Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bakıda Yeni ili yanğınla "qarşılayırlar"

© Sputnik / Murad OrujovFHN əməkdaşı, arxiv şəkli
FHN əməkdaşı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 31.12.2021
Abunə olmaq
Uşaqlar "zırpaket"lə yanğın törədiblər. Hadisə yerinə FHN-in iki yanğınsöndürən briqadası gəlib.
BAKI, 31 dekabr - Sputnik. Yeni il axşamı pirotexniki vasitə Bakıda yanğına səbəb olub.
Zabrat-1 qəsəbəsində, N.Nərimanov küçəsində yerləşən doqquzmərtəbəli binanın liftində yanğın başlayıb.
Sakinlərin Sputnik Azərbaycan-a verdikləri məlumata görə, uşaqlar "zırpaket" adlandırdıqları partladıcı maddəni liftə ataraq qaçıblar, az keçmədən yanğın başlayıb.
Hadisə yerinə FHN-in iki yanğınsöndürən briqadası gəlib. Hazırda yanğınsöndürmə işləri davam edir. Xəsarət alanlar barədə məlumat yoxdur.
Daha bir yanğın isə Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsində beşmərtəbəli yaşayış binasında başlayıb. Bu barədə məlumatı FHN yayıb. Hal-hazırda yanğınsöndürmə işləri davam etdirilir.
Xəbər lenti
0