https://sputnik.az/20211231/alemde-sesim-var-menim---dunya-azerbaycanlilarinin-sayi-437764857.html
Aləmdə səsim var mənim - Dünya azərbaycanlılarının sayı
Aləmdə səsim var mənim - Dünya azərbaycanlılarının sayı
Sputnik Azərbaycan
Dünya azərbaycanlılarının sayı 55 milyona yaxındır. Hansı ölkədə neçə soydaşımız yaşayır - Sputnik Azərbaycan-ın infoqrafikasında. 31.12.2021, Sputnik Azərbaycan
2021-12-31T11:00+0400
2021-12-31T11:00+0400
2021-12-31T11:00+0400
azərbaycanlı
infoqrafika
planet
say
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/1d/437715465_0:0:268:152_1920x0_80_0_0_a5ac206f9feff8437ddece9549be3931.png
Bu gün Dünya Azərbaycanılarının Həmrəylik Günüdür. Qısaca da olsa bu günün tarixçəsinə nəzər yetirək:1989-cu ilin noyabrında Cənubi və Şimali Azərbaycan arasında humanitar, mədəni, iqtisadi və qohumluq əlaqələrini bərpa etmək məqsədilə sərhəd çəpərlərinin götürülməsi və mühəndis-texniki qurğuların sökülməsi haqqında qərar qəbul etdi. Sovet İttifaqı Kommunist Partiyasının, Azərbaycan Kommunist Partiyasının mərkəzi komitələri, partiyanın yerli orqanları, SSRİ sərhəd qoşunlarının rəhbərliyi buna mane olmaq üçün bütün siyasi və hərbi təsir vasitələrinə əl atdılar. Lakin buna rəğmən, Azərbaycan Xalq Cəbhəsinin Naxçıvan Vilayət şöbəsi ardıcıl olaraq "Sərhəd hərəkatı" adlı bir sıra siyasi aksiyalar həyata keçirdi. Genişlənən demokratik hərəkatın nəticəsində SSRİ-nin dövlət sərhədi boyunca çəkilən sərhəd çəpərləri elliklə söküldü. İlk dəfə olaraq Arazın o tayında, bu tayında olan qohumların, həmvətənlərin ünsiyyət imkanları yarandı, sadələşdirilmiş keçid məntəqələri təşkil edildi.1990-cı ilin noyabr ayının 3-də Türkiyədə keçirilən Birinci Millətlərarası Azərbaycan dərnəkləri qurultayı isə Naxçıvan Muxtar Respublikasından başlanmış sərhəd hərəkatının real davamı kimi milli birlik və həmrəylik yolunda atılan daha bir mühüm addım oldu. Noyabr ayının 5-də qurultayın qəbul etdiyi qərarda 31 dekabr gününün hər il geniş qeyd edilməsi zərurəti irəli sürüldü. 1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etdi.Bu gün Azərbaycan əhalisinin sayı 10 milyondan çoxdur. Ümumilikdə isə dünya azərbaycanlılarının sayı 55 milyona yaxındır. Azərbaycanlıların ən sıx məskunlaşdığı, ən çox yaşadığı ölkələr İran, Türkiyə və Rusiyadır. Belə ki, bu gün İranda yaşayan azərbaycanlıların sayı 32 milyondur. Türkiyədə yaşayan azərbaycanlıların sayı 3 milyon 300 min 600, Rusiyada yaşayan azərbaycanlılaırn sayı isə 2 milyondur. Dünya azərbaycanlılarının ən çox yaşadığı ölkələr sırasında sonrakı yerlərdə İraq, Gürcüstan, ABŞ, Almaniya, Ukrayna, Kanada dayanır. Şimali Kiprdə yaşayan azərbaycanlılaırn sayı isə 1000-dir.Hansı ölkədə neçə soydaşımız yaşayır - məlumatları Sputnik Azərbaycan-ın infoqrafikasında öyrənə bilərsiniz.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/1d/437715458_0:0:269:202_1920x0_80_0_0_6a40404187cbfd97425445ecc5158d52.pngSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
dünya azərbaycanlılarının sayı həmrəylik günü infoqrafika ölkə
dünya azərbaycanlılarının sayı həmrəylik günü infoqrafika ölkə
Aləmdə səsim var mənim - Dünya azərbaycanlılarının sayı
Dünya azərbaycanlılarının sayı 55 milyona yaxındır. Hansı ölkədə neçə soydaşımız yaşayır - Sputnik Azərbaycan-ın infoqrafikasında.
Bu gün Dünya Azərbaycanılarının Həmrəylik Günüdür. Qısaca da olsa bu günün tarixçəsinə nəzər yetirək:
1989-cu ilin noyabrında Cənubi və Şimali Azərbaycan arasında humanitar, mədəni, iqtisadi və qohumluq əlaqələrini bərpa etmək məqsədilə sərhəd çəpərlərinin götürülməsi və mühəndis-texniki qurğuların sökülməsi haqqında qərar qəbul etdi.
Sovet İttifaqı Kommunist Partiyasının, Azərbaycan Kommunist Partiyasının mərkəzi komitələri, partiyanın yerli orqanları, SSRİ sərhəd qoşunlarının rəhbərliyi buna mane olmaq üçün bütün siyasi və hərbi təsir vasitələrinə əl atdılar.
Lakin buna rəğmən, Azərbaycan Xalq Cəbhəsinin Naxçıvan Vilayət şöbəsi ardıcıl olaraq "Sərhəd hərəkatı" adlı bir sıra siyasi aksiyalar həyata keçirdi. Genişlənən demokratik hərəkatın nəticəsində SSRİ-nin dövlət sərhədi boyunca çəkilən sərhəd çəpərləri elliklə söküldü.
İlk dəfə olaraq Arazın o tayında, bu tayında olan qohumların, həmvətənlərin ünsiyyət imkanları yarandı, sadələşdirilmiş keçid məntəqələri təşkil edildi.
1990-cı ilin noyabr ayının 3-də Türkiyədə keçirilən Birinci Millətlərarası Azərbaycan dərnəkləri qurultayı isə Naxçıvan Muxtar Respublikasından başlanmış sərhəd hərəkatının real davamı kimi milli birlik və həmrəylik yolunda atılan daha bir mühüm addım oldu. Noyabr ayının 5-də qurultayın qəbul etdiyi qərarda 31 dekabr gününün hər il geniş qeyd edilməsi zərurəti irəli sürüldü. 1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etdi.
Bu gün Azərbaycan əhalisinin sayı 10 milyondan çoxdur. Ümumilikdə isə dünya azərbaycanlılarının sayı 55 milyona yaxındır. Azərbaycanlıların ən sıx məskunlaşdığı, ən çox yaşadığı ölkələr İran, Türkiyə və Rusiyadır. Belə ki, bu gün İranda yaşayan azərbaycanlıların sayı 32 milyondur. Türkiyədə yaşayan azərbaycanlıların sayı 3 milyon 300 min 600, Rusiyada yaşayan azərbaycanlılaırn sayı isə 2 milyondur.
Dünya azərbaycanlılarının ən çox yaşadığı ölkələr sırasında sonrakı yerlərdə İraq, Gürcüstan, ABŞ, Almaniya, Ukrayna, Kanada dayanır. Şimali Kiprdə yaşayan azərbaycanlılaırn sayı isə 1000-dir.
Hansı ölkədə neçə soydaşımız yaşayır - məlumatları Sputnik Azərbaycan-ın infoqrafikasında öyrənə bilərsiniz.