CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Gələn il üçün Ramazan və Qurban bayramlarının tarixi açıqlanıb

© REUTERS / Lim Huey TengMüsəlman qadınlar iftar açırlar, arxiv şəkli
Müsəlman qadınlar iftar açırlar, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 30.12.2021
Abunə olmaq
Şeyxülislamın paylaşımında dini bayramların tarixi qeyd olunub.
BAKI, 30 dekabr — Sputnik. Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə 2022-ci il üçün Miladi təqvimi paylaşıb.
Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, şeyxülislamın paylaşımında dini bayramların tarixi qeyd olunub.
Beləliklə, 2022-ci ildə Ramazan ayı aprelin 2-də başlayacaq.
Qədr gecələri aprelin 19, 21, 23 və 27-nə təsadüf edəcək. Ramazan bayramı isə mayın 2-3-də olacaq.
Gələn il Qurban bayramı isə iyulun 9-10-na təsadüf edəcək.
Xəbər lenti
0