Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

İcbari tibbi sığorta xidmətlərinin ƏDV-dən azad edilmə müddəti uzadılıb

© AFP 2024 / MARTIN BUREAUHəkim, arxiv şəkli
Həkim, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 30.12.2021
Abunə olmaq
Tibbi xidmətlərin göstərilməsi 2020-ci il yanvarın 1-dən 2 il müddətinə ƏDV-dən azaddır.
BAKI, 30 dekabr — Sputnik. İcbari Tibbi Sığorta Fondunun vəsaiti hesabına tibbi xidmətlərin göstərilməsinin əlavə dəyər vergisindən (ƏDV) azad edilmə müddəti artırılır.
Sputnik Azərbaycan xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb.
İcbari Tibbi Sığorta Fondunun vəsaiti hesabına tibbi xidmətlərin göstərilməsi 2020-ci il yanvarın 1-dən 2 il müddətinə ƏDV-dən azaddır. Layihəyə əsasən, bu müddət 1 il artırılır. Başqa sözlə, İcbari Tibbi Sığorta Fondunun vəsaiti hesabına tibbi xidmətlərin göstərilməsi 2020-ci il yanvarın 1-dən 3 il müddətinə ƏDV-dən azad olacaq.
Müzakirələrdən sonra dəyişiklik səsə qoyularaq qəbul edilib.
Xəbər lenti
0