https://sputnik.az/20211230/cbari-tibbi-sigorta-uzre-yenilikler-pulsuz-daha-300-xidmet--437687569.html
İcbari tibbi sığorta üzrə yeniliklər: pulsuz daha 300 xidmət
İcbari tibbi sığorta üzrə yeniliklər: pulsuz daha 300 xidmət
Sputnik Azərbaycan
Gələn il Azərbaycan səhiyyəsində bir sıra yeniliklər olacaq, bunların əksəri icbari tibbi sığorta ilə bağlıdır. Ətraflı - məqaləmizdə. 30.12.2021, Sputnik Azərbaycan
2021-12-30T22:02+0400
2021-12-30T22:02+0400
2021-12-30T22:02+0400
tibbi xidmət
https://cdnn1.img.sputnik.az/img/07e4/08/05/424608735_0:160:3073:1888_1920x0_80_0_0_b13a18a7331b952512501d86db61a527.jpg
BAKI, 30 dekabr — Sputnik. Bu ilin aprel ayının 1-dən etibarən İcbari tibbi sığorta ölkə əhalisi üçün əlçatan olub. Həmin tarixdən sonra hər kəs İcbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil olan 2550 sayda tibbi xidmətdən istifadə etmək hüququ qazanıb. Bəs görəsən, yola salmağa hazırlaşdığımız bir ildə icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərdən istifadə nə qədər əlçatan olub?İcbari tibbi sığorta nə qədər əlçatan olub?Sputnik Azərbaycan-ın sorğusuna İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən verilən cavaba görə, qurumun fəaliyyətinin əsas məqsədlərindən biri əhalinin tibbi xidmətlərə əlçatanlığını təmin etmək, vətəndaş məmnuniyyətinə nail olmaqdır. Cari ilin yanvar-noyabr ayları ərzində bütün ölkə üzrə 3 781 748 şəxs tibb müəssisələrinə müraciət edib. Onlara icbari tibbi sığorta çərçivəsində 20 489 085 tibbi xidmət göstərilib. Xidmətlərin 78%-i 18 yaşdan yuxarı, 22%-i isə 18 yaşdan aşağı şəxslərə göstərilib.Agentlik dövlət tibb müəssisəsində göstərilməsi mümkün olmayan tibbi xidmətlərə əhalinin istifadə imkanını təmin etmək üçün 27 özəl və təsərrüfat hesablı tibb müəssisələri ilə müqavilələr bağlayıb. Qeyd edək ki, müqaviləli tibb müəssisələrinin sayı daim yenilənir. 2021-ci ilin yanvar-oktyabr ayları ərzində ölkə üzrə 16 386 nəfər müvafiq göndərişə əsasən müqaviləli tibb müəssisələrinə yönləndirilib. Bu şəxslərin 464 nəfərini uşaqlar təşkil edib. Ən çox əməliyyat kardiologiya, oftalmologiya, urologiya, neyrocərrahiyyə və travmatologiya üzrə olub. Ürək və damar cərrahiyyəsi üzrə əməliyyat olunanların 237-sini uşaqlar təşkil edib. Yanvar-noyabr ayları ərzində 129-u uşaq olmaqla ümumilikdə 144 nəfər koxlear implantasiya, 300 nəfər isə endoprotezləşdirmə əməliyyatı olunub.Hazırda vətəndaşlar üçün Xidmətlər Zərfi çərçivəsində 950-si cərrahi əməliyyat olmaqla, 2550 sayda tibbi xidmətdən istifadə imkanı yaradılıb.Göndəriş tələbi ləğv edilibAgentlik əhalinin tibbi xidmətlərə əlçatanlığını artırmaq, xəstəliklərlə bağlı ağırlaşmaların qarşısını almaq, habelə vətəndaş məmnunluğunu təmin etmək üçün göndəriş vərəqəsinin verilməsi qaydasına dəyişiklik edib. Belə ki, vətəndaşlar yaşadıqları ərazidən asılı olmayaraq TƏBİB-in tabeliyində olan istənilən dövlət tibb müəssisəsinə ambulator yardım üçün göndəriş vərəqəsi olmadan müraciət edə bilərlər.Həmçinin müqaviləli özəl tibb müəssisələrində göndəriş vərəqəsi olmadan pasiyentə stasionar şəraitdə təcili tibbi yardım icbari tibbi sığorta vəsaiti hesabına göstəriləcək. Özəl tibb müəssisəsi tərəfindən Agentliyə edilən müraciət əsasında tibbi xidmətin Xidmətlər Zərfinə daxil olub-olmadığı yoxlanılacaq və nəticəyə uyğun tədbir görüləcək.Qaydada edilmiş digər əhəmiyyətli yenilik müxtəlif dövlət orqanlarının tabeliyində olan tibb müəssisələrində stasionar şəraitdə vətəndaşa tibbi yardımın göstərilə bilmədiyi hallarla bağlıdır. Bu cür hallar baş verdikdə, sözügedən tibb müəssisələri bu barədə Agentliyə rəsmi məktubla müraciət edəcəklər. Göstərilən xidmət Xidmətlər Zərfinə daxil olduğu təqdirdə icbari tibbi sığortanın maliyyə mənbələri hesabına təmin ediləcək.Struktur dəyişiklikləri nə vəd edir?Tibbi xidmətə əlçatanlığın artırılması məqsədilə tibb müəssisələrində struktur dəyişikliyi aparılır. Ölkə üzrə icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar həm regionlarda, həm də Bakı, Abşeron və Sumqayıt inzibati ərazi vahidlərində tibb müəssisələrinin publik hüquqi şəxsə keçirilməsi, regionlarda olan müalicə diaqnostika mərkəzlərinin rayon və şəhər mərkəzi xəstəxanalarına birləşdirilməsi həyata keçirilir. Eyni zamanda Bakı şəhərinin rayonları üzrə 11 tibb mərkəzi yaradılıb. Aparılmış struktur dəyişikliyinə əsasən paytaxtda çoxprofilli stasionar və ixtisaslaşdırılmış poliklinik xidmət göstərən tibb müəssisələri müvafiq ərazi üzrə tibb mərkəzlərinin tabeliyinə verilib. Qeyd edim ki, tibb müəssisələrinin həmin 11 tibb mərkəzi və 3-cü səviyyə tibb müəssisələri olan elmi tədqiqat institutu və ixtisaslaşmış tibb mərkəzlərinin ətrafında birləşdirilməsi yolu ilə yenidən təşkili həyata keçirilir.Qeyd olunan struktur dəyişikliklərinin məqsədi tibb müəssisələrinin fəaliyyətinin effektiv təşkili və idarəolunmasını, maddi və kadr resurslarının səmərəli istifadəsini təmin etməkdir.Tibb müəssisələrinin strukturunda yeni inzibati şöbə və bölmələrin yaradılması, maliyyə, təsərrüfat, insan resurslarının idarəedilməsi, sığorta fəaliyyətinin təşkili, vətəndaş müraciətləri və sənədlərlə iş, habelə digər aidiyyəti istiqamətlər üzrə vəzifə və məsuliyyət bölgüsünün aparılması kadr resurslarının fəaliyyətinin səmərəliliyinin və peşəkarlıq səviyyəsinin artmasına xidmət edir.Tibb işçilərinin təminatı artırılırİcbari tibbi sığortanın ölkədə tətbiqi nəticəsində ilk dəfə olaraq səhiyyə işçilərinin əməyi xidməti fəaliyyətin iqtisadi və kəmiyyət göstəricilərinə görə qiymətləndirilməyə başlanılmışdır. TƏBİB-in tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin fəaliyyətinin qiymətləndirilməsi və ölçülməsi əsasında əməyinin ödəniş sisteminin tənzimlənməsi məqsədilə Agentlik tərəfindən Qayda təsdiqlənmişdir.Qaydaya əsasən, tibb işçilərinin əməkhaqlarına vəzifə (tarif) maaşları, əmək şəraitinə görə ödənilən əlavələr, həvəsləndirici əlavələr və Əmək Məcəlləsində nəzərdə tutulmuş digər ödənişlər daxildir. Tibb işçilərinə həvəsləndirici əlavələr vəzifədən və yerinə yetirilən işin xüsusiyyətindən asılı olaraq sabit və ya işin nəticələrinə görə aylıq həvəsləndirici əlavələr şəklində verilir.Qeyd edim ki, Agentlik tərəfindən səhiyyə işçilərinin əməkhaqlarının artırılması məqsədilə cari ildə Qaydaya dəyişiklik edilib. Dəyişiklik nəticəsində tibb işçilərinə verilən sabit həvəsləndirici əlavələr üzrə ixtisasların/vəzifələrin sayı artırılaraq 21-ə yüksəlib.İşin nəticələrinə görə aylıq həvəsləndirici əlavələr isə həkimlərə ixtisasları/vəzifələri üzrə göstərilən xidmətin ölçülməsi və dəyərləndirilməsi məqsədilə verilir. Yeni dəyişikliyə əsasən, həkimlərə verilən işin nəticələrinə görə aylıq həvəsləndirici əlavələrin məbləğinə tibb müəssisələrinin qrup və kateqoriyalarına uyğun əmsallar tətbiq edilib.Məqsəd səhiyyə işçilərini həvəsləndirmək, vətəndaşlara keyfiyyətli tibbi xidmətlər göstərilməsinə imkan yaratmaqdır.Qeyd edək ki, icbari tibbi sığortanın tətbiqindən əvvəlki vaxtla müqayisədə hazırda minimum vəzifə maaşı alan həkimin əməkhaqqı orta hesabla 145 faiz, maksimum vəzifə maaşı alan həkimin əməkhaqqı orta hesabla 18 dəfə artıb. Eləcə də minimum vəzifə maaşı alan qeyri-tibb heyətinin əməkhaqqı orta hesabla 40 faiz, maksimum vəzifə maaşı alanın isə əməkhaqqı orta hesabla 9 dəfə artıb. Göstəricilərdən də göründüyü kimi əməkhaqlarında icbari tibbi sığortanın tətbiqi nəticəsində artım müşahidə olunub. Bununla belə, gələcəkdə həvəsləndirici əlavələrin artırılması istiqamətində tədbirlərin görülməsi nəzərdə tutulub.Xidmətlər zərfi dəyişəcəkİcbari tibbi sığorta ilə bağlı yeniliklərin tətbiqi də istisna olunmur. Qeyd edək ki, Agentlik tərəfindən vətəndaşlar üçün icbari tibbi sığorta çərçivəsində daha çox xidməti təmin etmək məqsədilə Xidmətlər Zərfinə dəyişiklik edilməsi üçün layihə hazırlanıb. Dəyişikliyə əsasən, 300-ə yaxın tibbi xidmətin Xidmətlər Zərfinə daxil edilməsi, ümumilikdə 2800-dən çox tibbi xidmətin sığorta çərçivəsində qarşılanması nəzərdə tutulur. Xidmətlər Zərfinə əlavə edilməsi nəzərdə tutulan əməliyyatlar sırasına oftalmoloji əməliyyatlar, travmatoloji əməliyyatlar, ürək-damar cərrahiyyəsinə əlavə olunan tibbi xidmətlər aid edilib. Həmçinin, Xidmətlər Zərfində sığorta limiti tətbiq olunan tibbi xidmətlər - endoprotezləşdirmə, koxlear implantasiya ilə bağlı sığorta limitinin artırılması nəzərdə tutulub. Bundan əlavə, orqan transplantasiyası da gələn ildən limitli şəkildə sığorta çərçivəsində qarşılanacaq.Tibb işçilərinə əlavə məvacib veriləcəkSəhiyyənin inkişafında əsas amillərdən olan kadr təminatının yaxşılaşdırılması, kadrların təkmilləşdirilməsi istiqamətində Agentlik tərəfindən müvafiq tədbirlər icra olunur. İcbari tibbi sığorta sisteminin maliyyələşmə mənbələrinin şaxələndirilməsi, səhiyyə sisteminə əlavə maliyyə vəsaitlərinin cəlb edilməsi və tibb işçilərinə münasibətdə rəqabətədavamlı əməkhaqqı sisteminin tətbiq olunması da bu yöndə atılan addımlardır. Regionlarda tibb heyəti üzrə kadr təminatını gücləndirmək üçün gələcəkdə paytaxtdakı tibb müəssisələrində çalışan tibb heyətinin regionlardakı tibb müəssisələrinə cəlb olunması planlaşdırılır. Bu məqsədlə Agentlik tərəfindən səhiyyə işçilərinin əməyinin ödənilməsi qaydasına dəyişiklik edilərək regionlara çalışmağa gedən tibb heyətinə əlavə məvaciblərin verilməsi nəzərdə tutulub.Xaricdə təhsil almış həkimlər ölkəyə qayıdacaqlarKadr təminatını yaxşılaşdırmaq üçün "Tibb müəssisələrində kadr potensialının gücləndirilməsi Proqramı" icra olunacaq. Proqram çərçivəsində 3 layihənin həyata keçirilməsi planlaşdırılır: 1. Xaricdə təhsil almış həkimlərimizi ölkəmizdə çalışmağa cəlb etmək. 2. Baş tibb bacılarının bilik və bacarıqlarının təkmilləşdirilməsi məqsədilə xarici ölkələrdə təcrübə keçməklərini təmin etmək 3. Biomedikal mütəxəssislər hazırlamaq.Həkimlər öz maaşlarını özləri hesablayacaqlarEyni zamanda, tibb işçilərinə verilən həvəsləndirici əlavələrin elektron qaydada hesablanması məqsədilə tibb müəssisələri üçün proqram təminatı istifadəyə veriləcək. Bu da öz növbəsində tibb və qeyri-tibb heyətinin aldığı yekun əməkhaqqının hansı əlavələr əsasında formalaşdığını müəyyənləşdirməyə və həvəsləndirici əlavələrin vaxtında alınmasına imkan verəcək. Əlavə olaraq Agentliyin saytında yeni xidmət - kalkulyator yaradılacaq. Kalkulyator vasitəsilə TƏBİB-in tabeliyindəki tibb müəssisələrində çalışan tibb və qeyri-tibb heyəti həvəsləndirici əlavələrini və əməkhaqlarını özləri rahat şəkildə hesablaya biləcəklər.Qeyd edək ki, hazırda İcbari tibbi sığortanın Xidmətlər Zərfinə ilkin səhiyyə xidməti, təcili və təxirəsalınmaz tibbi yardım xidməti, ixtisaslaşdırılmış ambulator yardım xidməti, laboratoriya, fizioterapiya, invaziv radiologiya və stasionar tibbi xidmətlər daxildir. Növbəti il üçün Xidmətlər Zərfinə daxil olan xidmətlərin 3700-ə qaldırılması proqnozlaşdırılır.Məlumat üçün onu da bildirək ki, gələn il üçün nəzərdə tutulan səhiyyə xərcləri müstəqillik dövrünün ən böyük səhiyyə xərcidir. Gələn ilin dövlət büdcəsində səhiyyə xərcləri üçün 1 milyard 788,6 milyon manat vəsait nəzərdə tutulub. Son 5 ildə Azərbaycanda səhiyyə xərcləri 2,5 faizə çatıb. Bu da 2021-ci ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə 118,6 milyon manat və ya 7,1 faiz, 2020-ci ilin icra göstəricisi ilə müqayisədə isə 101,0 milyon manat və ya 6,0 faiz çoxdur. Gələn il səhiyyə xərcləri üçün ayrılmış vəsaitin 62,9 faizi icbari tibbi sığorta xərclərinə yönələcək.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/08/05/424608735_170:0:2901:2048_1920x0_80_0_0_37a2de7acd636805559b1584b901db0a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
azərbaycan icbari tibbi sığorta yeniliklər tibb həkimlər xidmətlər 300 pulsuz
azərbaycan icbari tibbi sığorta yeniliklər tibb həkimlər xidmətlər 300 pulsuz
İcbari tibbi sığorta üzrə yeniliklər: pulsuz daha 300 xidmət
Gələn il Azərbaycan səhiyyəsində bir sıra yeniliklər olacaq, bunların əksəri icbari tibbi sığorta ilə bağlıdır. Ətraflı - məqaləmizdə.
BAKI, 30 dekabr — Sputnik. Bu ilin aprel ayının 1-dən etibarən İcbari tibbi sığorta ölkə əhalisi üçün əlçatan olub. Həmin tarixdən sonra hər kəs İcbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil olan 2550 sayda tibbi xidmətdən istifadə etmək hüququ qazanıb. Bəs görəsən, yola salmağa hazırlaşdığımız bir ildə icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərdən istifadə nə qədər əlçatan olub?
İcbari tibbi sığorta nə qədər əlçatan olub?
Sputnik Azərbaycan-ın sorğusuna İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən verilən cavaba görə, qurumun fəaliyyətinin əsas məqsədlərindən biri əhalinin tibbi xidmətlərə əlçatanlığını təmin etmək, vətəndaş məmnuniyyətinə nail olmaqdır. Cari ilin yanvar-noyabr ayları ərzində bütün ölkə üzrə 3 781 748 şəxs tibb müəssisələrinə müraciət edib. Onlara icbari tibbi sığorta çərçivəsində 20 489 085 tibbi xidmət göstərilib. Xidmətlərin 78%-i 18 yaşdan yuxarı, 22%-i isə 18 yaşdan aşağı şəxslərə göstərilib.
Agentlik dövlət tibb müəssisəsində göstərilməsi mümkün olmayan tibbi xidmətlərə əhalinin istifadə imkanını təmin etmək üçün 27 özəl və təsərrüfat hesablı tibb müəssisələri ilə müqavilələr bağlayıb.
Qeyd edək ki, müqaviləli tibb müəssisələrinin sayı daim yenilənir. 2021-ci ilin yanvar-oktyabr ayları ərzində ölkə üzrə 16 386 nəfər müvafiq göndərişə əsasən müqaviləli tibb müəssisələrinə yönləndirilib. Bu şəxslərin 464 nəfərini uşaqlar təşkil edib. Ən çox əməliyyat kardiologiya, oftalmologiya, urologiya, neyrocərrahiyyə və travmatologiya üzrə olub.
Ürək və damar cərrahiyyəsi üzrə əməliyyat olunanların 237-sini uşaqlar təşkil edib. Yanvar-noyabr ayları ərzində 129-u uşaq olmaqla ümumilikdə 144 nəfər koxlear implantasiya, 300 nəfər isə endoprotezləşdirmə əməliyyatı olunub.
Hazırda vətəndaşlar üçün Xidmətlər Zərfi çərçivəsində 950-si cərrahi əməliyyat olmaqla, 2550 sayda tibbi xidmətdən istifadə imkanı yaradılıb.
Göndəriş tələbi ləğv edilib
Agentlik əhalinin tibbi xidmətlərə əlçatanlığını artırmaq, xəstəliklərlə bağlı ağırlaşmaların qarşısını almaq, habelə vətəndaş məmnunluğunu təmin etmək üçün göndəriş vərəqəsinin verilməsi qaydasına dəyişiklik edib. Belə ki, vətəndaşlar yaşadıqları ərazidən asılı olmayaraq TƏBİB-in tabeliyində olan istənilən dövlət tibb müəssisəsinə ambulator yardım üçün göndəriş vərəqəsi olmadan müraciət edə bilərlər.
Həmçinin müqaviləli özəl tibb müəssisələrində göndəriş vərəqəsi olmadan pasiyentə stasionar şəraitdə təcili tibbi yardım icbari tibbi sığorta vəsaiti hesabına göstəriləcək. Özəl tibb müəssisəsi tərəfindən Agentliyə edilən müraciət əsasında tibbi xidmətin Xidmətlər Zərfinə daxil olub-olmadığı yoxlanılacaq və nəticəyə uyğun tədbir görüləcək.
Qaydada edilmiş digər əhəmiyyətli yenilik müxtəlif dövlət orqanlarının tabeliyində olan tibb müəssisələrində stasionar şəraitdə vətəndaşa tibbi yardımın göstərilə bilmədiyi hallarla bağlıdır. Bu cür hallar baş verdikdə, sözügedən tibb müəssisələri bu barədə Agentliyə rəsmi məktubla müraciət edəcəklər. Göstərilən xidmət Xidmətlər Zərfinə daxil olduğu təqdirdə icbari tibbi sığortanın maliyyə mənbələri hesabına təmin ediləcək.
Struktur dəyişiklikləri nə vəd edir?
Tibbi xidmətə əlçatanlığın artırılması məqsədilə tibb müəssisələrində struktur dəyişikliyi aparılır. Ölkə üzrə icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar həm regionlarda, həm də Bakı, Abşeron və Sumqayıt inzibati ərazi vahidlərində tibb müəssisələrinin publik hüquqi şəxsə keçirilməsi, regionlarda olan müalicə diaqnostika mərkəzlərinin rayon və şəhər mərkəzi xəstəxanalarına birləşdirilməsi həyata keçirilir.
Eyni zamanda Bakı şəhərinin rayonları üzrə 11 tibb mərkəzi yaradılıb. Aparılmış struktur dəyişikliyinə əsasən paytaxtda çoxprofilli stasionar və ixtisaslaşdırılmış poliklinik xidmət göstərən tibb müəssisələri müvafiq ərazi üzrə tibb mərkəzlərinin tabeliyinə verilib. Qeyd edim ki, tibb müəssisələrinin həmin 11 tibb mərkəzi və 3-cü səviyyə tibb müəssisələri olan elmi tədqiqat institutu və ixtisaslaşmış tibb mərkəzlərinin ətrafında birləşdirilməsi yolu ilə yenidən təşkili həyata keçirilir.
Qeyd olunan struktur dəyişikliklərinin məqsədi tibb müəssisələrinin fəaliyyətinin effektiv təşkili və idarəolunmasını, maddi və kadr resurslarının səmərəli istifadəsini təmin etməkdir.
Tibb müəssisələrinin strukturunda yeni inzibati şöbə və bölmələrin yaradılması, maliyyə, təsərrüfat, insan resurslarının idarəedilməsi, sığorta fəaliyyətinin təşkili, vətəndaş müraciətləri və sənədlərlə iş, habelə digər aidiyyəti istiqamətlər üzrə vəzifə və məsuliyyət bölgüsünün aparılması kadr resurslarının fəaliyyətinin səmərəliliyinin və peşəkarlıq səviyyəsinin artmasına xidmət edir.
Tibb işçilərinin təminatı artırılır
İcbari tibbi sığortanın ölkədə tətbiqi nəticəsində ilk dəfə olaraq səhiyyə işçilərinin əməyi xidməti fəaliyyətin iqtisadi və kəmiyyət göstəricilərinə görə qiymətləndirilməyə başlanılmışdır. TƏBİB-in tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin fəaliyyətinin qiymətləndirilməsi və ölçülməsi əsasında əməyinin ödəniş sisteminin tənzimlənməsi məqsədilə Agentlik tərəfindən Qayda təsdiqlənmişdir.
Qaydaya əsasən, tibb işçilərinin əməkhaqlarına vəzifə (tarif) maaşları, əmək şəraitinə görə ödənilən əlavələr, həvəsləndirici əlavələr və Əmək Məcəlləsində nəzərdə tutulmuş digər ödənişlər daxildir. Tibb işçilərinə həvəsləndirici əlavələr vəzifədən və yerinə yetirilən işin xüsusiyyətindən asılı olaraq sabit və ya işin nəticələrinə görə aylıq həvəsləndirici əlavələr şəklində verilir.
Qeyd edim ki, Agentlik tərəfindən səhiyyə işçilərinin əməkhaqlarının artırılması məqsədilə cari ildə Qaydaya dəyişiklik edilib. Dəyişiklik nəticəsində tibb işçilərinə verilən sabit həvəsləndirici əlavələr üzrə ixtisasların/vəzifələrin sayı artırılaraq 21-ə yüksəlib.
İşin nəticələrinə görə aylıq həvəsləndirici əlavələr isə həkimlərə ixtisasları/vəzifələri üzrə göstərilən xidmətin ölçülməsi və dəyərləndirilməsi məqsədilə verilir. Yeni dəyişikliyə əsasən, həkimlərə verilən işin nəticələrinə görə aylıq həvəsləndirici əlavələrin məbləğinə tibb müəssisələrinin qrup və kateqoriyalarına uyğun əmsallar tətbiq edilib.
Məqsəd səhiyyə işçilərini həvəsləndirmək, vətəndaşlara keyfiyyətli tibbi xidmətlər göstərilməsinə imkan yaratmaqdır.
Qeyd edək ki, icbari tibbi sığortanın tətbiqindən əvvəlki vaxtla müqayisədə hazırda minimum vəzifə maaşı alan həkimin əməkhaqqı orta hesabla 145 faiz, maksimum vəzifə maaşı alan həkimin əməkhaqqı orta hesabla 18 dəfə artıb. Eləcə də minimum vəzifə maaşı alan qeyri-tibb heyətinin əməkhaqqı orta hesabla 40 faiz, maksimum vəzifə maaşı alanın isə əməkhaqqı orta hesabla 9 dəfə artıb. Göstəricilərdən də göründüyü kimi əməkhaqlarında icbari tibbi sığortanın tətbiqi nəticəsində artım müşahidə olunub. Bununla belə, gələcəkdə həvəsləndirici əlavələrin artırılması istiqamətində tədbirlərin görülməsi nəzərdə tutulub.
Xidmətlər zərfi dəyişəcək
İcbari tibbi sığorta ilə bağlı yeniliklərin tətbiqi də istisna olunmur. Qeyd edək ki, Agentlik tərəfindən vətəndaşlar üçün icbari tibbi sığorta çərçivəsində daha çox xidməti təmin etmək məqsədilə Xidmətlər Zərfinə dəyişiklik edilməsi üçün layihə hazırlanıb. Dəyişikliyə əsasən, 300-ə yaxın tibbi xidmətin Xidmətlər Zərfinə daxil edilməsi, ümumilikdə 2800-dən çox tibbi xidmətin sığorta çərçivəsində qarşılanması nəzərdə tutulur. Xidmətlər Zərfinə əlavə edilməsi nəzərdə tutulan əməliyyatlar sırasına oftalmoloji əməliyyatlar, travmatoloji əməliyyatlar, ürək-damar cərrahiyyəsinə əlavə olunan tibbi xidmətlər aid edilib. Həmçinin, Xidmətlər Zərfində sığorta limiti tətbiq olunan tibbi xidmətlər - endoprotezləşdirmə, koxlear implantasiya ilə bağlı sığorta limitinin artırılması nəzərdə tutulub. Bundan əlavə, orqan transplantasiyası da gələn ildən limitli şəkildə sığorta çərçivəsində qarşılanacaq.
Tibb işçilərinə əlavə məvacib veriləcək
Səhiyyənin inkişafında əsas amillərdən olan kadr təminatının yaxşılaşdırılması, kadrların təkmilləşdirilməsi istiqamətində Agentlik tərəfindən müvafiq tədbirlər icra olunur. İcbari tibbi sığorta sisteminin maliyyələşmə mənbələrinin şaxələndirilməsi, səhiyyə sisteminə əlavə maliyyə vəsaitlərinin cəlb edilməsi və tibb işçilərinə münasibətdə rəqabətədavamlı əməkhaqqı sisteminin tətbiq olunması da bu yöndə atılan addımlardır. Regionlarda tibb heyəti üzrə kadr təminatını gücləndirmək üçün gələcəkdə paytaxtdakı tibb müəssisələrində çalışan tibb heyətinin regionlardakı tibb müəssisələrinə cəlb olunması planlaşdırılır. Bu məqsədlə Agentlik tərəfindən səhiyyə işçilərinin əməyinin ödənilməsi qaydasına dəyişiklik edilərək regionlara çalışmağa gedən tibb heyətinə əlavə məvaciblərin verilməsi nəzərdə tutulub.
Xaricdə təhsil almış həkimlər ölkəyə qayıdacaqlar
Kadr təminatını yaxşılaşdırmaq üçün "Tibb müəssisələrində kadr potensialının gücləndirilməsi Proqramı" icra olunacaq. Proqram çərçivəsində 3 layihənin həyata keçirilməsi planlaşdırılır: 1. Xaricdə təhsil almış həkimlərimizi ölkəmizdə çalışmağa cəlb etmək. 2. Baş tibb bacılarının bilik və bacarıqlarının təkmilləşdirilməsi məqsədilə xarici ölkələrdə təcrübə keçməklərini təmin etmək 3. Biomedikal mütəxəssislər hazırlamaq.
Həkimlər öz maaşlarını özləri hesablayacaqlar
Eyni zamanda, tibb işçilərinə verilən həvəsləndirici əlavələrin elektron qaydada hesablanması məqsədilə tibb müəssisələri üçün proqram təminatı istifadəyə veriləcək. Bu da öz növbəsində tibb və qeyri-tibb heyətinin aldığı yekun əməkhaqqının hansı əlavələr əsasında formalaşdığını müəyyənləşdirməyə və həvəsləndirici əlavələrin vaxtında alınmasına imkan verəcək. Əlavə olaraq Agentliyin saytında yeni xidmət - kalkulyator yaradılacaq. Kalkulyator vasitəsilə TƏBİB-in tabeliyindəki tibb müəssisələrində çalışan tibb və qeyri-tibb heyəti həvəsləndirici əlavələrini və əməkhaqlarını özləri rahat şəkildə hesablaya biləcəklər.
Qeyd edək ki, hazırda İcbari tibbi sığortanın Xidmətlər Zərfinə ilkin səhiyyə xidməti, təcili və təxirəsalınmaz tibbi yardım xidməti, ixtisaslaşdırılmış ambulator yardım xidməti, laboratoriya, fizioterapiya, invaziv radiologiya və stasionar tibbi xidmətlər daxildir. Növbəti il üçün Xidmətlər Zərfinə daxil olan xidmətlərin 3700-ə qaldırılması proqnozlaşdırılır.
Məlumat üçün onu da bildirək ki, gələn il üçün nəzərdə tutulan səhiyyə xərcləri müstəqillik dövrünün ən böyük səhiyyə xərcidir. Gələn ilin dövlət büdcəsində səhiyyə xərcləri üçün 1 milyard 788,6 milyon manat vəsait nəzərdə tutulub. Son 5 ildə Azərbaycanda səhiyyə xərcləri 2,5 faizə çatıb. Bu da 2021-ci ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə 118,6 milyon manat və ya 7,1 faiz, 2020-ci ilin icra göstəricisi ilə müqayisədə isə 101,0 milyon manat və ya 6,0 faiz çoxdur. Gələn il səhiyyə xərcləri üçün ayrılmış vəsaitin 62,9 faizi icbari tibbi sığorta xərclərinə yönələcək.