Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Müsadirə və həbs yoxdur - Bu bankın təşkilatları imtiyazlar aldı

© AFP 2024 / TIM SLOANDünya Bankının binası, arxiv şəkli
Dünya Bankının binası, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 30.12.2021
Abunə olmaq
Milli Məclisdə "Azərbaycan və Dünya Bankı Qrupu Təşkilatları arasında Azərbaycanda Ofislərin Qurulmasına və Fəaliyyətinə dair" Saziş təsdiq edilib
BAKI, 30 dekabr — Sputnik. Milli Məclisin iclasında "Azərbaycan Respublikası və Dünya Bankı Qrupu Təşkilatları arasında Azərbaycan Respublikasında Ofislərin Qurulmasına və Fəaliyyətinə dair" Sazişin təsdiq edilməsi məsələsinə baxılıb.
Sputnik Azərbaycan xəbər verir ki, Sazişə əsasən, Dünya Bankı Qrupu Təşkilatları əmlakı və aktivləri harada yerləşməsindən asılı olmayaraq, icraedici və ya qanunverici tədbirlər nəticəsində aparılacaq axtarış, sərəncam, müsadirə (xüsusi müsadirəni istisna etməklə) ekspropriasiya və ya hər hansı həbs formasından azaddır.
Dünya Bankı Qrupu Təşkilatlarının arxivləri yerindən asılı olmayaraq toxunulmazdır.
Dünya Bankı Qrupu Təşkilatları, onların aktivləri əmlakı və gəliri, eləcə də əməliyyatları və tranzaksiyaları bütün birbaşa vergilərdən, o cümlədən pensiya və sosial sığorta məqsədləri üçün xərclərdən və gömrük rüsumlarından azaddır. Dünya Bankı Qrupu Təşkilatları həmçinin hər hansı vergi və ya rüsumun toplanılması və ya ödənilməsi öhdəliyindən azaddır.
Dünya Bankı Qrupu Təşkilatları, onların aktivləri, əmlakı və gəlirləri, eləcə də onların əməliyyatları və transaksiyaları dolayı vergilərdən, Dünya Bankı Qrup Təşkilatları tərəfindən rəsmi istifadə, iş və ya fəaliyyətinin həyata keçirilməsi üçün nəzərdə tutulan mallar və xidmətlər əlavə dəyər vergisi və ya hər hansı digər dolayı vergilərdən azaddır.
Dünya Bankı Qrupu Təşkilatlarının heyəti Dünya Bankı Qrupu Təşkilatları tərəfindən onlara ödənilən əməkhaqqları və mükafatlandırmalara münasibətdə vergilərdən və digər icbari ödənişlərdən, Ofisdə xidmət edən Dünya Bankı Qrupu Təşkilatlarının heyəti və onların qəyyumluğunda olan şəxslər immiqrasiya məhdudiyyətlərindən və əcnəbilərin qeydiyyatından azad olunurlar. Bu immunitetin təsir dairəsini azaltmadan, Dünya Bankı Qrupu Təşkilatlarının ofisində xidmət edən heyəti Azərbaycan Xarici İşlər Nazirliyində qeydiyyatdan keçir.
Ofisdə xidmət göstərən Dünya Bankı Qrupu Təşkilatlarının heyəti və onların qəyyumluğunda olan şəxslər beynəlxalq böhranlar zamanı diplomatik missiyalarda onlara bərabər statuslu rəsmilərə təmin olunan eyni repatriasiya güzəştlərindən istifadə edirlər.
Dünya Bankı Qrupu Təşkilatlarının heyət üzvləri Azərbaycanda ilk dəfə öz vəzifələrinin icrasına başladıqları zaman öz mebelini və əşyalarını rüsumsuz idxal etmək hüququna malikdirlər. Bu müddəalar Azərbaycan vətəndaşı olan heyətə və onların qəyyumluğunda olan şəxslərə şamil edilmir.
Saziş səsə qoyularaq bir oxunuşda qəbul edilib.
Xəbər lenti
0