DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Almaniya atom stansiyalarının yarısını bağladı

© AFP 2024 / LENNART PREISSAlmaniyada atom elektrik stansiyası
Almaniyada atom elektrik stansiyası - Sputnik Azərbaycan, 1920, 31.12.2021
Abunə olmaq
Almaniya hələ 2002-ci ildə, Gerhard Şröderin kansler olduğu vaxt atom enerjisindən imtina etmək qərarına gəlmişdi.
BAKI, 31 dekabr - Sputnik. Almaniya hökuməti ölkədə fəaliyyət göstərən atom elektrik stansiyalarının yarısını bağlayıb.
Sputnik Azərbaycan bildirir ki, bu barədə Associated Press yazır.
Cümə günü, dekabrın 31-də Almaniyadakı altı atom elektrik stansiyasından üçü işini dayandırıb. Qalanlarını gələn il istismardan çıxarmağı planlaşdırırlar.
Almaniya hələ 2002-ci ildə, Gerhard Şröderin kansler olduğu vaxt atom enerjisindən imtina etmək qərarına gəlmişdi.
Yaponiyadakı Fukusima AES-də 2011-ci ildə baş verən qəzadan sonra Angela Merkelin başçılıq etdiyi hökumət bu planı təsdiqlədi.
Həmçinin 2030-cu ilədək enerjidaşıyıcısı qismində kömürdən tamamilə imtina etmək də Almaniya hökumətinin planına daxildir.
Xəbər lenti
0