Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920
HƏRBİ
Hərbi quruculuğa, döyüş əməliyyatlarına, silahlı münaqişələrə, silah-sursata dair xəbər və məqalələr

Kərim Vəliyev ermənilərlə üzbəüz posta qalxdı, tapşırıqlar verdi

© AR Ministry of DefenceAzərbaycan Ordusunun Baş Qərargah rəisi Kəlbəcərdə yerləşən hərbi hissələrdə olub
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Kəlbəcərdə yerləşən hərbi hissələrdə olub - Sputnik Azərbaycan, 1920, 30.12.2021
Abunə olmaq
Baş Qərargah rəisi Ermənistanla dövlət sərhədində 3400 metrədək hündürlükdə xidmət edən hərbi qulluqçulara baş çəkib, tapşırıqlar verib
BAKI, 30 dekabr — Sputnik. Müdafiə nazirinin tapşırığına əsasən, nazirin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Kəlbəcər rayonunda dislokasiya olunan hərbi hissələrdə olub.
Müdafiə Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Azərbaycan Ordusunun Baş Qərargah rəisi birləşmənin qərargah heyəti və hərbi qulluqçular üçün yaradılan şəraitlə tanış olub, yeni istifadəyə verilmiş yeməkxanaya baxış keçirib.
© AR Ministry of DefenceAzərbaycan Ordusunun Baş Qərargah rəisi Kəlbəcərdə yerləşən hərbi hissələrdə olub
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Kəlbəcərdə yerləşən hərbi hissələrdə olub - Sputnik Azərbaycan, 1920, 30.12.2021
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Kəlbəcərdə yerləşən hərbi hissələrdə olub
Baş Qərargah rəisi Ermənistanla dövlət sərhədində 3400 metrədək hündürlükdə xidmət edən hərbi qulluqçuların sosial-məişət şəraiti ilə maraqlanıb, komanda-müşahidə məntəqəsindən qarşı tərəfin fəaliyyətini izləyərək döyüş növbətçiliyinin təşkili və aparılması ilə bağlı əlavə göstərişlər verib.
© AR Ministry of DefenceAzərbaycan Ordusunun Baş Qərargah rəisi Kəlbəcərdə yerləşən hərbi hissələrdə olub
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Kəlbəcərdə yerləşən hərbi hissələrdə olub - Sputnik Azərbaycan, 1920, 30.12.2021
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Kəlbəcərdə yerləşən hərbi hissələrdə olub
Hərbi qulluqçularla birlikdə nahar edən Baş Qərargah rəisi onların qayğıları ilə maraqlanıb, qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Müdafiə Nazirliyinin rəhbərliyi adından təbrik edib.
Sonda xidmətdə fərqlənən hərbi qulluqçulara müdafiə naziri adından qiymətli hədiyyələr təqdim olunub.

Laçındakı hərbi hissələrdə vəziyyət

General-polkovnik Kərim Vəliyev bu gün Laçın rayonunda dislokasiya olunan hərbi hissələrdə də olub.
Müdafiə Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, sərt iqlim şəraitində, çətin relyefli dağlıq ərazidə xidmət aparan şəxsi heyətlə görüşən Baş Qərargah rəisi dövlət sərhədində, o cümlədən Qaragöl gölü istiqamətində döyüş qabiliyyətinin daha da artırılması və döyüşə hazır olma vəziyyətinin yüksək səviyyədə saxlanılması üçün lazımi tapşırıqlar verib.
Sonra hərbi birliyin şəxsi heyəti ilə xidməti müşavirə keçirilib, 2021-ci ilin yekunları təhlil olunub. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin və Müdafiə nazirinin Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqlar, o cümlədən hərbi qulluqçuların sosial-məişət şəraiti və mənəvi psixoloji durumunun yaxşılaşdırılması istiqamətində aparılan işlər müşavirə iştirakçılarının diqqətinə çatdırılıb. Xidməti döyüş fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı müvafiq göstərişlər verilib.
Müşavirədə polkovnik Münasib Babayevə “general-mayor” ali hərbi rütbəsi verilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin sərəncamı oxunub, ona gələcək xidmətində uğurlar arzulanıb, xidməti fəaliyyətin daha səmərəli təşkili ilə bağlı Müdafiə nazirinin tapşırıq və tövsiyələri çatdırılıb.
Sonda Baş Qərargah rəisi qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Müdafiə Nazirliyinin rəhbərliyi adından şəxsi heyəti təbrik edib.

Azad edilən ərazilərdə şəxsi heyətin maddi-texniki təminatı yoxlanılıb

Həmçinin dekabrın 30-da Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, Maddi-Texniki Təminat Qərargahının rəisi vəzifəsini icra edən general-mayor Qədir Nəsibov işğaldan azad olunan ərazilərdə olub. Şəxsi heyətin sosial-məişət şəraiti, maddi-texniki təminatı, mənəvi-psixoloji vəziyyəti ilə maraqlanan general-mayor Q.Nəsibov burada aparılan təmir-tikinti işləri ilə bağlı müvafiq tapşırıqlar verib.
Sonra azad olunmuş ərazilərdə döyüş növbətçiliyi aparan hərbi qulluqçularla görüşən general-mayor Q.Nəsibov qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Müdafiə Nazirliyinin rəhbərliyi adından şəxsi heyəti təbrik edib, onlara möhkəm can sağlığı, şərəfli xidmətlərində uğurlar arzulayıb.
Hərbi qulluqçulara bayram sovqatları təqdim edilib, Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin ordu quruculuğuna göstərdiyi yüksək diqqət və qayğı nəticəsində hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərin sürətlə davam etdirildiyi bildirilib.
Sonda şəxsi heyətin təminatının daha da yaxşılaşdırılması, eyni zamanda təmir-tikinit işlərinin keyfiyyətli aparılması ilə bağlı Müdafiə nazirinin müvafiq tapşırıqları aidiyyəti üzrə çatdırılıb.
Xəbər lenti
0