18:15+0400
2021-12-31T18:15+0400
taksi
azərbaycan xəbərləri
qiymət
avtovağzal
avtobus
qiymət artımı
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/42214/27/422142731_0:192:1920:1272_1920x0_80_0_0_19b085604bc24ab65e07db6c0224647c.jpg
BAKI, 31 dekabr — Sputnik. Bayramla bağlı Bakıdan rayonlara sərnişindaşıma həyata keçirən taksilərə təlabatın artması qiymət artımına da səbəb olub. Bu barədə Sputnik Azərbaycan-a sərnişinlər məlumat veriblər. Onların sözlərinə görə, taksilərdə dünən günorta saatlarından etibarən qiymət artımı müşahidə olunur. Sərnişin Aytən Muradova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, taksilərdə 5-10 manat civarında qiymət artımı var. Adi günlərdə 15 manata sərnişin daşıyan taksi sürücüləri qiyməti 20 manata qaldırıblar. Bəzi rayonlara Bakıdan taksi ilə gediş qiyməti 30 manata qalxıb: "Bakı-Quzanlı istiqamətinə taksi qiyməti 30 manata qaldırıb".Sərnişin bildirib ki, Mahrızlı istiqamətinə səhər reysinə çata bilmədiyindən taksi ilə getmək məcburiyyətindədir: "Mənə uyğun olanı Mahrızlı reysi idi. Avtovağzaldan bildirdilər ki, Bərdə-Tərtər avtobusuna yer var. Onunla da getmək sərf etmədiyindən, sabah reysini gözləməli oldum".Bakı Beynəlxalq Avtovağzal Kompleksindən (BBAK) isə bildirdilər ki, respublikanın 56 avtovağzal və avtostansiya kompleksi Yeni il bayramı ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçib.Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəsmisi Günay Əliyeva Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, gücləndirilmiş iş rejimiylə əlaqədar olaraq, Bakıdan regionlara, həm də regionlardan paytaxta axının çox olacağı üçün avtobusların sayının artırılması qərara alınıb. Normal rejimdə BBAK-dan gün ərzində 72 istiqamət üzrə 180 avtobus çıxırdısa, artıq bu rəqəm 350-400 ədəd təşkil edir. Onun sözlərinə görə, bayram günü ilə bağlı gün ərzində 10 minə yaxın sərnişinin daşınacağı gözlənilir.Qurum sözçüsü Avtovağzalın qarşısından rayonlara sərnişindaşıma xidməti göstərən taksilərə nəzarətin onların səlahiyyətində olmadığını bildirib.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42214/27/422142731_0:0:1708:1280_1920x0_80_0_0_4ec454fd674a1555b40e650eeafe7312.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
bayram taksi sürücü qiymət artım rayonlar avtovağzal
bayram taksi sürücü qiymət artım rayonlar avtovağzal
Bayram taksilərin də qiymətini artırdı
Adi günlərdə 15 manata sərnişin daşıyan taksi sürücüləri qiyməti 20 manata qaldırıblar. Bəzi rayonlara Bakıdan taksi ilə gediş qiyməti 30 manata qalxıb.
BAKI, 31 dekabr — Sputnik. Bayramla bağlı Bakıdan rayonlara sərnişindaşıma həyata keçirən taksilərə təlabatın artması qiymət artımına da səbəb olub. Bu barədə Sputnik Azərbaycan-a sərnişinlər məlumat veriblər.
Onların sözlərinə görə, taksilərdə dünən günorta saatlarından etibarən qiymət artımı müşahidə olunur. Sərnişin Aytən Muradova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, taksilərdə 5-10 manat civarında qiymət artımı var. Adi günlərdə 15 manata sərnişin daşıyan taksi sürücüləri qiyməti 20 manata qaldırıblar. Bəzi rayonlara Bakıdan taksi ilə gediş qiyməti 30 manata qalxıb: "Bakı-Quzanlı istiqamətinə taksi qiyməti 30 manata qaldırıb".
Sərnişin bildirib ki, Mahrızlı istiqamətinə səhər reysinə çata bilmədiyindən taksi ilə getmək məcburiyyətindədir: "Mənə uyğun olanı Mahrızlı reysi idi. Avtovağzaldan bildirdilər ki, Bərdə-Tərtər avtobusuna yer var. Onunla da getmək sərf etmədiyindən, sabah reysini gözləməli oldum".
Bakı Beynəlxalq Avtovağzal Kompleksindən (BBAK) isə bildirdilər ki, respublikanın 56 avtovağzal və avtostansiya kompleksi Yeni il bayramı ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçib.
Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəsmisi Günay Əliyeva Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, gücləndirilmiş iş rejimiylə əlaqədar olaraq, Bakıdan regionlara, həm də regionlardan paytaxta axının çox olacağı üçün avtobusların sayının artırılması qərara alınıb.
Normal rejimdə BBAK-dan gün ərzində 72 istiqamət üzrə 180 avtobus çıxırdısa, artıq bu rəqəm 350-400 ədəd təşkil edir. Onun sözlərinə görə, bayram günü ilə bağlı gün ərzində 10 minə yaxın sərnişinin daşınacağı gözlənilir.
Qurum sözçüsü Avtovağzalın qarşısından rayonlara sərnişindaşıma xidməti göstərən taksilərə nəzarətin onların səlahiyyətində olmadığını bildirib.