https://sputnik.az/20211229/son-dord-ilde-pensiya-ve-teqaud-ne-qeder-artib-437708432.html
Milyard manatlıq xərc: Son dörd ildə pensiya və təqaüdlər neçə faiz artıb?
Milyard manatlıq xərc: Son dörd ildə pensiya və təqaüdlər neçə faiz artıb?
Sputnik Azərbaycan
Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov 2021-ci ilin yekunlarına dair mətbuat konfransı keçirir. 29.12.2021, Sputnik Azərbaycan
2021-12-29T12:36+0400
2021-12-29T12:36+0400
2021-12-29T12:45+0400
pensiya
cəmiyyət
dsmf
dövlət sosial müdafiə fondu
əmək və əhalinin sosial müdafiəsi nazirliyi yanında dövlət sosial müdafiə fondu
https://cdnn1.img.sputnik.az/img/42226/84/422268480_0:102:2000:1227_1920x0_80_0_0_2985644d74733688e7e10bec0f5c3da7.jpg
BAKI, 29 dekabr — Sputnik. Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri 2021-ci ildə 5,152 milyard manat olub. Bu, ötən illə müqayisədə 403 mln. manat və ya 8,5 faiz çoxdur.Sputnik Azərbaycan xəbər verir ki, bunu DSMF-nin sədri Himalay Məmişov 2021-ci ilin yekunlarına dair keçirilən mətbuat konfransında çıxışı zamanı deyib.Fondun gəlir və xərcləriOnun sözlərinə görə, DSMF-nin builki gəlirlərinin 3,810 milyard manatı və yaxud 73,95%-i məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalardır ki, bu da ötən ilə nisbətən 7,2% çoxdur. O cümlədən büdcə təşkilatlarının hesabına 1,38 milyard manat, qeyri-büdcə təşkilatlarının hesabına isə 2,430 milyard manat sığorta haqqı toplanılıb. Transfertin isə 1,313 milyard manat olması gözlənilir.O bildirib ki, DSMF-nin 2021-ci il üzrə gözlənilən xərcləri isə 4,841 milyard manatdır ki, bu da illik müqayisədə 2,8% çoxdur. Bu il əhaliyə ödənişlər 4,716 milyard manat olub ki, bunun da 4,591 milyard manatı əmək pensiyaları, 125 milyon manatı məcburi dövlət sığorta haqları üzrə müavinət, 125 milyon manatı digər xərclərdir.Son 4 ildə pensiya, təqaüd və müavinətlər neçə faiz artıb?Onun sözlərinə görə, son 4 ildə minimum pensiya 82 faiz artaraq 200 manat olub: "Bu dövrdə orta aylıq pensiya 60 faiz artaraq 331 manat təşkil edib. Son 4 ildə yaşa görə orta aylıq pensiya 53 faiz artaraq 358 manata, əlilliyə görə orta aylıq pensiya 67 faiz artaraq 293 manata, ailə başçısını itirməyə görə orta aylıq pensiya 75 faiz artaraq 287 manata çatdırılıb".H.Məmişov bildirib ki, bu dövrdə müavinətlərin orta məbləği 95 faiz, maksimum məbləği isə 65 faiz artıb: "4 illik dövrdə təqaüdün maksimum məbləği 54 faiz artaraq 2000 manata çatdırılıb. Yaşayış minimumu isə 26 faiz artaraq 196 manat olub".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42226/84/422268480_114:0:1887:1330_1920x0_80_0_0_942e4edda98a79b8da399106334140df.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
azərbaycan büdcəsindən pensiya və təqaüdə milyardlar silinib
azərbaycan büdcəsindən pensiya və təqaüdə milyardlar silinib
Milyard manatlıq xərc: Son dörd ildə pensiya və təqaüdlər neçə faiz artıb?
12:36 29.12.2021 (Yenilənib: 12:45 29.12.2021) Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov 2021-ci ilin yekunlarına dair mətbuat konfransı keçirir.
BAKI, 29 dekabr — Sputnik. Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri 2021-ci ildə 5,152 milyard manat olub. Bu, ötən illə müqayisədə 403 mln. manat və ya 8,5 faiz çoxdur.
Sputnik Azərbaycan xəbər verir ki, bunu DSMF-nin sədri Himalay Məmişov 2021-ci ilin yekunlarına dair keçirilən mətbuat konfransında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, DSMF-nin builki gəlirlərinin 3,810 milyard manatı və yaxud 73,95%-i məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalardır ki, bu da ötən ilə nisbətən 7,2% çoxdur. O cümlədən büdcə təşkilatlarının hesabına 1,38 milyard manat, qeyri-büdcə təşkilatlarının hesabına isə 2,430 milyard manat sığorta haqqı toplanılıb. Transfertin isə 1,313 milyard manat olması gözlənilir.
O bildirib ki, DSMF-nin 2021-ci il üzrə gözlənilən xərcləri isə 4,841 milyard manatdır ki, bu da illik müqayisədə 2,8% çoxdur. Bu il əhaliyə ödənişlər 4,716 milyard manat olub ki, bunun da 4,591 milyard manatı əmək pensiyaları, 125 milyon manatı məcburi dövlət sığorta haqları üzrə müavinət, 125 milyon manatı digər xərclərdir.
Son 4 ildə pensiya, təqaüd və müavinətlər neçə faiz artıb?
Onun sözlərinə görə, son 4 ildə minimum pensiya 82 faiz artaraq 200 manat olub: "Bu dövrdə orta aylıq pensiya 60 faiz artaraq 331 manat təşkil edib. Son 4 ildə yaşa görə orta aylıq pensiya 53 faiz artaraq 358 manata, əlilliyə görə orta aylıq pensiya 67 faiz artaraq 293 manata, ailə başçısını itirməyə görə orta aylıq pensiya 75 faiz artaraq 287 manata çatdırılıb".
H.Məmişov bildirib ki, bu dövrdə müavinətlərin orta məbləği 95 faiz, maksimum məbləği isə 65 faiz artıb: "4 illik dövrdə təqaüdün maksimum məbləği 54 faiz artaraq 2000 manata çatdırılıb. Yaşayış minimumu isə 26 faiz artaraq 196 manat olub".